• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Laçında möhtəşəm "Bayraq yürüşü" -FOTOLAR

  • 07-11-2023, 06:00

Noyabrın 6-da Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində “Bayraq yürüşü” keçirib.

2014-cü ildən keçirilən “Bayraq yürüşü” bu il ilk dəfə işğaldan azad edilmiş ərazidə təşkil olunub. Yürüşdə 300-dən çox şəxs iştirak edib.

Yürüşün keçirilməsində məqsəd Vətən müharibəsində qazanılmış şanlı qələbəni, bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi zəfər yolunu uca tutmaqdır.

9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Müdafiə Nazirliyinin rəsmiləri, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, Şəhid Əlihüseyn Məmmədovun anası, Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova, hərbçilər, 44 günlük Vətən müharibəsi iştirakçısı olan müəllimlər, media qurumlarının rəhbərləri, idman sahəsində nailiyyətlər əldə edən şəxslər, sertifikatlaşdırmada yüksək bal toplayan müəllimlər, KİV nümayəndələri, şagird və müəllimlər iştirak ediblər.

Yürüşün rəsmi tədbir hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Laçında "Bayraq yürüşü"nün keçirilməsini qürurverici hadisə olaraq qiymətləndirib. Nazir müavini ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın güclü iqtisadiyyatının formalaşdığını və bütün sahələrdə uğurlu işlərin həyata keçirildiyini vurğulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderin uğurlu siyasətinin müasir çağırışlara uyğun davam etdirildiyini bildirən Firudin Qurbanov dövlətimizin başçısının uzaqgörənliyi, cəsarəti və diplomatik səyləri nəticəsində 44 günlük Vətən müharibəsinin qələbə ilə sonlandığını bir daha xatırladıb.

Bu gün Azərbaycan Bayrağının işğaldan azad edilmiş ərazilərdə dalğalanmasına görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayan nazir müavini bildirib ki, gənc nəsil bunu heç zaman unutmamalıdır.

Gənclərin vətənpərvər ruhda formalaşmasında təhsil sisteminin də müstəsna rolunu vurğulayan Firudin Qurbanov çıxışının sonunda hər kəsi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

 

Daha sonra çıxış edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov uzun illərdir hər kəsin Laçında belə bir tədbir keçirilməsini həsrətlə gözlədiyini deyib. Laçının bu gün inkişaf etdiyini, burada həyatın yenidən canlandığını qeyd edən Məsim Məmmədov Laçında görülən quruculuq işlərindən də danışıb.

Çıxış edən Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, Şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova Laçında belə bir tədbirin keçirilməsini tarixi hadisə olaraq qiymətləndiriblər. Çıxışçılar tarixi köklərinə bələd vətənpərvər gənclərin yetişdirilməsinin əsas məqsədlərdən olduğunu vurğulayıblar.

Çıxışlardan sonra muğam ifaçıları Eytiram Hüseyinov, Fehruz Səxavətin, eləcə də şagirdlərin ifasında mahnılar səsləndirilib.

Tədbir yekunlaşdıqdan sonra yürüşə start verilib. Laçın şəhəri 2 nömrəli tam orta məktəbdən başlayan yürüş "Seyrangah" adlı ərazidə başa çatıb.

 

 
 
 
 

Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!