• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

  • 06-11-2023, 12:43

Noyabrın 8-də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən 3 il ötür. Bu münasibətlə Azərbaycan Texniki Universitetində (AzTU) tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, şəhid ailələrinin üzvləri, qazilər, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və universitetinin nümayəndələri iştirak edib.

Edupress.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. 

Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ordumuzun düşməni məhv etdiyi görüntülərdən hazırlanan videoçarx da tədbir iştirakçılarına təqdim olunub.

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbriklərini çatdıran AzTU-nun rektoru Vilayət Vəliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başladılan 44 günlük Vətən  müharibəsində ordumuzun savaş strategiyasından danışıb. Bildirib ki, Azərbaycan Ordusunun 44 günlük müharibədə müasir texnologiyalardan istifadə edərək düşməni məğlub etməsi dünya hərb tarixində bir ilk idi. Rektor onu da qeyd edib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində başladığı və 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu.

Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin hər bir yerində dalğalanır. Bu şərəfli tarixləri bizə yaşadan şəhidlərimiz və qazilərimizi hər an qürurla xatırlayırıq. 44 günlük müharibədə AzTU-nun tələbə və məzunları arasından 35 nəfər, lokal xarakterli antiterror əməliyyatlarında isə 2 nəfər şəhidlik zirvəsinə ucaldı. Tələbə və məzun şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində universitetdə müxtəlif tədbirlər həyata keçirilir. Onların adları təhsil aldıqları auditoriyalara verilib. Şəhidlərin əziz xatirəsi hər zaman universitetdə yad olunur və bu belə də davam edəcək.

Sonra AzTU məzunları, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rauf Əliyevin valideyni Səxavət Əliyev və Elçin Həsənlinin valideyni Xatirə Həsənli çıxış ediblər. Qeyd olunub ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasında şəhid və qazilərin xidmətləri əvəzolunmazdır. Azərbaycan xalqı var olduqca, bayrağımız yüksəklərdə dalğalandıqca şəhidlərimizin xatirəsi də əbədi yaşayacaq.

Daha sonra AzTU TV studiyasının hazırladığı fləşbomun videoçarxı nümayiş olunub.

Tədbir tələbələrin ifasında şeir və musiqi nömrələri ilə davam edib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!