BDU-nun əməkdaşı medalla ilə təltif olunub.
BDU-nun laboratoriya müdiri "MDB-də 2023-cü ilin ən yaxşı mütəxəssisi” medalı ilə təltif olunub.
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov 2023-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) elm və təhsil işçiləri arasında keçirilən “2023-cü ilin ən yaxşı mütəxəssisi” müsabiqəsinin qalibi olub. O, birinci dərəcəli diplom və “MDB-də 2023-cü ilin ən yaxşı mütəxəssisi” medalı ilə təltif olunub.
Əməkdaşımızı təbrik edirik!