• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

BSU-da YAP-ın yaradılmasının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib

  • 22-11-2023, 06:19

 

 

 

Noyabrın 21-də Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP-ın 31 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

BSU-nun rektoru Anar Nağıyev çıxışında məhz 31 il öncə bu tarixdə dövrün çətin bir dönəmində-tənəzzül etmiş iqtisadiyyatı, işğala məruz qalmış ölkəni tamamilə yeni bir mərhələyə çıxaracaq siyasi hərəkatın başlanğıcının qoyulduğunu diqqətə çatdırıb. Rektor bu prosesin əsasının ötən əsrin 70-80-ci illərində Ulu Öndərin gələcək Azərbaycan üçün formalaşdırdığı təməllərin nəticəsində  qoyulduğunu qeyd edib.  Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" fikrinin  xüsusi əhəmiyyətindən söz açaraq,  YAP-ın Azərbaycana xas olan bütün dəyərlərini özündə ehtiva edən, ölkəmizi parlaq gələcəyə aparan partiya olduğunu deyib. YAP-ın  yaranmasının 31- ci ildönümünü dünyanın  zəfər  çalmış xalqlarından, dünyanın ən nüfuzlu ölkəsinin vətəndaşlarından biri olaraq qeyd etməkdən qürur duyduğumuzu dilə gətirib. O, ideologiyası Azərbaycan məfkurəsi üzərində qurulan YAP-ın Cənubi Qafqazın ən böyük partiyası olduğunu vurğulayıb. Buna görə də YAP-ın  sadəcə  Azərbaycanın taleyi ilə bağlı deyil, daha geniş regionun inkişafı üçün qərarlar verə biləcək bir partiya olduğunu deyib.

Rektor  yarandığı ilk dövrdən başlayaraq partiyanın namizədlərinin qələbə qazandığını, həmin qələbələrin qətiyyətli qələbələr olduğunu bildirib. O, partiyanın yaradıcısı olan Ulu Öndər Heydər Əliyevin, partiyanın sədri, Prezident İlham Əliyevin müxtəlif dövrlərdə Azərbaycan Respublikasında Prezident seçkilərində ən yüksək göstəricilərlə qalib gəlməsinin partiyanın nüfuzunun sübutu olduğunu qeyd edib.

Noyabr ayının Azərbaycan tarixi üçün çox üçün çox əlamətdar günlərlə yadda qaldığını vurğulayan rektor 9 noyabr-Bayraq Gününün, 12 noyabr-Konstitusiya Gününün, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin tarixi əhəmiyyətindən söz açıb.

Anar Nağıyev çıxışında Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətindən “Çıxışımın sonunda vurğulamaq istərdim ki, ən çətin məqamlarda belə bəşəriyyət mərhəmət hissini itirməməlidir” fikrini xatırladıb.  Bu müraciətin hər kəs üçün vacib əhəmiyyət daşıdığını qeyd edib. Rektor bu fikrin Prezident İlham Əliyevin irəli sürdüyü müharibə və post-müharibə  dövründə Azərbaycan ləyaqətli müharibə aparması fikri ilə uzlaşdığını deyib.

Rektor  çıxışını "Mən fəxr edirəm ki, Azərbaycanlıyam ifadəsi" böyük anlamda hər birimizi vahid birliyə gətirərək "Dəmir Yumruq" olaraq Azərbaycanın düşmənlərinin qarşısını almaqla gələcəyə işıq salır" fikri ilə sonlandırıb.

YAP Nəsimi rayon təşkilatını sədri Azər Süleymanov YAP-ın ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıdığını qeyd edib. Azər Slüyemanov YAP-ın yaranama tarixinə ekskurs edərək, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının hər kəsi vahid ideologiya ətrafında birləşdirdiyini vurğulayıb. YAP Nəsimi rayon təşkilatını sədri  Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticələrindən söz açıb.

Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə çıxışında bu günün Azərbaycan ictimai-siyasi həyatında yadda qalan günlərdən biri olduğunu qeyd edərək, “91”-lərin nümayəndələrindən biri kimi həmin dövrlə bağlı öz xatirələrini bölüşüb. O, YAP-ın müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasına daxil olduğunu deyib.

Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev Ulu Öndər Heydər Əliyevin YAP-ın yaranması ilə bağlı irəli sürdüyü tezislərin əhəmiyyətindən söz  açıb. Partiyanın proqram və nizamnaməsindən danışan Piralı Əliyev Prezident İlham Əliyevin sədrliyi ilə partiyanın aydın ideyalarının daim yaşayacağını bildirib.

Çıxışlardan sonra  YAP-a yeni üzv olan BSU-nun fəal tələbələrinə üzvlük vəsiqələri təqdim olunub.  Tədbir YAP-ın himninin səsləndirilməsi ilə yekunlaşıb.

 

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!