• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Azərbaycan tarixinin ZƏFƏR lideri – Rektor yazır

  • 24-12-2023, 06:59

 

 

 Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Cənab Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevlə bağlı yazısını təqdim edir:

“Millət fərdlərinin deyil, mərdlərinin sayı ilə güclü olur” deyimində çox böyük həqiqət var. Tarix sübut edir ki, xalqın böyüklüyü dünyaya bəxş etdiyi şəxsiyyətlər, onu önə çıxarda biləcək ziyalılar, adını tarixə yazmaq qüdrətində olan liderlərlə ölçülür. Bu gün hər bir azərbaycanlı böyük qürur hissi, fəxrlə deyə bilər ki, Prezident İlham Əliyev  məhz belə bir güclü, işıqlı şəxsiyyətdir, sözü ilə əməli üst-üstə düşən, sözün bütün mənalarında millətinin qabağında getməyə layiq, liderlik xüsusiyyətləri ilə xalqını, dövlətini qabağa aparmaq gücündə olan sərkərdədir, dövlət başçısıdır. Ən əsası isə, səmimi, duyğulu, millətinə qəlbən bağlı olan, sevincinə sevinib, qəmindən kədərlənən böyük “İnsan”dır!

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev şəxsiyyətinə çox rakursdan işıq salmaq, çox baxış bucağından baxmaq olar. Onun hakimiyyətdə olduğu 20 il müasir Azərbaycan tarixinin ən keşməkeşli, çətin, ağır, bununla yanaşı ən şərəfli, Zəfərlə yazılmış səhifəsidir. 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı yağılardan geri almaq, dövlətimizin bütövlüyünü qorumaq, millətimizin ürəyində illərlə qor bağlamış Xocalı ağrısını, kürəyindəki xəcalət yükünü götürmək missiyası İlham Əliyevin üzərinə düşdü. Və çox şükürlər ki, ata yolunun layiqli davamçısı bu şərəfli missiyanı uğurla başa çatdıraraq ata vəsiyyətini, gələcək nəsillər qarşısında borcunu şərəflə yerinə yetirdi.

Ali Baş Komandan düşmənə qarşı siyasi mübarizədə sərt, barışmaq mövqeyindən bir addım da geri çəkilməsə də, Şuşada “ Qarabağ şikəstəsi”ni dinləyəndə, Azərbaycan bayrağını yağılardan geri alınmış ərazilərdə dalğalandıranda  kövrək, həssas olur, göz yaşlarını saxlaya bilmir. Şəhid ailələri ilə ünsiyyətində ölkə başçısının nə qədər duyğulu olduğunu hamımız görmüşük. Bir fakta diqqətinizi cəlb etmək istəyirəm. Bu günlərdə xalqımız tarixi bir hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşmasını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin oyuna baxmaq üçün stadiona gəlmələrini ilin möhtəşəm hadisələrindən biri, dövlət başçımızın 20 illik prezidentlik fəaliyyətinin zəfərli yekunu adlandırardım. Stadiona şəhid ailəsinin üzvlərinin dəvət olunması, Prezident İlham Əliyevin şəhid övladları ilə bir sırada oturması, əhatəsində olması, oyundan əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması dövlət başçımızın şəhidlərə göstərdiyi diqqət, qayğı, hörmət və məhəbbətinin təzahürü idi. Ali Baş Komandanın həmin gün etdiyi çıxışı isə Azərbaycan xalqı öz liderinin Zəfər nitqi kimi həmişə xatırlayacaq: “Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.

           

Ölkə başçımız öz fəaliyyəti ilə subut etdi ki, lider- xalq birliyi “ dəmir yumruq” olub düşmənin başında çatlayır: “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!”.

