• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Ekspert: “Müəllimin peşəsinə bağlılığı yoxdursa, mənəviyyatca necə olubsa, elə də qalacaq”

  • 03-11-2023, 11:41

Son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb. “2023-cü il dövlət büdcəsi haqqında” qanuna əsasən, təhsilə 4,4 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsinin layihəsində isə müəllimlərin sertifikasiyası üçün 71 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (ümumi 93,6 milyon manat - red.) vəsait proqnozlaşdırılıb.

Bu məqsəd üçün 2022-2026-cı illər ərzində 137 min müəllimin sertifikatlaşma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfərin diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.

Bəs görəsən, ötən dövr ərzində təhsilə ayrılan xərclər 19 dəfə artdığı halda təhsilin keyfiyyətində bu rəqəmi görmək mümkündürmü?

Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov mövzunu Bizim.media-ya şərh edib.

O bildirib ki, son 10 ildə Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqının məbləği 3 dəfə artıb:

“Rəsmi statistikaya əsasən, hazırda müəllimlərin 22 faizi, yəni 28 929 nəfər 500 manata qədər, 48 faizi, yəni 63 983 nəfər 500-1000 manat, 26 faizi, yəni 34 165 nəfər 1000-1500 manat, 5 faizi, yəni 6 177 nəfər 1500-2000 manat, 0,4 faizi, yəni 542 nəfər 2000 manat və daha artıq maaş alır.

Elm və təhsil naziri Emin Əmrullayev əməkhaqlarının artımına həsr olunan brifinqdə bildirdiyinə görə, 2014-cü ildə müəllimlərin orta maaşı 267 manat olduğu halda, indi, sonuncu artımdan sonra bu məbləğ 790 manata yüksəlib. Daha 2-3 ildən sonra isə orta əməkhaqqı 1000 manatı keçəcək. Göstərilən rəqəmlər nə qədər rəsmi və tutarlı fakt olsa belə, ölkədə çox zaman təhsilin keyfiyyətinin aşağı olmasını müəllimin əmək haqqı ilə izah edirlər.

Hələ təhsilə olan baxışlarımızı dəyişməmişik.

Bu gün təhsilin keyfiyyətini onunla izah edirik ki, neçə nəfər 700, yaxud 600 bal topladı, neçə nəfər ali məktəbə qəbul oldu, eləcə də neçə nəfər Prezident təqaüdünə layiq görüldü?! Məsələn, bizdə elə il olub ki, 25 nəfər 700 bal toplayıb, növbəti il bu say 3 nəfər olub. Yaxud elə il olub ki, 1 nəfər belə 700 bal toplamayıb. Bu, əsas verirmi ki, təhsilin keyfiyyətinin aşağı düşdüyünü və ya yuxarı qalxdığını iddia edək və bunu müəllimin əmək haqqının aşağı, yaxud da yuxarı olması ilə əsaslandıraq?!”

N.İsrafilov qeyd edib ki, təhsilin keyfiyyətinə yanaşma tərzimiz dəyişmədiyi müddətcə inkişaf danışmaq çətindir:

“Müəllim nüfuzunun yüksəldilməsi üçün əməkhaqqının artırılması kimi bütün variantlara əl atılır. İldən-ilə əməkhaqlarında artım müşahidə edilir. Hazırda sertifikasiya keçirilir və müəllimlərin peşə səviyyəsi müəyyənləşir. Yüksək bal toplayanların da əməkhaqqında müəyyən artımlar olur.

Ölkənin büdcəsi, sosial xərclər çoxaldıqca müəllimlərin əməkhaqqında artım gözlənilir. Bu vəsait yalnız müəllimlərin əməkhaqqı üçün nəzərdə tutulmur, burada strukturlar, texniki təchizat da yer alır. Yəni infrastruktur məsələsi də xeyli vəsait tələb edir. Çox təəssüf ki, büdcədən çox vəsait ayrılanda elə hesab edirik ki, bu ancaq müəllimlərin əməkhaqqı üçün nəzərdə tutulur.

Tomas Ceffersonun bir müdrik kəlamı var: “Mən sərvətləri artdıqca dürüstlükləri də artan insanlar görmədim”. Maddiyyat nə qədər önəmli olsa da, mənəviyyatın yoxluğu ona haqq qazandıra bilməz. Bu mənada, müəllimin peşəsinə bağlılığı yoxdursa, mənəviyyatca nədirsə, necə olubsa, elə o da olaraq qalacaq.

O ki qaldı əməkhaqqının repetitor fəaliyyətini məhdudlaşdırmağa kömək edib-etməyəcəyinə, məsələnin bu yolla həlli də o qədər də real görünmür. Çünki nə qədər ki, test tətbiq olunacaq, ali məktəblərə qəbul imtahanları mərkəzləşdirilmiş qaydada, ayrı-ayrı ixtisaslar üzrə aparılacaq, repetitorluq da bir o qədər özünə yeni tərəfdarlar tapacaq”.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!