Təhsil Forumuna böyük maraq - Sədrdən tövsiyə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondu tərəfindən təşkil olunan Təhsilin İnkişafı Forumunun başlamasına 2 gün qaldı. 200 nəfərlik tədbirə 3000 nəfərdən çox iştirak üçün müraciət edib. Təbii ki, bu tədbirə böyük ictimai marağın göstəricisidir. Buna görə bütün təşkilatçılara və tərəfdaşlara, o cümlədən sponsorlara dərin təşəkkürümü bildirirəm!
Edupress. az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov özünün feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.
Qeyd edək ki, 1 noyabr tarixində başlanacaq foruma həddindən artıq böyük maraq və çoxsaylı müraciətlərin olması səbəbindən sədr təhsil işçilərinə bununla bağlı öz tövsiyəsini edib:
Eyni zamanda, bütün arzu edənlərin iştirakının mümkün olmadığını bildirərək Forumu Təhsilin İnkişafı Fondunun facebook səhifəsindən canlı izləməyi tövsiyə edirəm. Təhsildən tərəqqiyə qoşulun!