• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Rektor BMU-nu “TEKNOFEST-2023” iştirak edən komanda üzvləri ilə görüşüb

  • 03-05-2023, 12:49

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov BMU-nun “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında iştirak etmiş “RED X” komandasının üzvləri ilə görüşüb.

Bu barədə universitetdən Edupress.az-a  məlumat verilib.

Bildirilib ki, “TEKNOFEST-2023”-ün final mərhələsində uğurla təmsil olunan komandanı təbrik edən rektor bu qəbildən olan tədbirlərin gənclərimizin müasir texnoloji yeniliklərə marağının artırılması və bu sahə üzrə biliklərinin dərinləşdirilməsində oynadığı rola və əhəmiyyətə diqqət çəkib.

 “RED X”-in qardaş ölkə Türkiyədə baş tutan festivalda hərbi məqsədli Pilotsuz Uçuş Aparatları (PUA) üzrə Azərbaycandan yeganə təmsilçi kimi çıxış etməsinin qürurverici olduğunu deyən Havar Məmmədov BMU-nun tələbə komandalarının layihələrinin 2022-ci ilin may ayında ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında yüksək səviyyədə qiymətləndirildiyini vurğulayıb. Rektor ötən il “Robotexnika” kateqoriyası üzrə birinci yeri tutan BMU komandasına mükafatın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda iştirakı zamanı təqdim olunduğunu xatırladıb, bu mükafatlandırılmanın tələbələrin növbəti ideyalarının uğurla gerçəkləşdirilməsinə böyük təkan və stimul verdiyini bildirib.

 Sonra “TEKNOFEST-2023”-də iştirak edən BMU-nun Mühəndislik fakültəsinin laboratoriya müdiri Rüstəm Kələntərli 5 nəfərdən ibarət (Nadir Daşdıyev, Ayişə Xudiyeva, Rəhbər Əhmədov, Kamran Abdullazadə, Kənan Məmmədov) ibarət “RED X” komandasının layihəsi barədə danışıb.

 Çıxış edən komanda üzvləri bildiriblər ki, komandanın hazırladığı PUA “TEKNOFEST-2023” çərçivəsidə təşkil olunmuş “Uluslararası İnsansız Hava Araçları (İHA) Yarışması"na qatılan 2700 komanda arasından seçilərək, Türkiyə, Rusiya, Pakistan, Moldova və s. ölkələrdən olan 120 komanda ilə bərabər finala vəsiqə qazanıb. İstanbulda baş tutan festivalda “RED X” ilk beşliyə daxil olaraq, IV yerdə qərarlaşıb. Komandaya Türkiyə Texnologiya Komandası Vəqfi (T3) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən festivalın “Performans Ödülü” (43 500 Türk lirəsi mükafat) təqdim olunub. Eyni zamanda festivalda əldə etdikləri nailiyyətlərinə görə bütün komanda üzvlərinə “Katılım” sertifikatları və “Təşəkkürnamə”lər təqdim edilib.

Görüşdə Bursada təşkil olunan sərgidə “RED X”-in hazırladığı layihənin diqqət çəkdiyi, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın, TÜBİTAK-ın prezidenti, professor Hasan Mandalın, Bursa Bələdiyyə Başkanı Alinur Aktaşın komandanın işi ilə şəxsən tanış olduqları xüsusi vurğulanıb.

BMU tələbələrinin innovativ layihə və təşəbbüslərinin, bu istiqamətdəki fəaliyyətinin bundan sonra da hər zaman universitet rəhbərliyi tərəfindən dəstəklənəcəyini bildirən rektor Havar Məmmədov komandaya yeni nailiyyətlər arzulayıb.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!