• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının Ümummilli Liderin Anım gününə həsr tədbiri-FOTO

  • 13-12-2023, 08:11

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ölkəmizdə, eləcə də Türkiyə və Gürcüstanda 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Türkiyənin İstanbul, Gürcüstanın Tbilisi şəhərində ASAP nümayəndəlikləri tərəfindən 12 dekabr - Anım Günü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin bu şəhərlərdə yerləşən abidələri ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Ölkəmizdə isə xarici universitetlərdə təhsil alan azərbaycanlı tələbə və məzunların iştirakı ilə  "Tarixi xatirələrdə Heydər Əliyev" adlı tədbir keçirilib.

Tədbirdə ADA Universitetinin prorektoru, ASAP-ın sədri Fariz İsmayılzadə və ASAP-ın İcraçı direktoru Sevda Mansurova açılış nitqləri ilə çıxış ediblər.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin əsasını qoyaraq bu sahədə zəruri qanunvericilik bazasının formalaşdırılması və sistemli fəaliyyətin təmin olunması məqsədi ilə aidiyyəti icra orqanlarının yaradılmasını təmin edib. Qısa zaman ərzində gənclərin ölkənin ictimai-sosial həyatında aktiv iştirakçılığı təmin edilib, qəbul edilən Dövlət Proqramları gənclərin hər tərəfli inkişafına zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu siyasət özünün yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur ki, bu gün Azərbaycan gənclərinin həm ölkə daxilində, həm də beynəlxalq arenada əldə etdikləri nailiyyətlər bunun ən bariz göstəricisidir.

Tədbirin ikinci hissəsi panel müzakirələri formatında davam edib. Ümummilli Lider Heydər Əliyevlə birgə çalışmış siyasi xadim, sabiq baş nazir Həsən Həsənov, Milli Məclisin deputatı Rafael Hüseynov və Azərbaycanın əməkdar artisti Tahir İmanov öz xatirələrini gənclərlə bölüşüblər.

Çıxış edən qonaqlar Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün atdığı addımlardan, ölkəmizin hərtərəfli inkişafı üçün həyata keçirdiyi fəaliyyətlərdən, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması üzrə xidmətlərindən söhbət açıblar. Gənclərin hər zaman Ulu Öndərin qayğısı ilə əhatələndiyini qeyd edən spikerlər bu gün də Prezident İlham Əliyevin ölkə gəncliyinə verdiyi yüksək dəyəri diqqətə çatdırıblar. Ölkə xaricində təhsil alan Azərbaycanlı tələbə və məzunların  ixtisaslaşmış kadr kimi formalaşması və ölkəmizə qayıdaraq Azərbaycanın inkişafına öz töhfələrini vermələri bu diqqət və qayğının real təcəssümü kimi vurğulanıb.

Tədbir müzakirə formatında davam edib.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!