• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA

  • 28-04-2023, 09:52

Xülasə. Məqalədə görkəmli elm xadimi Lütfi Zadənin elmi fəaliyyəti, xüsusilə qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti və onun tətbiqi məsələlərindən bəhs olunur.Burada böyük alimin Azərbaycandan başlanan həyat yolu diqqətə çatdırılır, Berkli Universitetində onun əldə etdiyi elmi nailiyyətlər barədə  məlumatlar verilir. Məqalədə Lütfi Zadənin elmi nəzəriyyəsinin təhsilin məzmununda tətbiqi vacibliyi, qiymətləndirmə sisteminin təkmilləşdirilməsində bu nəzəriyyədən istifadənin əhəmiyyəti göstərilir.Böyük alimin ideyalarının gələcəkdə də istinad mənbəyi olacağı əsaslandırılır.

Açar sözlər: Lütfi Zadə, qeyri-səlis məntiq nəzəriyyəsi, azərbaycanlı alim, texnologiya, elm, təhsil, inkişaf, cəmiyyət, tətbiq, Bakı, Kaliforniya, Berkli Universiteti

Tarixən Azərbaycan xalqı zəngin milli mədəni irs yaratmış və bu zənginləşmə bu gün də davam edir. Bu mədəni irsin dünya dəyərləri sırasında xüsusi yer tutması xalqımızın elmə, mədəniyyətə nə qədər yüksək qiymət verməsi, onun elmi potensialı, bəşəriyyəti sivil yollarla inkişaf etdirmək uğrunda mübarizəsi, yaradıcı düşüncə məhsullarının cəmiyyətin tərəqqisinə təsir gücü, mütəfəkkirlərin, elm, mədəniyyət xadimlərinin şəxsiyyəti  və digər amillərlə izah oluna bilər. Təsadüfi deyil ki, xalqımızın yaratdığı elmi mədəni irs beynəlxalq səviyyədə  yüksək dəyər nümunələri kimi qəbul edilir, dünya mədəniyyətinin nadir inciləri kimi  dəyərləndirilir. Təqdirəlayiqdir ki, cəmiyyətin inkişafına böyük  töhfələr vermiş  elm və mədəniyyət xadimlərinin xatirəsi həmişə hörmətlə yad edilir, yubileyləri keçirilir, onların fəaliyyəti gələcək nəsillərə nümunə, örnək göstərilir. Belə elm xadimlərindən biri də dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadədir. 2021-ci il bu böyük alimin yubiley ilidir, onun 100 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 yanvar 2021-ci ildə Lütfi Zadənin (1921-2017) anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır (1). Hazırda ölkəmizdə, dünya elminə böyük töhfələr vermiş bu böyük şəxsiyyətin  yubiley tədbirləri həyata keçirilir.

 Lütfi Zadənin həyatı, onun ömür yolu, yaradıcılığı ilk növbədə hər bir azərbaycanlı üçün örnəkdir (2,3,4,5,). Ona görə də bu görkəmli elm xadiminin həyat və fəaliyyəti, xüsusilə onun qeyri-səlis məntiq nəzəriyyəsi , bu nəzəriyyənin müasir tətbiqi, o cümlədən təhsilə tətbiqi barədə fikirlərimizi diqqətə çatdırmaq istəyirik.

 Hər şeydən əvvəl, onun həyata qədəm qoyduğu dövrə, təhsil aldığı illərə diqqət yetirək.

 Lütfi Zadə ( Lütfəli Rəhim oğlu Ələsgərzadə) 4 fevral 2021-ci ildə Bakıda, Novxanı kəndində anadan olmuşdur. 4 il Bakıdakı 16 nömrəli ümumtəhsil məktəbində təhsil almışdır.

  1920-ci illərdə Azərbaycanda ictimai-siyasi vəziyyətin ağır olduğuna görə, o, ailəsi ilə İrana köçməyə məcbur olmuşdur. Lütfi Zadə İranda əvvəlcə ingilis dili təmayüllü məktəbdə təhsilini davam etdirmişdir. Daha sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsində ali təhsil almış, 1942-ci ildə universiteti bitirmişdir.

Lütfi Zadənin Amerika həyatı 1944-cü ildən başlamışdır. O, 1944-cü ildə Amerika Birləşmiş Ştatlarına getmiş, Massaçusets Texnologiya İnstitutuna daxil olmuş və 1946-cı ildə həmin institutu da müvəffəqiyyətlə bitirmişdir.

