• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Ürək yaman şeydir- Mətbuat katibindən təsirli yazı

  • 30-11-2023, 08:58

 

 

Abid müəllimdən- fililogiya elmləri doktoru, prof. Abid Tahirlidən doğum günündə çox  rakursdan söz açmaq olar-mühacirət ədəbiyyatımızın, mətbuatımızın yorulmaz tədqiqatçısı, alim, jurnalist, yazıçı-publisist, müəllim və s. kimi.  Onu da bildirim ki, Abid Tahirli şəxsiyyəti, yaradıcılığı bu kontekstdə zaman-zaman çox  araşdırılıb, Azərbaycan elminə, mətbuatına, ədəbiyyatına verdiyi töhfələr müzakirə mövzusu olub, yaradıcılığının bədii dəyəri haqqında çoxsaylı yazılar yazılıb və bu proses bu gün də davam etməkdədir. Çünki  Abid müəllim dayanmır, yorulmur, daima yazır, yaradır, sanki zamanın sərt axarından ömrünün dəyərlilik payını anında qopartmağa çalışır ki, doğum günündə özünə hesabat verməyə üzü, zamanın kitabında qalacaq sözü olsun. Bu istəyi ilə “Anadan, bacımdan gizlətdiyimi, kağızdan, qələmdən gizlətməmişəm” deyən Məmməd Arazla sözün məcazi mənasında tənləşir Abid Tahirli.

 Azərbaycan ədəbi cameəsi Abid Tahirlini müqəddəs missiya daşıyıcısı-mühacirət ədəbiyyatımızın yorulmaz  tədqiqatçısı, araşdırıcısı kimi tanıyır. Amma bu günkü doğum günündə Abid müəllimi tam bambaşqa bir rakursdan təqdim etmək istəyirəm-bacara bilsəm! Abid müəllim alim-tədqiqatçı-müəllim olmaqdan öncə saf mənəviyyatlı,  maraqların önə çıxdığı təmənnalı dünyamızda təmənnasız  mövqedə dayanan ziyalılarımızdan biridir. Lənkəran Dövlət Universitetində çalışdığı illər ərzində Abid müəllimi  belə gördüm, tanıdım, məsuliyyətinə, həmkarlarına diqqətinə, tələbələrə, işinə sevgisinə həsəd duydum, həyat sevgisindən çox şey öyrəndim.

 ...Digər ixtisasları bilmirəm- jurnalistika fakültəsində oxuyanlar, buranı bitirənlər elə bil gözəgörünməz bağlarla bağlı olur, bir-birlərinin  yaradıcılıq  uğurlarını daima  izləyir, sevincini, kədərini paylaşır.  Abid Tahirlinin “Deyilən söz yadigardır” (2003), “Sözlə yarananlar, sözü yaşadanlar” (2001) kitablarını çap olunan kimi oxumuşdum və həmkarımın  səbrinə, tədqiqatçılıq bacarığına heyran qalmışdım. Bu, iynə ilə gor qazımaq idi!  “Azərbaycan mühacirət mətbuatı” - I hissə (2002), “Azərbaycan mühacirət mətbuatı” - II hissə (2003) və “Azərbaycan mühacirət mətbuatında publisistika” (2005) kitabları mühacirət tariximizlə bağlı boşluğu dolduran maraqlı tədqiqat əsərləridir və ədəbiyytımızın həmin istiqamətdə qızıl fondunu təşkil edir. Bu əsərlər günümüzdə Azərbaycan mühacirətinin həyat tərzi, təşəkkül tarixi, sosial tərkibi haqqında ən dəyərli mənbə rolunu oynayır.

 ...Üz qəlbin aynasıdır deyirlər. Abid müəllimin çöhrəsindəki uşaq təbəssümü onun səmimiyyətinin, zəngin iç dünyasının xəbərçisidir. Rəy üçün verdiyim dissertasiya işini sözbəsöz oxuması, təhlil etməsi, əlavə mənbələr barədə də məni məlumatlandırması, onları tapıb elektron poçtuma göndərməsi yaddaşımın Abid müəllimlə bağlı ən işıqlı xatirələrindəndir. Və Abid müəllim təkcə mənə qarşı yox, onun alim-tədqiqatçı kimi yardımına ehtiyac duyan hər kəs  üçün belə qayğıkeşdir, yardımçıdır.

 

Bu yazını yazanda Abid Tahirlinin 2017-ci ildə çapdan çıxan, mənə hədiyyə etdiyi 696 səhifəlik “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabını yenidən varaqladım. Bu kitabı Azərbaycanın mühacirət ədəbiyyyatının, mətbuatının salnaməsi də adlandırmaq olar. Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əli bəy Hüseynzadə, Abay Dağlı və s. yazarlar, mətbu orqanları ilə bağlı araşdırmalara bütün ömrünü-gəncliyini, gözlərinin işığını qoyub Abid müəllim. Bu kitabda müasir publisistikamızın dəyərli simaları da unudulmayıb, onlar haqqında da tərəfsiz, tərifsiz, həqiqəti, bu yazarların yaradıcılıq dünyalarını, elmi dünyağörüşlərinin fərqli xüsusiyyətlərini əks etdirən yazılar yer alıb.

 Doğum günündə çox sevdiyim müəllim, jurnalist həmkarım, iş yoldaşım-Lənkəran Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Abid Tahirli haqqında ürəkdən nəsə deməyə cəhd etdim.  Alındımı? ...Bilmirəm, amma onu bilirəm ki, ürəkdən deyilən, yazılan hər kəlmə ürəyə yol tapacaq... mütləq! Necə deyərlər: “Ürək yaman şeydir...”

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri.

 

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!