• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Test imtahanlarında yanlış cavablara görə cəza - Kanadadakı professorumuzdan araşdırma

  • 20-11-2023, 09:18

Edupress.az Moderator.az-a istinadən  Kanadanın Vaterloo Universitetinin professoru, Riyaziyyat/biznes və mühasibat üzrə bakalavr proqramlarının direktoru, həmyerlimiz İlham Əhmədovun qəbul metodları ilə bağlı çox vacib araşdırmasını təqdim edir:

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında abituriyentlər qapalı test tapşırıqlarını həll edərkən onların 4 səhv cavabı 1 düz cavabı sıradan çıxarır. Abituriyentlərin bir çoxu bundan şikayətlənir və bu qaydanın ləğv olunmasını istəyirlər. DİM isə imtahana heç hazırlaşmayan abituriyentlərin cavabları təsadüfən seçdiklərinə görə 4 səhvin 1 düzü aparması qaydasını tətbiq etdiyini söyləyir. Belə yanasma, ümumiyyətlə, doğru sayıla bilər, amma DİM -in təqdim etdiyi test imtahanlarında bir düzgün cavab ilə yanaşı, bəzən “qəbul edilə bilən”, amma verilmiş sual üçün səhv olan alternativ cavablar təqdim olunur və bunlara da ədəbiyyatda “yayındırıcı” cavablar deyirlər. Belə alternativ cavablar şagirdlərdə yayındırıcılıq effektini artırır və nəticədə şagirdlər ya sualı boş buraxmağa, ya da səhvlər etməyə məruz qalırlar və bu zaman hər bir belə səhv cavab üçün 0.25 bal itirirlər.

Qərbdə tələb olunan məşhur SAT imtahanı zamanı da əvvəllər belə cəzalar tətbiq olunurdu. 2016-cı ildən başlayaraq SAT-Həmkarlar Şurası bu cəzanı ləğv etdi, çünki tədqiqatlar göstərdi ki, bu qayda abituriyentlərin imtahan nəticələrinə gözlənilməz (qəsdən edilməyən) təsir göstərə bilir. Başqa bir geniş istifadə olunan universitet qəbul imtahanı sayılan ACT (Amerika Kollec Testi) imtahanı üçün isə heç vaxt belə cəzalar tətbiq olunmamışdır.

Bu mövzuda aparılan son tədqiqatlar (Lang, D. (2019). Strategic Omission and Risk Aversion: A Bias-Reliability Tradeoff [Paper presentation]. International Conference on Learning Analytics & Knowledge, Tempe, AZ. //files.eric.ed.gov/fulltext/ED594761.pdf).) da göstərir ki, testlərdə tətbiq olunan belə cəza abituriyentlərin risk tolerantlığından asılı olaraq onların ümumi balına diferensial təsir göstərir.

Başqa sözlə, abituriyentin test nəticəsi onun materialı nə qədər mənimsəməsindən əlavə, psixoloqlara yaxşı məlum olan bəzi kənar faktorlardan asılı olur. Nəticədə, riskdən çəkinən abituriyentlər düzgün cavab verə biləcəyi çoxlu sayda sualları boş buraxırlar.

Araşdırmalar onu da göstərir ki, təsadüfi cavab vermə və ya sualları boş buraxma davranışları arasındakı fərqlər cins/gender-dən asılı olaraq dəyişir (Coffman, K. B., and Klinowski, D. (2020). The Impact of penalties for wrong answers on the gender gap in test scores. PNAS, 117(16), 8794-8803. //doi.org/10.1073/pnas.1920945117).

Cəza aradan qalxdıqdan sonra testlərdə boş buraxılmış sualların sayında (gender fərqi üçün) böyük azalma müşahidə olundu.

Bu konsepsiyanın DİM-in imtahanlarına tətbiqi bizi belə bir qənaətə gətirir ki, bu cəzanın tətbiqinin aradan qaldırılması abituriyentlər toplumunda müşahidə olunan potensial fərqləri azaltmağa kömək edər, onların öyrənmə vərdişlərinin artmasına səbəb olar və beləliklə də imtahan nəticələrini yaxşılaşdıra bilər.

DİM-in hazırkı yanaşmasında isə abituriyentin bilmədiyi sualları boş buraxmaq və ya təsadüfi təxmin etmək seçimlərini elementar ehtimal nəzəriyyəsinin köməyi ilə bir qədər müzakirə edək.

Tutaq ki, Leyla testdəki 66 sualdan 56-nın cavabını bildiyinə inanır. O, əmin olmadığı 10 suala cavab vermir, çünki o, bilir ki, səhv cavablara görə cəzalandırılacaq, lakin boş buraxılmış suallar sayılmır. Cavab verdiyi 56 sualdan 44-nü düzgün, 12-ni səhv edir və beləliklə, onun ümumi balı (# düzgün) - (1/4)(# səhv) = 44 - (1/4)(12) = 44 - 3 = 41 olur.

Eyni hazırlığa malik Əhməd də testdəki 56 sualın (66 sualdan) cavabını bildiyinə inanır. O, digər 10 cavabı təsadüfi təxmin edir. Bildiyini düşünən 56 cavabdan 44-nü düzgün, 12-ni səhv (Leyla ilə eyni) alır. Onun təxmin etdiyi 10 cavabdan ehtimala görə, 10/5 = 2 doğru və 10 - 2 = 8 səhv alacağını bilirik və bu da 44 + 2 = 46 düzgün cavab və 12 + 8 = 20 yanlış cavab deməkdir. Beləliklə, Əhmədin ümumi balı da = (# düzgün) - (1/4) (# səhv) = 46 - (1/4) (20) = 46 - 5 = 41 oldu. Əhmed 10 sualın cavablarını təxmin etdiyinə görə cəzalandırılmadı və eyni zamanda, “mükafatlandırılmadı”.

Məhəmməd də testdəki 66 sualdan 56 sualın cavabına əmin olduğunu düşünür. Qalan 10 sualın hər biri üçün o, 4 cavabın mümkün olmamasını və yalnız cavabların 2-dən birinin doğru olacağını bildiyi üçün təsadüfi olaraq bu iki seçimdən birini edir. Bildiyini zənn etdiyi 56 cavabdan 44-nü düzgün, 12-ni səhv alır (yuxarıda Leyla və Əhməd kimi). Təxmin etdiyi 10 cavabdan ehtimala görə onun 10/2 = 5 doğru və 10 - 5 = 5 səhv cavab almasını nəzərə alsaq, onun ümumi balı (# doğru) - (1/4) (# səhv) = 49 - (1/4) (17) = 49 - 4,25 = 44,75 olur.

Beləliklə, Leyla və Əhmədə nisbətən Məhəmməd 9% daha yüksək bal topladı. Yəni, bütün mümkün cavablar yox, daha az sayda cavablar arasında edilən təsadüfi seçimə görə abituriyent “mükafatlandırılır”.

QEYD: Burada yazdıqlarım ehtimal nəzəriyyəsinə əsaslanır və abituriyentlərin öz praktikasında istifadə etməsi üçün nəzərdə tutulmamışdır. DİM ekspertləri də bunları bildiyi üçün, yəqin ki, abituriyentin sadəlövh intuisiyasına qarşı olaraq “yayındırıcı” cavablar tətbiq edirlər və bu halda abituriyentin təxminləri onlar üçün tələ ola bilər. Burada kömək edən yeganə hal abituriyentlərin daha çox çalışması, ev tapşırıqlarını yerinə yetirməsi, çoxlu sınaq imtahanlarına qatılması və onlar üçün nəyin yaxşı işlədiyini görməsidir. 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!