• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

AzTU-nun ixtisasları akkreditasiyadan keçəcək

  • 11-12-2023, 14:03

Almaniyanın Köln şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi (AQAS) arasında AzTU-nun 20 ixtisasının beynəlxalq akkreditasiyası üzrə müqavilə imzalanıb.  

Edupress.az  xəbər verir ki, müqaviləyə əsasən, 2024-2025-ci illərdə AQAS tərəfindən AzTU-nun bakalavriat (10 ixtisas) və magistratura (10 ixtisas) səviyyələrində beynəlxalq akkreditasiya prosesi aparılacaq.

 İmzalanma mərasimində AzTU-nun rektoru professor Vilayət Vəliyev universitet haqqında məlumat verib, beynəlxalq proqram akkredisiyasının keçirilməsinin əhəmiyyətini qeyd edib. O, bir ilə yaxın müddətdə Azərbaycanın Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə AQAS-la aparılmış müzakirələr barədə də fikirlərini bildirib. Rektor vurğulayıb ki, AzTU-nun ixtisaslarının beynəlxalq akkreditasiyası “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, habelə AzTU-nun 2030-cu ilədək olan dövrü əhatə edən İnkişaf Strategiyasında beynəlmiləlləşmə ilə bağlı vəzifələrin icrası çərçivəsində həyata keçirilir. İxtisasların beynəlxalq akkreditasiyası AzTU-nun beynəlxalq miqyasda daha da tanınması və əcnəbi tələbə qəbulunun artırılmasına imkan verəcək.

 AQAS-ın İdarə Heyətinin sədri professor Mentz AzTU ilə əlaqələrə əhəmiyyət verdiyini bildirib. O, gələcək əməkdaşlıq imkanları və akkreditasiya proseduru barədə məlumat verib. Daha sonra müqavilənin təfərrüatları, proqramlar üzrə akkreditasiyanın keçirilmə qrafiki və digər məsələlər müzakirə olunub.

 İmzalanma mərasimində TKTA-nın İdarə Heyətinin üzvü, Keyfiyyət Təminatı Departamentinin direktoru İlham Hümbətov da iştirak edib. İlham Hümbətov AzTU və AQAS arasında imzalanan müqavilənin milli ali təhsil sisteminin dünya səviyyəsində qiymətləndirilməsi və tanınması baxımından əhəmiyyəti barədə fikirlərini bildirib və hər iki tərəfi təbrik etməklə uğurlar arzulayıb. O, TKTA tərəfindən AzTU və AQAS-a lazımi dəstək veriləcəyini də bildirib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!