• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Vüsal hicrandan acıymış” sənədli filminin təqdimatı olub

  • 29-11-2023, 08:50

 

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr edilmiş “Vüsal hicrandan acıymış” sənədli  filminin təqdimatı keçirilib. Təqdimat mərasimində LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə heyəti, rayon rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyətin bütün təbəqələrinin təmsilçiləri iştirak edib. Mərasimə toplaşanlar ilk əvvəl mərkəzin foyesində şəhid baş leytenantın döyüş fəaliyyətini əks etdirən rəsm əsərlərinə, kitab və jurnallara baxış keçirib, ömür yolu ilə tanış olublar.

Təqdimat mərasimi vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan xaqlqını Zəfərə aparan yolun Vüsal Kazımov kimi igidlərin şəhadətindən keçdiyini, illər, qərinələr keçsə də onların müqəddəs xatirələrinin qədirbilən Azərbaycan xalqı tərəfindən heç zaman unudulmayacağını, zaman-zaman ehtiramla anılacağını deyib. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın tam Zəfərə nail olduğunu, 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızın nəhayət ki, bu il işğaldan azad olunduğunu, Xankəndində 3 rəngli Azərbaycan bayrağının dalğalandığını  şəhidlərin intiqamı kimi dəyərləndirib. Bildirib ki, nə qədər ki, müstəqil Azərbaycan var, şəhid ailələri də daim dövlətin diqqətində olacaqlar, onlara olan ehtiram və məhəbbət heç vaxt əskilməyəcək.

Tədbirdə Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov, şəhid Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova, filmin yaradıcısı Çinarə Ömray çıxış edərək şəhidlə bağlı xatirələrdən söz açıblar.

Çıxışlardan sonra “Vüsal hicrandan acıymış” sənədli  filminin təqdimatı  olub. Filmdə şəhid baş leytenat Vüsal Kazımovla bağlı doğmalarının, dostlarının, tələbə yoldaşlarının, cəhbədəki silahdaşlarının xatirələri yer alıb.

Sonda şəhidin atası, LDU-nun sosial məsələlər üzrə prorektoru, prof. Kamran Kazımov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və diqqətdən danışıb, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova daim şəhid ailələrinin yanında olduğuna görə bütün şəhid valideynləri adından minnətdarlıq edib. Prof. Kamran Kazımov  tədbirin təşkilatçılarına, iştirakçılarına, Çinarə Ömray başda olmaqla sənədli  filmi ərsəyə gətirən yaradıcı qrupa ailəsi adından təşəkkürünü  bildirib.              


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!