 Lütfi Zadə 1946-cı ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 10 il Kolumbiya Universitetində əvvəlcə professor köməkçisi, 1957-ci ildən isə professor vəzifəsində işləməyə başlamışdır. O zaman Lütfi Zadə artıq elm aləmində böyük nüfuzu olan bir alim kimi tanınırdı. Yüksək reytinqli jurnallarda onun diqqəti cəlb edən son dərəcə dəyərli məqalələri çap olunurdu. Xüsusilə kibernetikanın atası sayılan Norbert Vinerin proqnozlaşdırma nəzəriyyəsini inkişaf etdirən Lütfi Zadənin elmi araşdırmaları onun elmi yaradıcılığına çox böyük maraq yaratmışdır. Lütfi Zadə yaradıcılığına dərindən bələd olan elmi rəhbəri Con R.Raqazzini və Kaliforniya Elmi Mərkəzinin sədri Norbert Viner 1959-cu ildə onu Kaliforniyadadkı Berkli Universitetinə işə dəvət edirlər. Lütfi Zadə bu təklifi qəbul edir və  elə həmin ildə ailəsi ilə birgə Kaliforniyaya gəlir. O, Berkli Universitetində ömrünün sonunadək işləyir. Burada Elektrik mühəndisliyi və kompüter elmləri kafedrasının müdiri və Soft Komputinq İnstitutunun direktoru kimi fəaliyyət göstərir. 1991-ci ildə təqaüdə çıxsa da universitetin ömürlük professoru seçilir və ömrünün sonunadək burada elmi fəaliyyətini davam etdirir. Lütfi Zadə yeganə alimdir ki, Berkli Universitetində ömürlük professor  seçilmişdir (2,3).

  Lütfi Zadə elm tarixində bir sıra fundamental elmi nəzəriyyələrin banisi kimi tanınır: qeyri-səlis məntiq nəzəriyyəsi, təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və soft kompyutinq nəzəriyyəsi.

  Qeyd edək ki, 1960-cı illərin ortalarında Lütfi Zadə məşhur alim Riçard Bellmanın dediyi kimi elmdə inqilaba bərabər olan bir kəşf etmiş, qeyri-səlis məntiq nəzəriyyəsini yaratmışdır. Bu nəzəriyyənin mahiyyəti barədə danışan Lütfi Zadə deyirdi ki, dünyada mütləq heç nə yoxdur. Riyazi dillə deyilsə,  hər şey 0-1 şkalası arasında dəyişir. Bu, o deməkdir ki, bütövlükdə real dünyanın ümumi  mənzərəsi 0 və 1 arasındakı yüzlərlə çalarları özündə birləşdirir. Bu nəzəriyyə riyaziyyatı ikiləşdirdi, daha doğrusu, klassik riyaziyyat və qeyri-səlis riyaziyyat meydana gəldi (2,3,4).

Bu nəzəriyyə insanın dünyanı dərketmə imkanlarının nə qədər geniş olduğunu təsdiqlədi. Əgər əvvəllər dünyanın qavranılmasında yalnız ağ və qara rənglərə istinad olunurdusa, Lütfi Zadə nəzəriyyəsi bu baxışlara yeni rəng qatdı, ağ və qara arasında çoxlu rəng çalarlarının olduğunu əsaslandırdı. Əslində bu nəzəriyyə təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha dəqiq, tam uyğun nəzərə almağa imkan verir.

Aydın məsələdir ki, idrak elmi olan məntiqin cəmiyyətin, təbiətin dərk olunmasında, bu və ya digər hadisə və proseslərin izahı və şərhində böyük əhəmiyyəti vardır. Xüsusilə həqiqətin üzə çıxarılmasında məntiqdən istifadə vacibdir. Lakin Lütfi Zadənin dediyi kimi məsələnin mahiyyətinə mütləq mənada yanaşmaq və mütləq həqiqət axtarmaq doğru olmazdı. Mütləq həqiqət yalnız Allaha aiddir. Digər məsələlərə aydınlıq gətirilməsində  mütləq yanaşma özünü doğrultmur və reallığı əks etdirmir.

