• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Ankara Universitetinin nümayəndə heyəti LDU-da0 FOTOLAR

  • 16-11-2023, 06:54

Türkiyə Cümhuriyyətinin Ankara Universitetinin nümayəndə heyəti LDU-ya səfər edib.

Edupress.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Ankara Universitetinin rektoru, prof. dr.  Necdet Ünüvar başda olmaqla universitetin professor və müəllimlərindən ibarət nümayəndə  heyəti  Lənkəran Dövlət Universitetində olublar.  Hörmətli qonaqları LDU-nun rektoru, prof. Natiq İbrahimov qarşılayıb. Mehribanlıq və səmimilik şəraitində keçən görüş zamanı rektor türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti barədə ətraflı məlumat verib, LDU-da son illərdə tədrisin yenilənməsi və modernləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti ilə əyani tanışlıq  imkanı  yaradılıb.  Ankara Universitetinin təmsilçiləri  LDU-da yeni yaradılmış Baytarlıq fakültəsi, onun tədris bazası,  laboratoriyaları, universitetin yardımçı təsərrüfatı, yeni istifadəyə verilmiş tədris binaları  və s.ilə əyani tanış olub, tələbələrlə çay süfrəsi ətrafında söhbətləşiblər. LDU ilə  əyani tanışlıq qonaqlarda xoş təəssürat oyadıb.

Lənkəran Dövlət Universitetinin Elmi kitabxanasında Türkiyə Cümhuriyyətinin Ankara Universitetinin nümayəndə heyəti ilə LDU-nun tələbə və müəllimlərinin görüşünü Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açıb. Rektor çıxışında Ankara Universiteti ilə LDU arasında qarşılıqlı əlaqələrin hələ 1992-ci ildə yaradıldığını, müəyyən səbəblər üzündən davamlı olmadığını, son ildə isə daha geniş miqyasda yenidən bərpa olunduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Prof. Natiq İbrahimov yaşı 100-dən çox olan  Ankara Universitetinin təhsil uğurlarından danışarkən bu ali təhsil ocağı ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını xüsusi qeyd edib. Bildirib ki, LDU-nun nümayəndə heyəti 24.10.2023-cü il tarixdə Türkiyə Respublikasının Ankara Universitetində işgüzar səfərdə olarkən universitetlər arası əlaqələrin möhkəmləndirilməsi ətraflı müzakirə olunub, əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi edilib, Ankara Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında təhsil, akademik və mədəni sahədə əməkdaşlıq protokolu imzalanıb. İmzalanmış  Əməkdaşlıq protokoluna əsasən bu iki ali təhsil ocağı arasında müəllim-tələbə mübadiləsinin edilməsi, birgə elmi konfransların təşkili, həmçinin gələcəkdə ikili diplom layihəsi və s.  barədə müzakirələr aparılıb.

Görüşdə  Ankara Universitetinin  rektoru prof. dr. Necdet Ünüvar səmimi qarşılanmaya və qonaqpərvərliyə görə LDU-nun rektoru, prof. Natiq İbrahimova başçılıq etdiyi nümayəndə heyəti adından təşəkkürünü bildirib. Universitetin təhsil həyatı, tədris korpusları, laboratoriyaları ilə tanışlığın onda xoş təəssürat yaratdığını qeyd edib. Prof. dr. Necdet Ünüvar Azərbaycanla Türkiyə Cümhuriyyəti arasında olan qarşılıqlı əlaqələrdən, onların inkişafından da söz açıb və bu əlaqələrin təhsil sektoryna müsbət təsirini xüsusi vurğulayıb.

Görüşdə Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətini maraqlandıran suallar prof. dr.Necdet Ünüvar və  prof. Natiq İbrahimov tərəfindən cavablandırılıb.

Tədbirin ən maraqlı, yaddaqalan anı LDU Elmi şurasının qərarına əsasən  Ankara Universitetinin rektoru, prof.dr. Necdet Ünüvara Lənkəran Dövlət Universitetinin  fəxri professoru  plaketinin  təqdim olunması anı olub. LDU-nun fəxri mükafatını universitetin rektoru, prof. Natiq İbrahimov təqdim edib. Rektor görüşdən xatirə kimi türkiyəli qonaqlara milli dəyərlərimizin əksi olan xatirə hədiyyələri təqdim edib. Ancaq Lənkəranda bitən, dostluq və möhkəmlik, birgəlik rəmzi kimi dəmirağacı fidanının təqdimi türkiyəli qonaqların ürəyincə olub.

Görüş Lənkəran Dövlət Universiteti və LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollec tələbələrinin ifasında Azərbaycan-Türkiyə dostluğunu əks etdirən maraqlı konsert proqramı ilə yekunlaşıb.

Sonda görüşü əbədiləşdirən xatirə fotoları çəkilib.

 

 

 

 

 

 

 

 

 

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!