• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

BSU-da "Şuşa maarifi" sənədli filminin nümayişi olub-FOTO

  • 16-11-2023, 06:25

  

Noyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə ərsəyə gətirdiyi “Şuşa maarifi” sənədli filminin nümayişi olub.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev “Şuşa maarifi” sənədli filminin nümayişinin universitetdə keçirilməsindən məmnun olduğunu dilə gətirib. Rektor ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa olunmasını  həyata keçirən lideri olan bir xalq kimi xoşbəxt olduğumuzu qeyd edib. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də qəhrəman qazilərimizin daim  minnətdarlıq hissi ilə xatırlanacağını deyən Anar Nağıyev milli- mənəvi irsimizi bizə çatdıran hər bir kəsə də minnətdar olacağımızı ifadə edib. Şuşanın pedaqoji tarixinə həsr olunmuş filmin Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə fəaliyyəti nəticəsində ərsəyə gəldiyini vurğulayan rektor filmin ssenari müəlliflərindən birinin Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın özünəməxsusluğunu əks etdirən filmin xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov filmin nümayişi üçün yaradılan şəraitə görə BSU rəhbərliyinə təşəkkür edib. O, filmin ilk nümayişinin məhz Şuşada keçirildiyini,  daha geniş auditoriya üçün nümayişin isə 3 noyabr tarixində Nizami Kino Mərkəzində baş tutduğunu diqqətə çatdırıb. Cəsarət Valehov filmin nümayişinin ali təhsil müəssisələrindən isə ilk dəfə olaraq məhz BSU-da keçirildiyini vurğulayıb.  O, filmin ideyasının yaranması, həmçinin çəkiliş prosesi ilə bağlı öz təəssüratlarını bölüşüb. Filmin Şuşa ilə bağlı xronoloji təfərrüatları özündə əks etdirdiyini bildirən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri tədbir iştirakçılarını filmi izləməyə dəvət edib.

Daha sonra “Şuşa maarifi”   film nümayiş olunub.

Qeyd edək ki, "Şuşa İli" çərçivəsində hazırlanmış film Şuşada təhsilin tarixi mərhələlərindən və əhəmiyyətindən bəhs edir. Filmin ssenari müəllifləri Cəsarət Valehov, Ramil Ələkbərov, rejissoru Elçin Qasımovdur. Filmdə Şuşada yaranmış  mühitin xalqımızın tarixində, maarifçilik ənənələrinin yaşadılmasında, mədəniyyətimizin inkişafında mühüm rol oynadığı nümayiş etdirilir.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!