Lütfi Zadə vaxtilə yunan filosofu Aristotelin irəli sürdüyü ideyalara da fərqli münasibət bildirir, özünün qeyri-səlis məntiqi yanaşmasını həyat həqiqətlərinin daha dərindən dərk olunmasında açar rolunu oynadığını sübut edir. Məsələn, Aristotelə görə bir insanın dediyi ya doğrudur, ya da yalandır. Bu,  “rəng ya qaradır, ya da ağdır” ideyasına uyğun, yaxud həqiqətin mütləq mənasında başa düşülməsini diktə edən konseptual baxışdır. Lütfi Zadə isə öz elmi baxışlarını fərqli şəkildə izah edir. Onun baxışlarına görə doğru və yalan arasında aralıq dərəcələri vardır. Məsələn, çox doğru, bir az doğru, çox yalan, az yalan və s. kimi dərəcələr ola bilər. Aristotel isə bu aralıq dərəcələri qəbul etmirdi.

Lütfi Zadə ilk dəfə idi ki, hər şeyin qeyri-səlis məntiqə əsaslanan uyğun dərəcəsinin olduğunu sübut etmişdir. Onun araşdırmalarından aydın olur ki, əgər hər şeyə “ağ və qara ” prizmasından yanaşılsa, bu, cəmiyyətin məqsədəuyğun inkişafında müəyyən ziddiyyətli məsələlərin aradan qaldırılmasında, təbiət və cəmiyyətin harmoniyasının dərindən dərkində və müxtəlif problemlərin həll yollarının tapılmasında xeyli çətinliklər yaranardı. Qeyri-səlis məntiq nəzəriyyəsi bu baxımdan həm də tolerant mahiyyəti ilə diqqəti cəlb edir. Bu nəzəriyyəyə görə həll edilə bilməyən problem yoxdur. İstənilən problemin həllində tolerant yanaşma həll yolu kimi qəbul oluna bilər.  Sadəcə olaraq bu nəzəriyyənin özünə, burada irəli sürülən ideyalara obyektiv nəzərlə baxmaq, mahiyyətdən uzaqlaşmamaq şərtilə doğru yolu tapmaq, münaqişələri həll etmək mümkün ola bilər. Bu da onu göstərir ki, qeyri-səlis məntiq nəzəriyyəsi qeyri-səlisliyi ifadə etsə də əslində obyektiv yanaşmanı təmin edir, ona imkanlar yaradır. Cəmiyyətin bütün sferalarında , o cümlədən idarəetmə sistemində, təbii ki, təhsildə də bu ideyaların tətbiqi əhəmiyyəti böyükdür. Kollektivdə, münasibətlər sistemində sağlam mühitin, əlverişli rəqabət şəraitinin, birlik və və bərabərliyin təmin olunmasında, beləliklə, keyfiyyətin inkişafında bu nəzəriyyədən bəhrələnmək, onun tətbiq yollarını öyrənmək olduqca vacibdir. Təcrübə göstərir ki,təhsilin inkişafı innovativ yanaşmaların mənimsənilməsi və onun modern bir model  kimi tətbiqi inkişafın sürətləndirilməsinin vacib amillərindən biridir.

Qeyri-səlis məntiq nəzəriyyəsinin yaradılması və onun tətbiq tarixi ilə bağlı bəzi məqamları diqqətə çatdırmaqla da elmi kəşflərin, innovasiyaların tətbiqininn cəmiyyət üçün, eyni zamanda təhsilin inkişafı üçün nə qədər əhəmiyyətli olduğu fikrini  bir daha təsdiqləyə bilərik. Araşdırmalar göstərir ki,qeyri-səlis məntiq nəzəriyyəsi uzun müddət elmi ictimaiyyət tərəfindən lazımi səviyyədə qiymətləndirilməyib, bəziləri isə onu qəbul etməyiblər. İlk dəfə yapon alimləri-1980-ci illərdə bu nəzəriyyədən faydalanmaq qərarına gəliblər. Qısa müddət ərzində Yaponiya qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə etməklə, Lütfi Zadə ideyalarının tətbiqi sayəsində çox böyük gəlir, mənfəət əldə etdi, milyardlar qazandı, ölkədə iqtisadiyyatın, sənaye sahələrinin inkişafı dünyanı heyrətə gətirdi. Bu ölkədə bir sıra şirkətlər öz işlərinin Lütfi Zadə ideyaları, qeyri-səlis məntiq nəzəriyyəsi əsasında qurdular. Həmin şirkətlər: Mitsubishi, Sony, Canon, Sanyo, Nissan, Honda və s. yeni, modern texnologiya əsasında dünyanın ən qabaqcıl istehsal kompaniyaları kimi tanındılar və bu gün də onların məhsulları özünün keyfiyyəti ilə diqqəti cəlb edir. Həmin şirkətlər qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanaraq foto və kameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyicilər hazırlayırlar. Avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında bu nəzəriyyələrdən istifadə olunur.

