Gənc müəllimlərlə görüş keçirilib-FOTO
Bugün Astara Rayon üzrə Təhsil Sektorunda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Astara rayonu üzrə koordinatorları, AGMA Regional Koordinatorlar üzrə Menecer Tural Mehtiyev ,Astara rayon üzrə direktorlar , məktəbəqədər təhsil müəssisələrinin işçiləri, rəhbərləri və gənc müəllimlər iştirak etdilər.
Gənc müəllimlər üçün koordinatorlar "AGMA-nın təqdimatı" və məktəbəqədər müəssisələrin tərbiyəçilərinə "Məktəbəqədər müəllimlərin hazırlığı marafonu" haqqında məlumat vermişdir. Astara rayonu Y.Nəsirov adına Sərək kənd tam orta məktəbin direktoru N.Həmidova çıxış edərək ölkədə gənclər siyasəti , təhsildə gənclərin uğurları mövzusunda çıxış etdi.Daim gənclərə dəstək göstərməyə hazır olduğunu bildirdi.
Görüşdə müəllimlər AGMA-nın sturukturu, 5 illik fəaliyyəti, layihələri, xidmətləri, forumları və təlimləri haqqında geniş məlumatlandırıldıqdan sonra gənc müəllimlərin fikirləri dinlənilmiş, təklifləri qeyd edilmişdir.