• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Bir vaxtlar müəllimi dərəcəsinə görə fərqləndirərdilər, indi isə yaşına görə…

  • 27-04-2023, 11:50

 

Strategiyada nüfuz deyilərkən, “müəllim peşəsi” nəzərdə tutulur, “müəllimin yaş senzi” yox...

Kimsə yaşlı hakim, gənc həkim, ümumiyyətlə prokuror, müstəntiq, mühəndis, aqronom, zootexnik və digər peşə sahibləri arasında müqayisə aparılaraq, onların “yaşlı” və “gənc” kimi səciyyələndirilməsinin və yaş senzinə görə  fərqləndirilməsinin bəlkə də şahidi olub. Olsa belə, məsələ heç də onda deyil. Hər peşə sahibinin yaşlısı da var, gənci də, yaşlı və gənclər arasında da yaxşısı var, pisi də.  Bir də “çalışmanın yaş həddinə çatmış işçi” deyilən bir anlayış var. Bilən bilir, bilməyən də bilsin ki, Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Müvafiq Qanuna görə Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 70-dir.

Digər bir məsələ də ondan ibarətdir ki, xüsusi xidmətləri olmuş müəyyən işçilərin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir. Belə qənaətə gəlmək olar ki, yaşının 55, 60, 65 və 70 olmasından asılı olmayaraq çalışma müddəti başa çatana qədər digər cavanlarla eyni bərabər hüquqa maliksən. Elə isə, son zamanlar digər peşə sahiblərini deyil, məhz müəllimləri “yaşlı müəllimlər” və “gənc müəllimlər” kimi qruplaşdırıb hallandırmaq nə dərəcədə düzgündür?

Məsələnin ən maraqlı tərəfi də elə ondadır ki, niyə digər çoxsaylı peşə sahibləri deyil, məhz müəllim son zamanlar qərbdən bizə transfer olunan, nəsillər arasında qarşıdurma yaratmağa hesablanan “Nəsillər nəzəriyyəsi” kimi təhlükəli tendensiyanın hədəfinə çevrilib!? Nəsilləri illərin sıralanması əsasında yaşları üzrə təsnifatlandırıb, xarakter və xüsusiyyətlərinə görə “alfa”, “beta” “zeta” kimi bölgüsünü apararaq, bunlardan hansınasa üstünlük verib,  digər hansınısa nüfuzdan salmaq missiyasını yerinə yetirənlərin görəsən məqsədləri nədir? Kim təminat verə bilər ki, kimlərəsə “ulduz falı” kimi görülə biləcək bu oyunbazlıq gələcəyimiz olan yeniyetmə və gəncləri milli mentalitetdən, mənəvi dəyərlərdən, böyük-kiçik münasibətlərindən, ədəb-ərkan hissindən uzaqlaşdırmaq üçün düşünülməyib?

“Gənclərlə yaşlı nəsil niyə bir-birini başa düşmür?” mövzusunda aparılan müzakirələr, “Kim daha yaxşı öyrədir: yaşlı, yoxsa gənc müəllim?” başlıqlı yazılar, “Gənc műəllimlərin III Şəbəkələṣmə formu” adı altında keçirilən tədbirlər, “Yaşlı müəllimlər üçün dünya SSRİ-dən ibarətdir” kimi mülahizələr, “Sertifikasiya prosesinin nəticələrinə baxdıqda görürük ki, gənclərin nəticələri yüksəkdir”, “25-29 yaşı olanlar təhsilverənlərin sertifikasiya imtahanlarında 100 faiz uğur qazanıb”, “Bizi 40-55 yaş arası olanlar daha çox narahat edir”, “Yaşı 60-dan yuxarı olan müəllimlərin 68 faizi uğur əldə edib” və s. bu kimi rəsmi açıqlamaların mənbəyi nədən qaynaqlanır?  Bu kimi təhlilər aparıla bilər, lakin ictimailəşdirmək məqsidilə yox xidməti istifadə üçün. Və ya “Gənc műəllimlərin formu” keçirilsin, kim nə deyə bilər ki... Ancaq, bu “şəbəkələṣmə” nə olan şeydir, heç olmasa bunu soruşan biri olmalıdır ya yox?

İstəsək də istəməsək də bir sadə həqiqəti qəbul etməliyik ki,“Yaşlı müəllimlər” və “gənc müəllimlər” deyilən belə bir təsnifat yoxdur. Təcrübəli müəllimlər var, təcrübəsiz müəllimlər var, nüfuzlu müəllimlər var, nüfuzsuz müəllimlər var. Yaşlılığından asılı olmayaraq, canla-başla işləyən müəllimlər var, bir növ baş girləyən müəllimlər var. Bu peşəni sevərək seçənlər var, bu peşəyə təsadüfən yiyələnənlər var. Bu peşəyə ürəkdən bağlananlar var, bu sahəyə təsadüfən düşənlər var. “Niyə əksər yaşlı müəllimlər, zəif və ya yetərsiz olduqları halda, özlərini “ən güclü” və “üstün” müəllim hesab edirlər və əksinə, əksər cavanlar özlərini yaşlılardan daha üstün və güclü sayırlar” kimi yanaşmalar absurd mövqe sərgiləməkdən başqa bir şey olmayıb, yalnız yaşlı və gənc nəsil arasında qarşıdurma yaratmağa yönələn cəhdlərdən biri hesab oluna bilər.

Ümumiyyətlə yaşlıları və gəncləri müqayisə etmək, onların keyfiyyət göstəricilərini yaş senzinə görə, yüksək bal toplayanları qruplar üzrə təsnifatlandırmaq və bu əsasda hər hansı bir təhlil aparıb, ictimailəşdirmək heç bir halda problemin həllinə düzgün yanaşma hesab oluna bilməz. Bu kimi statistikalar yanız xidməti istifadə üçün yararlı və keçərli ola bilər. Təcrübəli yaşlı müəllimləri sıxışdırmaq yolu ilə, təcrübəsiz gənc müəllimlərə yol açmaq da, gənclərə etimad göstərmək hesab oluna bilməz əksinə, onsuz da zədələnmiş müəllim nüfuzuna əlavə yeni bir zədə olar. Çoxlarının bəyənmədiyi Sövet dönəmində müəllim dərəcəsinə görə - “ali kateqoriyalı” müəllim, “I kateqoriyalı”, “II kateqoriyalı” müəllim kimi seçilər və rəğbətləndirilər və nüfuz sahibi olardı.  Metodist müəllim “müəllimlərin müəllimi” sayılardı.

Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. Strategiyada nüfuz deyilərkən, “müəllim peşəsi” nəzərdə tutulur, “müəllimin yaş senzi” yox... Gənc müəllimlər unutmasın ki, onları bu ərsəyə gətirən elə indi bəyənmədikləri yaşlı müəllimlər olub. Bu gün yaşlı nəslə arxa çevirmək, sabah özünə qarşı arxa çevirənlər nəsli hazırlamağın əsasnı qoymaqdır.

 

 

Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!