• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Mən gənclərə göstərilən mənəvi dəstəyin nə olduğunu yaxşı bilirəm... “-Nadir İsrafilov

  • 27-10-2023, 10:35

“Karyera yüksəlişimdə ən böyük qazancım gəncliyimdə mənə verilən dəstək olub.”

Gənc müəllimlərlə bir arada olmaq, onlara ən azından mənəvi dəstək verməyin nə olduğunu çox yaxşı başa düşürəm. Təyinatla göndərildiyim kənd müəllimliyindən, təhsilin yuxarı idarəetmə orqanlarında 50 illik fəaliyyətim sahəsində qazandığım təcrübəyə əsasən bu ənənəyə sadiq qalmaq artıq mənim bir növ həyat kredoma çevrilib. Çünki, özüm də bu yolu keçmişəm və karyera yüksəlişimdə nəyə nail olmuşamsa, bu, gəncliyimdə mənə verilən dəstəyin hesabına olub. Bəlkə də, bu gün müəllim, xüsusilə də gənc müəllimlər qədər diqqətə, qayğıya və dəstəyə ehtiyacı olan ikinci peşə sahibi yoxdur. Gənclər bizim gələcəyimizdir, təhsilimizin gələcəyi isə gənclərimizin əlindədir. Ona görə də, cəmiyyət müəllim adını yaşatmalıdır ki, müəllim də təhsili yaşada bilsin. Gənclərə də tövsiyyəm odur ki, ilk növbədə sizə veriləcək dəstəkdən lazımınca bəhrələnin və vaxtı gələndə siz də öz dəstəyinizi gələcək nəsillərdən əsirgəməyin.

Gənclərlə bir arada olmaq, onlara əlimdən gələn dəstəyi göstərmək, bir sözlə uzunillik ənənəmə sadiq qalmaq istəyimdən Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VII grant musabiqəsinin qalibi, Astara rayon Şahağac kənd D. Əsədov adina 2 sayli orta məktəbin ingilis dili műəllimi, AGMA nın Lənkəran Astara Regional idarəsi üzrə koordinatoru Nəsirzadə Pərvanə Nazim qızının təqdimatında iştirakımla bağlı “Təhsil Forumu” sosial platforması rəhbərliyinin dəvətindən imtina edə bilməyərək, Astara rayonuna uzun bir yol qət etməli oldum.

Rayon Təhsil şöbəsi nümayəndəsinin, məktəb rəhbərlərinin, müəllimlərin, valideyn və şagirdlərin iştirakı ilə Astara rayon Gənclər evində keçirilən tədbirdəki çıxış və təbriklərdən məlum oldu ki, fərdi kateqoriya űzrə layihə qalibi sözü gedən məktəbin ingilis dili müəllim Nəsirzadə Pərvanə Nazim qızı fəaliyyəti dőnəmində bir çox uğurlar əldə edib, bir sıra beynəlxalq sertifikatlara, təşəkkurnamələrə, layiq görülüb,  müxtəlif fəxri fərmanlarla təltif olunub. Yűzlərlə şagirdi yűksək balla műxtəlif nűfuzlu universitetlərə qəbul olunublar. Qalib layihənin əsas məqsədi uşaqlarda danışıq bacarıqlarının inkişaf etdirilməsidir. Layihəyə təxminən 10 məktəbdən 40 nəfər 2 ci, 3 cű, 4 cű siniflərdən olan şagirdlər cəlb olunublar. Layihənin műddəti 5 aydir. Uşaqların 5 ay ərzində danışıq  bacarıqlarını inkişaf etdirib, műəyyən səviyyəyə çatdırıması layihədə əsas hədəfdir.

Bəli, bu gün Vətənimiz Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir.  Hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. O da danılmaz faktdır ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub və olmaqdadır. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir, ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində regionlarda təhsilin inkişafına xüsusi önəm verilir. İslahatlara bacardığı  töhfəni vermək isə, müəllim adını uca tutan hər bir gəncin mənəvi borcudur.

Doğum günü bu günə təsadüf ediləm Nobel mükafatı laureatı Teodor Drayzerin  ibrətamiz bir tövsiyyəsi var: “Həyatımızda ən yaxşı mükafat dəyəri olan işlə məşğul olmaq imkanıdır. Sadəcə bacardığınıza inanmaq lazımdır - və siz artıq hədəfin yarısındasınız. Harada olursunuzsa olun, əlinizdəkilərlə edə biləcəyinizi edin. Kiçik işi böyütmək bacarığı olana böyük işlər tapşırırlar.”

Tədbirdən xoş əhval-ruhiyyə ilə ayrılarkən TKT Cambridge universitetinin bir hissəsi olan Cambridge ESOL tərəfindən təqdim olunan  beynəlxalq səviyyədə tanınmış və yüksək standartlara malik dil imtahanında iştirak edərək uğur qazanan, harada olursa olsun, əlindəkilərlə edə biləcəyini edən, kiçik işi böyütmək bacarığına sahib olan Nəsirzadə Pərvanə Nazim qızına böyük işlər tapşırılması ümidi və arzusu ilə

Nadir İsrafilov

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!