İnkarolunmaz həqiqətdir ki, tarixdə həmişə  milli birliyə nail ola bilən xalqlar, ölkələr qalib olur. Biz İkinci Qarabağ savaşında, 44 günlük Vətən müharibəsində, 2023-cü ilin sentyabr hadisələrində bir daha şahid olduq ki, böyük  Zəfərə məhz  milli birliyimizlə, vəhdətimizlə, dövlət rəhbərimizin ətrafında sıx birləşib “dəmir yumruğ”a çevrilməklə nail olmaq mümkün oldu. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, yaşından, dini inancından, milli mənsubluğundan asılı olmayaraq İlham Əliyevin ətrafında sıx birləşdi, hamılıqla “Qarabağ Azərbaycandır” dedi və nəticə də göz qabağındadır-Xankəndidə Azərbaycan bayrağı dalğalanır, Azərbaycan himni səslənir, futbol matçı keçirilir!

Prezident İlham Əliyev sözü ilə əməli bir olan, millətin tərəqqisi naminə mövqeyindən bir addım belə geri çəkilməyən sərkərdə, vətənpərvər liderdir. Vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu işğalçı Ermənistana, havadarlarına nümayiş etdirdi. Mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında yalnız bir şərt qoydu - torpaqlarımızdan rədd olub getmək! Dedi və etdi!

 Prezident seçiləndə “Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına söz verirəm” deyən İlham Əliyev  müqəddəs bayrağımızı rayonlarımız  işğaldan azad edildikcə şəxsən özü həmin rayonlarda ucaltdı. Bu anları izləmək, dalğalanan Azərbaycan bayrağını seyr etmək  necə də qürurverici idi!

“Biz-bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq”. Prezident İlham Əliyevin bu çıxışını dövlətimizin gələcək inkişaf proqramının tezisi, böyük quruculuq işlərinin anonsu da adlandırmaq olar.

İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı  son illərdə həm siyasi, həm sosial-iqtisadi-mədəni sahələrdə çox böyük uğurlara imza atıb, regionun ən güclü dövlətinə çevrilə bilib.  Azərbaycanın mövqeyi həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmlənib. Əhalinin yaşayış səviyyəsi də  yüksəlməkdə davam edir. Son günlərdə ölkə başçımızın  xalqın maddi təminatını yaxşılaşdırmaq məqsədilə imzaladığı sərəncamlar hamımızın ürəyindən xəbər verir. Bir təhsil işçisi  kimi, tələbə və magistrantların təqaüdlərinin, pedaqoji sahədə çalışanların əmək haqqlarının artırılmasına görə ölkə başçımıza rəbhərlik etdiyim kollektivin üzvləri adından minnətdarlığımızı bildirirəm.

 Bu gün fəxrlə, içdən gələn qürur, şərəf hissi ilə deyə bilərik ki, möhtərəm prezidentimiz  İlham Əliyev Azərbaycan xalqının “Zəfər” prezidentidir. “Millətinin  imzasının imzalar içində” olması üçün bütün istedadı, var gücü ilə çalışan ölkə başçımızın- Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin doğum günü sevincinə  bu gün bütün xalqımız qəlbən şərikdir. Hər bir azərbaycanlı fəxr edir ki, onun vətəndaşı olduğu ölkəyə İlham Əliyev kimi mahir diplomat, güclü sərkərdə, xalqının mənafeyini, milli, dövləti maraqlarını  hər şeydən üstün tutan güclü şəxsiyyət, əsl vətən fədaisi rəhbərlik edir.   İ. Əliyevin bu gün  dünyada ən nüfuzlu dövlət başçılarından  biri sayılması hər bir azərbaycanlının qürur yeridir.

Lənkəran Dövlət Universitetinin  kollektivi adından  Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin ən güclü şəxsiyyətlərindən biri, ZƏFƏR lideri möhtərəm  İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, xalqımızın rifahı, Azərbaycanımızın tərəqqisi, dünya dövlətləri içərisində nüfuzunun artması naminə böyük uğurlar, möhkəm can sağlığı , uzun ömür arzu edirik. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında daha da qüvvətlənəcək, işıqlı sabahına inamla gedəcək!

Natiq İbrahimov

Lənkəran Dövlət Universitetinin rektoru, professor.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!