• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

BP ACE platformasından ilk istismar quyusunu qazmağa hazırlaşır - Bəxtiyar Aslanbəyli

  • 16-11-2023, 13:15

"BP şirkəti noyabr ayında "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda "Mərkəzi Şərqi Azəri" (ACE) platformasından ilk istismar quyusunu qazmağa hazırlaşır və bu, planlaşdırıldığı kimi, 2024-cü ilin əvvəlində ACE-dən ilk nefti hasil etməyə imkan verəcək".

 Edupress.az  xəbər verir ki, bunu Trend.az-a özəl müsahibəsində Bəxtiyar Aslanbəyli deyib. 

 "Bu ilin mart ayında ACE-nin dayaq blokunu dənizə göndərmişik və "Azəri-Çıraq-Günəşli" yatağında daimi yerində quraşdırmışıq. Bundan sonra avqust ayında ACE-nin üst modulları dənizə yola salınıb. Dənizdə üst modulların quraşdırılması, montaj və işə salınması artıq başa çatıb. Layihə hazırda 94 faiz reallaşdırılıb", - o deyib.

AÇG-də qiymətləndirmə quyusunun qazılması

B.Aslanbəylinin sözlərinə görə, hazırda hasilatın aparıldığı neft yatağının altındakı dərin qaz laylarına dair məlumat əldə etmək məqsədilə quyunun qazılmasına 7 fevral 2023-cü il tarixində başlanılıb.

 "Qazma işlərini aprel ayında tamamlamışıq. Hazırda quyudan əldə edilən məlumatları və AÇG-nin dərin qaz laylarının potensialını öyrənirik", - deyə o bildirib.

 "Şahdəniz"də SDX-8 quyusunun qazılması

"Şahdəniz" müqavilə sahəsində SDX-8 kəşfiyyat quyusunun qazılmasına 20 yanvar 2023-cü ildə başlanılıb. Qazılmasına Heydər Əliyev adına yarımdalma qazma qurğusunun cəlb olunduğu quyu "Şahdəniz" yatağının şərq cinahında yerləşir. Quyunu ümumilikdə 7 min metr dərinliyində qazmağı planlaşdırırıq", - o deyib.

BP şirkətinin vitse-prezidenti hazırda qazma işlərinin təhlükəsiz və stabil qaydada davam etdiyini qeyd edib.

 "Şahdəniz-2"də şərq-şimal cinahından hasilatın başlaması

B.Aslanbəyli "Şahdəniz-2" layihəsi çərçivəsində şərq-şimal cinahında hasilatın dördüncü rübdə başlaması üzrə işlərin qrafik üzrə irəlilədiyini qeyd edib.

"Bu layihə çərçivəsində quraşdırma və sınaq işləri "Shah Deniz Bravo" platformasında həm sualtı, həm də üst modullarda davam edir. Layihə çərçivəsində gəmilərin köməyilə şərq-şimal cinahının istismar sınaqlarının təmin edilməsi üzrə işlər başa çatıb və bütün sistemi işə salmaq üçün hazırda platformada istismar sınaqları davam edir", - o deyib.

 Cəbrayılda günəş elektrik stansiyası 

 "Sunrise" Cəbrayılda inşa olunacaq 240 meqavatt gücündə günəş elektrik stansiyasıdır. Lakin bu tipik günəş enerjisi layihəsi deyil, bu layihənin fəaliyyətimizin dekarbonizasiyasına imkan yaradacaq digər layihə ilə əlaqəli olacağı gözlənilir. Buna "Virtual enerji ötürmə sxemi" adlı pilot kommersiya strukturu vasitəsilə nail olunacağı gözlənilir. Bu yanaşma Energetika Nazirliyi ilə razılaşdırılıb və cari əməliyyatlarımızı virtual enerji ötürmə yolu ilə həyata keçirmək üçün Cəbrayılda hasil olunan elektrik enerjisini almağımıza imkan verəcək", - deyə BP-nin vitse-prezidenti bildirib.

 O, BP-nin hazırda hökumət, SOCAR və digər tərəfdaşlarla layihə ilə əlaqəli yerdə qalan texniki və kommersiya məsələlərinin həlli üzərində işlədiyini qeyd edib.

 "2023-cü ildə Cəbrayılda günəş elektrik stansiyasının inşası üçün sahə araşdırmaları apardıq, həmçinin SOCAR və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə "Sunrise" ("Şəfəq") layihəsi üzrə qoşulma sazişi imzaladıq. Sənəddə SOCAR və AİŞ-in layihədə iştirak etmək niyyətində olduqları qeyd edilib. Bu ondan xəbər verir ki, biz durmadan layihə üzrə yekun investisiya qərarını qəbul etməyə doğru irəliləyirik", - deyə B.Aslanbəyli əlavə edib.

 Yeni yaradılmış "Shafag (Cəbrayıl) Solar Limited" şirkətinə gəlincə, B.Aslanbəyli bunun "Şəfəq" layihəsinin sahibliyi və idarə olunması üçün yaradılmış hüquqi şəxs olduğunu bildirib.

 Bakı-Supsa neft boru kəməri

"Bakı-Supsa boru kəməri sisteminin, o cümlədən Supsa terminalının fəaliyyətini 15 mart 2022-ci ildən dayandırmışıq. Bu, tankerlər olmadığı təqdirdə boru kəmərinin fəaliyyətinin dayanması ehtimalının qarşısını almaq üçün ehtiyat tədbiri idi. Həmin tarixdən etibarən Bakı-Supsa neft boru kəməri yalnız Supsada tanker yüklənməsi üçün müraciət daxil olduqda istifadə olunub. Bu proses çərçivəsində növbəti hər aya dair qərar əvvəlki aylarda yükgöndərənlər tərəfindən daxil olan müraciətlər əsasında qəbul olunur", - deyə Bəxtiyar Aslanbəyli qeyd edib.

Onun sözlərinə görə, hazırda bu vəziyyətlə bağlı heç bir dəyişiklik yoxdur və noyabr ayı üçün müraciət daxil olmayıb.

 2024-cü ildə yataqlarda profilaktik işlərin aparılması üzrə planlar

"2024-cü il üçün bütün fəaliyyət planlarımız (illik proqram işləri), o cümlədən profilaktik işlər üzrə planlar hələ SOCAR və digər tərəfdaşlar tərəfindən təsdiqlənməlidir. Təsdiq olunduqdan sonra biz növbəti ilə planlaşdırılan profilaktik işlərdən danışa bilərik", - deyə o sonda deyib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!