• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

ADNSU-nun prorektoru Cənubi Qazaxıstan Universitetinin 80 illik yubileyində iştirak edib

  • 21-11-2023, 11:03

 

 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov M.Auezov adına Cənubi Qazaxıstan Universitetinin rəhbərliyinin dəvəti ilə Qazaxıstan Respublikasında səfərdə olub.

Dəvətin məqsədi dost ölkə olan Azərbaycanın qabaqcıl universitetlərindən biri olaraq Cənubi Qazaxıstan Universitetinin 80 illik yubileyində iştirak etmək olub. Belə ki, noyabrın 18-də Qazaxıstan Respublikasın Şimkənd şəhərində Cənubi Qazaxıstan Universitetinin yubileyi münasibəti ilə təşkil edilən təntənəli mərasimdə Qazaxıstanın Elm və ali təhsil naziri Sayasat Nurbek, ölkənin təhsil ictimaiyyəti, eyni zamanda ayrı-ayrı ölkələrdən elm və təhsil nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak edib.

Mərasimdə çıxış edən Qazaxıstan Respublikasın Elm və ali təhsil naziri Sayasat Nurbek bütün konfrans iştirakçılarını salamlayaraq 80 illik yubiley münasibəti ilə Qazaxıstanın dövlət başçısının təbrikini tədbir iştirakçılarına çatdırıb, universitetin fəaliyyətinin yüksək qiymətləndirərək uğurlar arzu edib. Sonra Cənubi Qazaxıstan Universitetinin rektoru, professor Kojamjarova Daria geniş məruza ilə çıxış edib.

Təntənli yubiley mərasimində ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov çıxış edərək öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun, o cümlədən universitetin çoxminli kollektivinin salamını və səmimi təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Cənubi Qazaxıstan Universitetinin əməkdaşlıq əlaqlərindən, həmçinin iki qardaş ölkənin tarixi köklərə əsaslanan sarsılmaz dostluq münasibətindən danışan dosent Qasım Məmmədov ADNSU-nun bir əsrdən yuxarı olan tarixi, fəaliyyəti haqqında qısa məlumat verib və təmsil etdiyi universitetin yetişdirdiyi mütəxəssislərin Azərbaycan, o cümlədən dünyanın bir neçə ölkəsində neft sənayesinin inkişafına verdiyi töhfələrdən danışıb. Çıxışı zamanı dosent Qasım Məmmədov ADNSU-da mövcud olan təhsil və tədris sistemi, müasir texnoloji yeniliklərin təhsil siteminə tətbiqi, universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları və digər fəaliyyət sahəsi haqqında ətraflı məlumat verib.

Tədbir iştirakçıları tərəfindən maraqla qarışlanan çıxışı zamanı dosent Qasım Məmmədov Azİİ-nin ilk qazaxıstanlı məzunu (1935-ci il), Qazaxıstan Respublikasinin neft sənayesinin banisi hesab edilən Safi Utebayevdən də bəhs edib. Bildirib ki, ADNSU-da fəxri məzunu kimi Safi Utebayevin xatirəsini hər zaman dərin ehtiramla yad edilir və universitetdə onun əziz xatirəsinə həsr olunmuş barelyef qoyulub.

Yubiley mərasiminin sonunda Şimkənd şəhərinin 1200 nəfərəlik tutumu olan “Türküstan” Konsert Kompleksində müəllim və tələbələrin iştirakı ilə bütün izləyicilərin marağına səbəb olan konsert proqramı nümayiş olunub.

 

Noyabrın 16-dan 19-a qədər davam edən səfər zamanı dosent Qasım Məmmədov M.Auezov adına Cənubi Qazaxıstan Universitetinin rektoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki, professor Kojamjarova Daria və Tədris işləri üzrə prorektor Nurmanbetov Kairat ilə, həmçinin universitetin Mexanika və neft mühəndisliyi fakültəsinin dekanı, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri,  Texnoloji avadanlıqlar və maşınlar kafedrasının müdiri ilə təkbətək görüşlər keçirib. Görüşlər zamanı iki universitet arasında qarşılıqlı əməkdaşlıq istiqamətlərində fikir mübadiləsi aparılıb. Müştərək görüləcək işlər, hər iki ali təhsil müəssisəsinin iştirakı ilə həyata keçiriləcək layihələr, elmi nailiyyətlər və hədəflər müzakirə olunub.

Səfər çərçivəsində dosent Qasım Məmmədov Qida biotexnologiyası laboratoriyasının, konstruksiyaların, qurğuların və proseslərin multifiziki modelləşdirilməsi laboratoriyasının, REİLRAB Qazaxstan Dəri Mərkəzinin, həmçinin Şirin su hazırlanmasının effektiv texnologiyasının işlənməsi üzrə kompleksin açılışında iştirak edib.

Qeyd edək ki, Qazaxıstanın Respublikasının dövlət başçısının Milli Tədqiqat Universiteti adı verdiyi M.Auezov adına Cənubi Qazaxıstan Universiteti ölkənin aparıcı təhsil müəssisələrindəndir. Sistemli təhsil ənənəsi və elmi nailiyyətləri ilə tanınan universitet Azİİ kimi həm də yetişdirdiyi kadrlarla məşhurdur. 30 min tələbənin təhsil aldığı və 1500 nəfər professor-müəllim heyətinin çalışdığı Cənubi Qazaxıstan Universiteti elmi nailiyyətlərinə, o cümlədən dünya metrik bazalarında, beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrə görə də fərqlənir, hazırda universitet QS reytinqi siyahısında 434-cü yerdə qərarlaşıb.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!