• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

bp-də yeni vitse-prezident təyinatı– Elyar Əliyev

  • 01-11-2023, 05:07

 

bp şirkəti məmnuniyyətlə elan edir ki, Elyar Əliyev 1 noyabr 2023-cü il tarixindən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda hüquq məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunur.

Bu vəzifədə Elyar bp-nin AGT regionu üzrə rəhbər heyətin üzvü olacaq və Azərbaycan və Gürcüstanda yerləşən regional hüquq departamentinə rəhbərlik edəcək.

Elyar yeni vəzifəsində Birləşmiş Krallığa geri dönən İvon MakAlisteri əvəz edəcək. Elyar bp-nin Azərbaycanda hüquq sahəsinə rəhbər təyin edilmiş ilk Azərbaycanlı mütəxəssisdir.

Elyarın neft-qaz sektorunda hüquq sahəsi üzrə 23 ildən artıq dərin təcrübəsi var. O, bp şirkətində fəaliyyətə 2009-cu ildə Bakı ofisində başlayıb və ilkin olaraq Azəri-Çıraq-Günəşli yatağı üzrə əməliyyatlara dəstək verib. Sonra isə o, bp-nin regional geoloji-kəşfiyyat işlərinə, o cümlədən Şəfəq-Asiman, Abşeron yarımadasının dayazsulu sahəsi və D230 kəşfiyyat bloku üzrə hasilatın pay bölgüsü sazişlərinin imzalanması və icrası üzrə hüquq işlərinə rəhbərlik edib.

2013-cü ildə o, bp-nin Londonda yerləşən mərkəzi hüquq departamentinə ezam olunub və bu vəzifədə bp-nin dünyanın müxtəlif yerlərində yeni ölkələrdə geoloji-kəşfiyyat işlərinə dəstək verib. 2018-ci ildən bəri Elyar şirkətin Şahdəniz və Cənub Qaz Dəhlizi layihələrinə hüquqi dəstək işlərinə rəhbərlik edir.

Edupress.az xəbər verir ki, bp-dən əvvəl Elyar “Nobel Oil” (hazırda NEQSOL Holdinqin tərkibində olan “Nobel Energy”) şirkətində işləyib. Həmin təşkilatda o, neft-mədən xidmətləri, mühəndislik və tikinti, habelə telekommunikasiya kimi müxtəlif sənaye sahələrində fəaliyyət göstərən şirkətlər qrupunun hüquq işlərinə rəhbərlik edib. Daha əvvəl o, Azərbaycanın quru yataqlarında ən böyük operatorlarından biri olan “Salyan Oil” şirkətində hüquq işlərinə nəzarət edib.

Elyar Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində magistr pilləsi üzrə (fərqlənmə ilə) təhsil alıb. O, həmçinin Böyük Britaniyanın BPP Universitetinin Hüquq Məktəbinin məzunudur.

2022-ci ildə Elyar Azərbaycanda neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın prezidentinin fəxri fərmanı ilə təltif olunub.

Elyar evlidir, iki övladı var.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!