• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS

  • 12-07-2023, 11:54
“Daha əvvəl Süni intellekt(AI), ChatGPT və onun inkişaf edən versiyaları barədə araşdırmalarımızda bəhs etmişdik. Süni intellektin(AI) və süni intellektdən istifadə edən böyük şirkətlərin bu sahəyə nəzarət edən etik komanda saxlama kimi tələbləri olmalıdır. Həm də etik komandanı dövlətlər də qorumalıdır”. 
 
Edupress.az xəbər verir ki, bu sözləri İnformasiya Texnologiyaları üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev bildirib. 
Süni intellektlə bağlı danışan ekspert bu fikirləri qeyd edib:
 
Böyük şirkətlərin etik komandasında işləyən işçiləri öz şirkətləri həqiqəti gizlətməyə məcbur edə bilər. Ona görə də etik komandalar dövlətin dəstəyini yanlarında hiss etsələr, daha düzgün olar. Şirkətlərin öz məqsədlərinə çatmaq üçün etik komanda işçilərini işdən çıxarmaqla bağlı məhdudiyyəti olmalıdır. Dövlətin əlaqədar orqanı qarşısında buna görə cavabdehlik daşımalıdır. Bəlkə də dünyadakı qanunvericilik və Venesiya Konvensiyası hələlik buna hazır deyil. Amma artıq vaxtı çatmışdır. Həyəcan təbilini çalmaq lazımdır. Sahəyə nəzarət effektivliyi üçün etik komandaların təşkili və onlara paralel olaraq dövlət nəzarəti çox əhəmiyyətlidir. Süni intellektin gücünü əlində saxlayanlar balansız güc əldə edəcəkdir. Artıq müəyyən narahat məqamlar özünü büruzə verir. Bunlar hələ işıq üzü görən məlumatlardır.
 
 Görünməyən bir çox tərəfinin olması da şübhəsizdir. Bir neçə gün öncə müxtəlif xəbər saytlarında olan məlumatlarda yazıldı ki, sən demə bəzi məqalə, kitab satan saytlardan ChatGPT məqalə və kitabları pulsuz əldə edirmiş. Hətta pullu kitab linklərini süni intellektə təqdim edən istifadəçilər, elektron məqaləni, kitabı pulsuz ələ edə bilirlərmiş. Belə başa düşmək olar ki, Süni İntellekt(AI) öz istifadəçisini razı salmaq üçün xakerlik edirmiş. Belə ki, OpenAI Microsoft Bing ilə olan müqaviləsinə əsasən ChatGPT internet əsaslı axtarışlar edə bilirdi. ChatGPT Plus-un bu xüsusiyyətdən istifadə edən üzvlər süni intellektdən ödənişli link və PDF-ləri oxumasını tələb edirmiş. Süni intellekt də mətnləri onlarla paylaşırmış. Bu hadisədən sonra OpenAI Bing-lə olan bəzi xüsusiyyətləri dayandırdı. Ona görə ki, ChatGPT Bing ilə axtarış xüsusiyyətlərindən istifadə edərək, pullu mətnləri ChatGPT Plus olan üzvləri ilə paylaşdığı üzə çıxdı. 
 
Xəbər saytına istinadən bildirilir ki, OpenAI bəzi hallarda söhbət botuna istifadəçilər URL göndərərək, əslində pullu olan tam mətn istəyiblər. Bu halda ChatGPT tam mətni paylaşdığı pullu, məqalə və kitab saytlarının təhlükəsizlik divarlarını aşdığı bildirilir. Firkrimcə, istisna deyil ki, həmin saytların da təhlükəsizliklə bağlı bəzi boşluqları olub. Əks halda bu mümkün olmaya bilər. Bu bir daha onu göstərir ki, pullu onlayn xidmət verən saytlar öz təhlükəsizliklərini yüksək səviyyədə qorumalıdır. Onlayn ödəniş qəbul edən saytlar təhlükəsizlik testlərindən və Auitdən keçirmədən xidmətə buraxılmamalıdır. OpenAI 3 iyul 2023 tarixindən məzmun sahiblərinə haqlarını vermək üçün problemi həll edənə qədər Bing ilə bəzi parametrləri dayandırdı. Fikrimcə, bu məsələ hələ davam edəcək və məhkəmələr çoxalacaqdır”.
Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!