
Lənkəran -Astara Regional Təhsil İdarəsinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Astara üzrə koordinatoru Firuzə Mirzəyevanın təşkilatçılığı ilə rayon ümumtəhsil müəssisələrində çalışan bir sıra gənc müəllim və direktorların iştirakı ilə "Bullinqlə birgə mübarizə aparaq" adlı təlim keçirilib.
Edupress.az xəbər verir ki, təlimdə Astara Rayon Təhsil Sektorunun əməkdaşı A.Babayeva iştirak etmişdir.
Astara Rayon Mərkəzi Xəstəxanası və Nömrə 1 Psixoloji Dəstək Mərkəzinin Lənkəran Filialının psixoloqu Fərrux Əliyev və Peşə təmayüllü siniflər layihəsinin qrup rəhbəri, Gender Hub Azərbaycan layihəsinin mentoru, təlimçi - Nahid Cəfərovun mentorluğu ilə müəllimlərə bullinqin, bullinqin formaları və bullinqlə mübarizə yolları haqqında haqqında geniş məlumatlar verildi.