   1980-ci illərdə Yaponiyanın qeyri-səlis məntiq nəzəriyyəsi əsasında əldə etdiyi uğurlar bu ölkənin dünya səviyyəsində nüfuzunu xeyli yüksəltdi, ölkənin iqtisadi inkişaf potensialı nümunə olaraq göstərilməyə başlandı. Ona görə də Yaponiya hökuməti Lütfi Zadə əməyini yüksək dəyərləndirdi, 1989-cu ildə bu böyük alimə Honda mükafatını verdi. Bu, Yaponiyanın yalnız elm adamlarına verdiyi ən yüksək mükafatdır.

  Lütfi Zadə ideyalarının təhsilə tətbiqi yeni intellektual gənclərin, insan kapitalının formalaşdırılmasında böyük rol oynadı. Yaponiyada və digər ölkələrdə təhsilin məzmununda qeyri-səlis məntiq nəzəriyyəsinin əksini tapması, gənc tədqiqatçılara Lütfi Zadə ideyalarının öyrədilməsi yeni ixtiralara, inkişafın yeni tarixi mərhələsinə qədəm qoymağa şərait yaratdı. 2016-cı ildə yapon alimləri Lütfi Zadə nəzəriyyəsi əsasında dünyada ilk dəfə süni intellektə malik robot hazırladılar. Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində nümayiş etdirilmişdir.

  1980-ci illərdə Yaponiyanın iqtisadi sahədə uğurları Amerikada da Lütfi Zadə ideyalarının tətbiq məsələlərinə ciddi yanaşılmasının vacibliyini gündəmə gətirdi.

ABŞ-ın bir sıra şirkətləri, o cümlədən General Motors, General Elektric, Motorola, Dupont, Kodak qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqinə başladılar və böyük uğurlar qazandılar.

     Ümumiyyətlə, tədricən dünyada bu nəzəriyyənin tətbiq sahələri getdikcə genişləndi. İqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişəli problemlərin həllində, idarəetmə sistemlərində və digər sahələrdə qeyri-səlis məntiq nəzəriyyəsi tətbiq olunmağa başladı.

   Danılmaz faktdır ki, müasir idarəetmə elminin əsasını Lütfi Zadənin yaratdığı nəzəriyyələr təşkil edir. Məhz bu nəzəriyyələr əsasında ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

  Hər kəsə yaxşı məlumdur ki,XXI yüzillik intellekt, o cümlədən süni intellekt, texnologiyalar əsridir. Bu yüzillkidə təhsilin inkişafı yeni texnologiyalara əsaslanmalıdır. Lütfi Zadə ideyalarına, ilk növbədə onun qeyri-səlis məntiq nəzəriyyəsinə bələd olmadan, bu nəzəriyyənin tətbiq mexanizmlərini öyrənmədən texnologiyaları inkişaf etdirmək, onu cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırmaq mümkün deyil. Lütfi Zadə ideyaları təkcə bu günümüz üçün deyil, həm də gələcəyimiz üçün yol göstərən baxışlar sistemidir. Gələcək kəşf və ixtiraların da təməlində Lütfi Zadə ideyaları, ilk növbədə onun qeyri-səlis məntiq nəzəriyyəsi dayanacaqdır. Ona görə də bu gün təhsilin məzmununda Lütfi Zadə ideyalarının  geniş əksinin tapması vacibdir. Bu ideyalar təkcə təbiət, riyaziyyat və iqtisadiyyat fənlərinin deyil, digər fənlərin, o cümlədən humanitar-ictimai fənlərin də məzmununda verilməlidir. Təhsil proqramlarında, dərsliklərdə qeyri-səlis məntiq nəzəriyyəsinin öyrədilməsi imkanlarına xüsusi diqqət yetirilməlidir. Əgər fakt, hadisə və proseslərin təhlilində “ağ və qara”, yaxud ”doğru və yalan” prinsipinə deyil (Aristotel yanaşması), çoxrəngli, aralıq dərəcələrin nəzərə alınması   prinsipini əsas götürən Lütfi Zadə yanaşmasına istinad etsək o zaman daha uyğun nəticəni əldə edə bilərik. Bu baxımdan qiymətləndirmə sistemində də Lütfi Zadə ideyalarının tətbiqi əhəmiyyəti böyükdür. Bu yanaşma daha obyektiv, daha uyğun qiymətləndirmə aparılmasına zəmin yaradır.

