• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Qarabağ Universiteti niyə vacib idi? - Xankəndiyə bütün qapıları açacaq

  • 01-12-2023, 15:12

Məlum olduğu kimi, noyabrın 28-də Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

 

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlasa da, Ümummilli lider Heydər Əliyevin təşəbbüsünə əsasən filial Azərbaycan Nazirlər Sovetinin 28 noyabr 1973-cü il tarixli qərarı ilə müstəqil ali məktəb - Xankəndi Pedaqoji İnstitutu kimi fəaliyyətini davam etdirib. 1988-ci ildə millətçi ermənilərin açıq müstəvidə torpaq iddiasına başlamaları, iğtişaşlar törətmələri və vəziyyətin getdikcə dramatikləşməsi bu təhsil ocağının Xankəndidə fəaliyyətini dayandırması ilə nəticələnib.
 
İşğaldan azad edilən ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb. Bütün bunlar nəzərə alınaraq kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndidə Qarabağ Universiteti təsis edilir.
 
Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq. Ali məktəbdə 1000 tələbənin təhsil alması planlaşdırılır: 
E.Əmrullayev vurğulayıb ki, Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar məlumdur. Təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq. Bunlar İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi ixtisaslarıdır. Növbəti mərhələdə ixtisas seçimlərini sayı artırılacaq.
 
Nazir bildirib ki, Azərbaycanda və dünyada yaşayan tanınmış alimlər Qarabağ Universitetində işləmək üçün artıq müraciət edirlər. Bu müraciətlər istər orada daimi əsasla işləmək üçün, istərsə də kömək məqsədi ilə edilir: “Professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur. 30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun söylədiyinə görə, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması regionda ixtisaslı, savadlı kadrların sayının daha da çox olmasına, gələcəkdə həmin ərazilərdə bütün sahələr üzrə mütəxəssislərin yetişməsinə zəmin yaradacaq: “Azad olunan ərazilərdə məskunlaşan insanların Bakıda yox yaşadıqları bölgələrdə ali təhsil alması məsələsi çox vacib bir məsələ idi. Məhz bu ərazilərdə ən son texnologiya ilə təchiz olunmuş laboratoriya, idman zalı, kitabxana, təlim-tədris prosesini yüksək səviyyədə aparmaq üçün bütün standartlara cavab verən auditoriyaların olması vacib şərtlərdən biri idi. Əminəm ki, Qarabağ Universiteti dünyanın ən müasir təhsil müəssisəsi olacaq və Azərbaycanın inkişafına böyük töhfələr verəcək”.
 
Təhsil eksperti Nadir İsrafilov deyir ki, Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində çoxsahəli bir universitet nəzərdə tutulur. Bundan başqa, Qarabağda həmişə əkinçilik və maldarlıq inkişaf edib. Bu sahələrdə də kadr hazırlamaq lazımdır: “Xankəndidə universitetin açılması ixtisaslı kadrlar hazırlığını paytaxtdan bölgələrə yönəltmək işinə də ciddi dəstək olacaq. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələrə tələbat olacaq, gələcəkdə turizm xidmətləri, tibb və s. sahələrdə kadrlara ehtiyac duyulacaq. Ümumiyyətlə, regionun coğrafi mövqeyi, digər regional xüsusiyyətlər nəzərə alınmalıdır”.
 
 
Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə önəm verilməlidir: “Geniş kampuslu müasir təhsil müəssisəsinin yaradılmasına ehtiyac var. Beynəlxalq universitetin yaradılması yaxşı olardı. Bir neçə dildə universtitetin yaradılması, xarici ölkələrdən tələbələrin cəlb edilməsi üçün addımlar atılmalıdır”.
 
 
Millət vəkilinin dediyinə görə, gənclər Qarabağ Universitetinə maraq göstərəcəklər: “Bu gün hər bir azərbaycalının ürəyi Qarabağla döyünür. Əminəm ki, gənclər Qarabağ Universitetində təhsil almaq istəyəcəklər, çünki hər birimizin istəyi Qarabağın azad edilməsi idi. Arzumuza çatmışıq və çox önəmli mərhələyə daxil olmuşuq. Bu, yeni imkanlar və fürsətlər yaradacaq. Müasir təhsil müəssisəsi yaradacağımıza inanıram”.
Ceyhun Məmmədov vurğulayıb ki, Qarabağ Universitetinin yaradılmasının sosial, siyasi əhəmiyyəti qədər mənəvi, iqtisadi əhəmiyyəti də var. Biz Bakıda universitetlərin çoxluğu ilə bağlı sıxlıq müşahidə edildiyini tez-tez müzakirəyə çıxarırıq: “Hesab edirəm, bölgələrdə bu cür universitetlərin yaradılması paytaxtdakı sıxlığı da aradan qaldıra biləcək. Məxsusi olaraq, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın sürətlənməsində Qarabağ Universitetinin yüksək rolu olacaq. İnsanlarımızın bölgələrdə təhsil almağa, çalışmağa önəmi artırması bütövlükdə Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq”.
 
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov vurğulayıb ki, Qarabağ Universitetinin yaradılması ilə bütövlükdə işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının gücləndirilməsi, əmək bazarı üçün yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkil olunması həm də bu zərurətdən irəli gəlir:
 
 
“Universitetlərin yerləşdiyi məkanlara baxanda görürük ki, universitet təkcə həmin şəhərin ali təhsil mühitini formalaşdırmır. Eyni zamanda, mədəni mühiti formalaşdırır, sürətli inkişafı şərtləndirir. Digər tərəfdən, iqtisadi baxımdan həmin bölgəni daha cəlbedici edir. Hesab edirəm ki, Qarabağ Universiteti Azərbaycanın ən yaxşı universitetlərindən bəlkə də birincisi olacaq".
 
