• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Zaman ayrılıq nəğməsi çalır

  • 27-10-2023, 05:53

 

Sevincdən danışmağa, şadlıq hissinin söz çalarını yaratmağa  nə var ki? Yazar istəyirəm qəm yükünün sözlə təsvirini verə, bu ağırlığı göz yaşında yox, sözlərində  əridə bilə...

...Ölümün söz çaları da, rəng çaları da özü kimidir-boz-qara... bu ağırlığı taleyində yaşayanlar üçünsə qapqara...Bu rəng  çalarları  bir şəhidlər üçün dəyişir-yaşıl, mavi, qırmızı olur, Vətən bayrağına dönərək məzarlarının üstündə əsim-əsim əsir...Ana vətənin 3 rəngli bayrağına büküldüklərinə görədir, ya nədənsə,  şəhidlərdən danışanda həmişə gözlərimin önündə bu rəng çalarları canlanır, sonra bir-birinə qarışır, min rəng, min ton alır... göz yaşına  qarışır...Vətən olur!

27 oktyabr  Vətən olan oğullardan birinin-Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun şəhadət tarixidir. 3 il əvvəl -2020-ci ilin təlatümlü sentyabrında Azərbaycan üçün olum ya ölüm, şərəf, qeyrət məsələsinin həll olunduğu o həlledici günlərdə Vüsal Azərbaycan bayrağına bürünərək torpaqlarımızın bütövlüyü, qəsbkar erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərə yollandı. Həmin gün 3 rəngli bayrağına bükülü şəklini sosial şəbəkələrdə də paylaşdı, simasında nikbinlik, qələbəyə inam duyulan təbəssümlə! Ölümə gülə-gülə gedirdi Vüsal! Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlaya bildi, 27 oktyabrda şəhid olsa da, nəşini bir ay sonra döyüş meydanından götürmək mümkün  oldu, 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla torpağa tapşırıldı.

... Ölümündən sonra da aktiv olan feysbuk paylaşımlarına  baxanda qəribə bir hiss keçirirsən. Elə bil tanrı bu övladını elə şəhidlik üçün, şəhadət üçün seçibmiş! Paylaşımlarının demək olar ki, hamısı vətənpərvərlik, azərbaycançılıq, qəhrəmanlıq ruhundadır. Bu səhifədə torpaq uğrunda, müstəqilliyimiz uğrunda qurban gedən bütün şəhid oğullara yer ayırıb Vüsal. Mübariz İbrahimov, Pəncəli Teymurov, Polad Haşımov indi də bu səhifədən yurdumun qəhrəmanlıq salnaməsi kimi boylanır. İndi bu şəkillərə Vüsalın öz döyüş şəkilləri, haqqında yazılmış yazılar da əlavə olunub. Ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə təltif olunduğu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları qəhrəmanlıq nişanəsi kimi ev-muzeyini bəzəyir.

...Sayını itirmişəm, bilmirəm şəhid baş leytenant Vüsal Kazımov haqqında neçənci yazıdır yazıram...Amma ürəyimin ağrı yükünü azalda bilmir yazdıqlarım...Ən qəribəsi də budur ki, 2020-ci ildə Şuşa ətrafında gedən qanlı döyüşlərdə Vüsalın qəhrəmanlıqla şəhid olduğunu bilib, dəfnində iştirak etsəm də ölümünə inandıra bilmirəm özümü. Ümid qəribə hissdir, heç vaxt tükənmir, insanı ayaqda saxlayır!

...Yazdığım hər sətirdə saf gülüşü ilə yenə boylanır Vüsal. Gülümsər çöhrəsində  şəhadətindən, nakam gəncliyindən  bir azca da olsa təəəsüf yox...Amma  nisgil var, iki ciyərparasının-Nuray və Aynurun onsuz böyümələrinə, onsuz keçirtdikləri hər ana, dəqiqəyə için-için sızlayır ... Ata-anasının, ömür gün yoldaşının çəkdiyi ağrılar ruhuna bəyan olmamış olmaz ...

Vüsal Kazımovu bu gün təkcə Lənkəran Dövlət Universitetinin şəhid tələbə-məzunu kimi deyil, yaxın dostum kimi anıram. Aramızdakı yaş fərqi həm həyatda, həm sosial şəbəkədəki dostluğumuza qətiyyən xələl gətirmirdi. Xatırladım ki, Lənkəran Dövlət Universtitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə ilə bitirdikdən sonra universtitetin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisası üzrə ikinci ali təhsil alırdı, amma bitirməyə əcəl aman vermədi...Əcəl çox şeyə imkan vermədi.  Nurayın birinci sinfə getdiyini görməyə, sevincini bölüşməyə, bələkdə qoyduğu şipşirin Aynurun oxuduğu Azərbaycan himnini eşitməyə.  Atası-Lənkəran Dövlət Universitetinin prorektoru  Kamran Kazımovun filologiya elmlər doktoru elmi dərəcəsini, professor elmi adını almağını da görə bilmədi Vüsal. Gözəl Ayselinin bu ağrıya mətinliklə dözərək magistraturaya girdiyini, fərqlənmə ilə bitirdiyini, audiotoriyaya müəllim kimi girdiyini görə bildi  amma... Çünkü daima yanında idi, ömür-gün yoldaşına güc-qüvvət verirdi, sınma, dik dayan deyirdi!

Adına böyük istirahət parkı açıldığından, burada yay- qış təzə-tər çiçəklərin açılmasından, buranın müqəddəs bir ziyaratgaha döndüyündən də xəbərsizdir Şuşa fatehi...Torpaqlarımızın tam azad olunmasını, qisasının alındığını isə  atası Kamran Kazımov məzarına çiçək dəstəsi qoyanda bəyan edib oğluna, bəlkə də  şəhadət dünyasından əyan olub ...Bilmirəm, amma tək  onu bilirəm ki, zaman nə qədər ayrılıq nəğməsi çalsa da, sevən qəlbləri ayıra bilməz, elə bu  qəlblərdəki sevgini, ağrını da soyutmaq, unutmaq iqtidarında deyil!

Ruhun şad olsun, Şuşa fatehi, mənim şəhid, igid  baş leytenantım!

 

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!