• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Gənc İnformatika Müəllimlərinin I Forumu-FOTOLAR

  • 06-11-2023, 04:25

 

Noyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Gənc İnformatika Müəllimlərinin I Forumu keçirilib.

Universitetdən Edupress.az-a bildirilib ki, tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov son illərdə ölkənin təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini söyləyib. Rektor vurğulayıb ki, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir: “Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik göstəricilər və dil bilikləri ilə yanaşı, praktik bilik və bacarıqların, eyni zamanda, səriştənin IT biliklərinin vacibliyi ön plana çıxır”.

ADPU-da bununla bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edən rektor deyib ki, Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən icra olunan “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində nazirlik tərəfindən ADPU-da 160 kompüterdən ibarət yüksəksəviyyəli 5 laboratoriya yaradılıb: “İki ildir ki, universitetin müvafiq ixtisasda təhsil alan tələbələri təlimlərə cəlb olunur. “Twinninq” layihəsi çərçivəsində informatika müəllimliyi ixtisası üzrə tədris planının təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Universitetdə 2023/2024-cü tədris ilinin payız semestrində informatika müəllimliyi ixtisasında “Rəqəmsal bacarıqlar” fənni (IV kurs) və “Alqoritmika - Rəqəmsal bacarıqların inkişafı” təlimi çərçivəsində “Python proqramlaşdırma dili” kursu (V kurs) həyata keçirilir. ADPU-nun professor-müəllim heyəti “Moodle” platformasında öz kurslarını yaradıb. Universitetin STEAM Mərkəzi tərəfindən “STEAM metodikası və layihələrin qurulması” təlimi keçirilir, müəllim və tələbələr beynəlxalq texnoloji festivallarda uğurla iştirak edirlər. Elm və Təhsil Nazirliyi ilə “Certiport” şirkəti arasında əməkdaşlıq sahəsində ADPU-da təhsil alan tələbələr və əməkdaşlar üçün “Microsoft Sertifikatlı Təlimçi” imtahanı təşkil olunub”.

Professor C.Cəfərov diqqətə çatdırıb ki, Azərbaycanda həm ali təhsilin, həm də ümumi təhsilin səviyyəsinin müasir dünya trendlərinə uyğunlaşdırılmasında informatika müəllimlərinin üzərinə daha böyük yük düşür: “Gənclərdə informasiya texnologiyaları bacarıqlarının formalaşdırılması həm yüksək nəzəri biliyə, həm də praktik bacarıq və vərdişlərə tam səviyyədə yiyələnmiş informatika müəllimlərinin yetişdirilməsi nəticəsində mümkündür”.

Digər çıxış edənlər müasir dövrdə informatika üzrə dərslik, dərs vəsaitləri və praktik alətlərin vəziyyəti, informatika fənninin ali məktəblərə qəbul imtahanları proqramına daxil edilməsi ilə bağlı yaranan yeni situasiya, ali məktəblərdə informatika tədrisi və ümumən informasiya texnologiyaları bilik və bacarıqlarının inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Forumda ali təhsil müəssisələrinin informatika müəllimliyi ixtisasında təhsil alan IV kurs tələbələri, məzunlar, eləcə də ümumtəhsil məktəblərinin nümayəndələri və gənc müəllimlər iştirak ediblər.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!