 
Millət vəkili Fatma Yıldırım qeyd edib ki, Prezidentin müvafiq sərəncamı ilə yaradılan Qarabağ Universiteti azad edilən ərazilərdə bərpa-quruculuqla bağlı yüksək ixtisaslı kadrlar hazırlayacaq. Çünki işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafı konsepsiyasında ən müasir texnologiyaların tətbiqi nəzərdə tutulur: “Ağıllı şəhər və kəndlərin yaradılması məhz yenilikçi inşaat-mühəndislik işləri tələb edir. Eləcə də müasir texnologiyalara əsaslanan sənaye müəssisələri yaradılır. Həmçinin kənd təsərrüfatının inkişafı da prioritetdir. Ona görə də Qarabağ Universitetində bütün bunlara uyğun ixtisaslar tədris olunmalıdır. Gələcəkdə Qarabağ Universitetində xarici ölkələrdən tələbələrin təhsil alması üçün şərait yaradıla bilər. Bundan başqa, yaxın gələcəkdə digər müvafiq ali məktəblərin filiallarının da Xankəndi şəhərində açılması çox yaxşı olardı. Qarabağın dirçəlişi naminə belə bir zərurət var. Gələcəkdə Xankəndinin gənclər şəhərinə çevrilməsini arzu edirəm. Bu amil bölgəyə yeni nəfəs, yeni ab-hava gətirəcək. Prezidentin sərəncamında qeyd olunduğu kimi, əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Bu baxımdan Qarabağ Universitetinin yaradılması çox doğru olaraq həm də işğaldan azad edilən ərazilərin bərpasının mühüm istiqamətlərindən biri anlamında qəbul olunur”.
 
Millət vəkili Naqif Həmzəyevin dediyinə görə, Qarabağ Universitetinin yaradılması məhz Qarabağda və Şərqi Zəngəzurda kadr potensialının gücləndirilməsi və həmin ərazidə yaşayacaq Azərbaycan vətəndaşlarının ali təhsil alması üçün əla bir imkan olacaq. Azərbaycanın müxtəlif şəhər və rayonlarında universitetlər var. Region universitetlərin inkişafına Azərbaycan dövləti çox böyük önəm verir. Bu baxımdan da Xankəndidə Qarabağ Universitetinin yaradılması və inkişaf etdirilməsi üçün Azərbaycanın aidiyyətı qurumları lazımi tədbirləri görəcək: “Əminəm ki, sözügedən universitetdə gələcəkdə əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə təhsil verilməsi təkcə yerli deyil, xarici tələbələrin də cəlb olunmasına böyük dəstək verəcək”.
 
 
Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, Xankəndi şəhərində Qarabağ Universitetinin açılması tarixi bir hadisədir: “Təbii ki, ölkədə hər hansı bir ali təhsil müəssisəsinin yaradılması ilə bağlı sərəncamın verilməsi, ümumiyyətlə, bununla bağlı addımların atılması müsbət qarşılansa da, tarixi aspektdən dəyərləndirilməyib. Burada söhbət Qarabağ Universiteti, Xankəndi şəhərində yaradılan ali təhsil müəssisəsindən gedir. Bunun özü bir tarixdir. Reallaşmasını çoxdan gözlədiyimiz zəfərin nə yaxşi ki ali təhsili də Qarabağ Universiteti sayəsində həyata keçmiş oldu”.
 
Elmin Nurinin sözlərinə görə, Qarabağ Universiteti digər ali təhsil müəssisələrindən fərqlənəcək. Artıq fərqlənib, çünki Qarabağın adını daşıyır, Xankəndi şəhərində yerləşir, zəfərin simgəsi, nişanələrindən biridir: “Qarabağ Universitetinin bir özəlliyidə tədqiqatyönümlü universitet olmasından keçəcək. Bu gün bizdə sırf tədqiqatyönümlü universitet yoxdur. Dünyanın çağdaş təhsilli əsas meyarlarından biri də universitetlərin tədqiqat istiqamətində fəaliyyət göstərməsidir. İnanırıq ki, Qarabağ Universiteti buna nail olacaq. Qarabağ Universitetinin adlı-sanlı, yüksək keyfiyyətli kadr potensialı-professor, müəllim, alim gərəkdir. Qarabağ Universiteti özü ilə birgə Qarabağı gəncliyə aparacaq. Təbii ki, universitetin tələbə kəsimini, gənclər ruhunu özündə əks etdirən mərkəzlər, bu universitetinin törəməsi şəklində fəaliyyət göstərmiş olacaq. Qarabağ Universiteti azad olunmuş torpaqların təhsili və iqtisadi cəhətdən inkişafı üçün böyük cığır olacaq. Bu gün dünya universitetlərini ölçən onların inkişafını müəyyənləşdirən reytinq cədvəlləri var ki, təəssüf ki, bizim universitetlər oraya yaxın düşə bilmir. İnanırıq ki, Qarabağ Universitetinin tutduğu xətt, oraya göstəriləcək diqqət, şaxəli profili, dünya təhsili ilə uzlaşması bizim bu həsrətimizə son qoyacaq. Azərbaycanı təmsil edən universitetin Qarabağ Universiteti olması insanı sevindirir. Bu təbii ki, bir ehtimaldır, amma ehtimal çox keçməmiş reala çevriləcək”.
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!