  Ümumiyyətlə, Lütfi Zadə ideyaları həmişə aktual olaraq qalacaq, cəmiyyətin hərəkətverici qüvvələrinin baxışlar sisteminin özəyi olacaqdır. Azərbaycanlı alim Lütfi Zadə elm və texnolgiyaların inkişafına verdiyi töhfələrlə millətlərarası dialoqun qurulması sahəsində də böyük xidmətlər göstərmişdir. Məhz bu xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il 7 fevral tarixli Sərəncamı ilə Lütfi Zadəni “Dostluq”  ordeni ilə təltif etmişdir.

  Ürəyi daim doğma Vətəni  Azərbaycanla döyünən böyük alim Lütfi Zadə  6 sentyabr 2017-ci ildə Kaliforniyada vəfat etmişdir. O, vəsiyyət etmişdi ki, Vətəni Azərbaycanda dəfn olunsun. 29 sentyabr 2017-ci ildə Lütfi Zadənin cənazəsi Bakıya gətirildi və  son vida  mərasimi keçirildi .Həmin gün o, Vətən torpağında, Bakıda, I Fəxri Xiyabanda  dəfn olundu. 

   Dünyada səlis insan kimi tanınan qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, görkəmli elm xadimi Lütfi Zadə azərbaycanlı olduğu üçün həmişə fəxr etdiyini deyirdi. Biz də dünya şöhrətli bu böyük azərbaycanlı alimlə fəxr edir, qürur duyur, onun ideyalarını öyrənir, gələcək nəsillərə çatdırmağa və inkişaf etdirməyə çalışır, xatirəsini əziz tutmağı özümüzə borc bilirik.

Məqalənin aktuallığı. Azərbaycanın elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyətinin öyrənilməsi, onların tarixi xidmətlərinin araşdırılması, cəmiyyətə verdikləri töhfələrinin tədqiq edilməsi elmi-pedaqoji baxımdan da mühüm əhəmiyyət kəsb edir.

Məqalənin elmi yeniliyi. Məqalədə Lütfi Zadənin elmə gətirdiyi yeniliklər, ilk növbədə onun qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti və bu nəzəriyyənin təhsilə tətbiq məsələləri əsaslandırılmışdır.

Məqalənin nəzəri əhəmiyyəti. Məqalədə irəli sürülən ideyalar pedaqogika və təhsil tarixini nəzəri müddəalarla zənginləşdirir.

Məqalənin praktik əhəmiyyəti. Məqalədə əksini tapmış faktlar, Lütfi Zadənin həyat və fəaliyyəti ilə bağlı təhlillərin nəticələri tədris resurslarının hazırlanması, təlim-tərbiyə prosesində tətbiq üçün əhəmiyyətlidir.

 

İntiqam Cəbrayılov

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru,professor

                                                            

 

İntiqam Cəbrayılov
Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
5 və 6 günlük məktəblərdə "Son zəng" nə zaman keçiriləcək?
12-06-2025 16:07  
AzTU-nun Yüksək Təhsil İnstitutuna yeni direktor təyin olunub
11-06-2025 10:09  
II və III qruplarda ən yüksək balı onlar TOPLADILAR - ADLAR
11-06-2025 14:40  
BDU-da qızılı stafilokok bakteriyasına qarşı müqavimət mexanizmlərinə dair araşdırmalar aparılır
11-06-2025 15:24  
TKTA: May ayında 369 nəfərin diplomu tanınıb
12-06-2025 10:42  
Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb
12-06-2025 13:54  
Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb
12-06-2025 17:55  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Riyaziyyat fənni üzrə nəticələr aşağıdır - DİM sədri
III qrupda keçid balları artacaq - Məleykə Abbaszadə
Psixoloqlar müsahibəyə cəlb olunacaqlar

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!