• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Birinci sinif şagirdinin ingilis dilini bilməsinə nə ehtiyac var?!” — ETİRAZ

  • 15-11-2023, 07:28

Milli Məclisin iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib ki, bu gün təhsilə  kifayət qədər vəsait ayrılır, lakin şagirdlər dərsə girmir, dil öyrənməyə gedirlər.

“Milli aristokratiyanın yetişdirilməsi problemi var. Sadəcə, xarici dil bilən şəxslərdən ibarət milli aristokratiya yetişdirə bilərikmi? Məncə, yox. Belə getsə, gələcəkdə Azərbaycanı idarə edəcək kadrlar tariximizi, dilimizi, milli mədəniyyətimizi bilməyən ingilis dillilər olacaq”.


Təhsil eksperti Nadir İsrafilov da deputatla həmfikirdir. Onun fikrincə ingilis dilini bilməyi zəruri tələb kimi qarşıya qoymaq düzgün yanaşma deyil. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq, diplomatiya sahəsində işləmək istəyən, ingilis dilli ədəbiyyatlardan istifadə edəcək şəxslərin ingilis dilini  bilməsi daha vacibdir. Şagirdlərin digər dərslərdən yayınaraq ancaq dil öyrənməyə üstünlük verməsi səhv istiqamətləndirmənin nəticəsidir:



“Təhsil alanlara ingilis dili biliyinə görə qiymət vermək, bu dili bilməyənlərə bariyer yaratmaq yanlışdır. Bu gün təhsilə yanaşma tərzimizdə müəyyən neqativlər, çatışmazlıqlar var. Sovet təhsil sistemi daha çox bilik yönümlü  idi, kurikulum metodu isə şəxsiyyət yönümlüdür. Bu vaxta qədər əsas diqqəti bilik verməyə, qiymətləndirməyə yönəltmişdiksə, indi artıq məqsəd cəmiyyətə fayda verəcək səriştəyə əsaslanan şəxsiyyət yönümlü vətəndaş hazırlamaqdır”. 
Ekspert bildirib ki, bununla belə  yenə də təhsilə bilik yönündən baxırıq:

“Bəli, bilik, öyrətmək, savad vermək vacibdir. Vəzifələrə, mühüm dövlət işlərinə daha çox xaricdə təhsil alanları, ingilis dilini bilənləri təyin edirik. Amma məktəbin  vəzifəsi ali məktəbə tələbə hazırlamaq və yaxud ingilis dilli mütəxəssislər yetişdirmək deyil. Bunun üçün Dillər Universiteti var. Məktəbin əsas vəzifəsi şəxsiyyət yönümlü hərtərəfli inkişaf etmiş vətəndaş hazırlamaq olmalıdır. 

Bir qədər tələsirik. Birinci sinifdən uşaqlara ingilis dili keçilir, informatika keçilir. 6-7 yaşında uşaqda hələ öz ana dilində danışıq qabiliyyəti tam formalaşmır, indidən ingilis dilini bilməsinə, kompüteri bilməsinə nə ehtiyac var, nə vacibdir?! Dəfələrlə deyilir ki, orta məktəblərdə tədris proqramı yüngülləşdirilməlidir”.
 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!