• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Məktəb-şagird-ailə üçbucağı beynəlxalq və yerli təcrübə prizmasından müzakirə olunub

  • 27-04-2023, 13:01

 

Paytaxtdakı 276 nömrəli tam orta məktəbdə “XXI əsr məktəb-şagird-ailə üçbucağı beynəlxalq və yerli təcrübə prizmasından” mövzusunda görüş keçirilib.

Görüşdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Corc Vaşinqton Universitetinin professoru Elizabet Qrant, ADA Universitetinin Təhsil İnstitutunun dekanı  Ülviyyə Mikayılova, Avropa Azərbaycan Məktəbinin direktoru, Beynəlxalq Məktəblər Şurası (CIS) İdarə heyətinin üzvü, Qafqaz və Orta Asiya üzrə Beynəlxalq Bakalavriat məktəbləri Assosiasiyasının sədri Françesko Bankini, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov və  Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova, məktəb direktorları, direktor müavinləri və psixoloqlar iştirak ediblər.  

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev çıxış edərək təhsil müəssisələrində tədrisin effektiv idarə olunması, təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərdən danışıb.

BŞTİ-nin müdir müavini Anar Məmmədov paytaxt məktəblərinin fəaliyyəti, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, məktəb-valideyn əməkdaşlığının mövcud vəziyyəti barədə məlumat verib. A.Məmmədov valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirakını mühüm amillərdən olduğunu qeyd edib. Bildirib ki, məktəb-şagird-ailə əməkdaşlığı şagirdlərin təlim-tərbiyəsində səmərəliliyin artırılmasına, tədrisin nəticələrinin yüksəlməsinə, valideynlərlə məktəb arasında daha yaxşı ünsiyyət mühitinin genişlənməsinə şərait yaradır.

Təhsil İnstitutunun direktoru R.Əzizov, Avropa Azərbaycan Məktəbinin direktoru F.Bankini, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq  Assosiasiyasının prezidenti A.Cahangirov və digər çıxış edənlər şagird-valideyn-müəllim üçbucağının uğurlu alınması üçün valideynlərin təhsil prosesinə yönləndirilməsini ən əhəmiyyətli məsələlərdən biri kimi səciyyələndiriblər. Qeyd ediblər ki, bu işin daha şəffaf və səmərəli şəkildə təşkil olunması, valideynlərin məktəblərə cəlbi, əməkdaşlıq platformasının genişləndirilməsi istiqamətində  məzmunlu layihələrin icrası vacib amillərdəndir.

Görüşdə “Xoşbəxt şagirdlər məktəbi ideyasını reallaşdırmaq mümkündürmü?”, “Valideynlərin maarifləndirilməsi məktəbin ən ümdə vəzifəsidir”,  “Valideyn-məktəb, şagird-məktəb, valideyn-şagird-məktəb sistemlərində nələrin dəyişdirilməsi vacibdir? “”Z” və “A” nəsillərindən olan şagirdlərimizi tanıyırıqmı, onlarla pedaqoji prosesi düzgün qura bilirikmi?” və digər mövzular  ətrafında panel müzakirələr aparılıb.

Qeyd edək ki, görüş Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyası, ABŞ-ın Corc Vaşinqton Universiteti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!