• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

İlahiyyat İnstitutundan nümunəvi addım – Qusarda maarifləndirmə işləri-FOTO

  • 02-05-2023, 12:07

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda,  2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri davam edir.

İnstitutun sonuncu səfəri Qusar rayonuna olub. Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, din xadimləri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Qusar şəhər 6 nömrəli tam orta məktəbin direktoru Kəmalə Sadıqova tədbir iştirakçılarını salamlayıb. K. Sadıqova ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin önəmindən bəhs edib, İlahiyyat İnstitutunda bu amillərə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbə müdiri Ramin Xudayev Azərbaycan İlahiyyat İnstitutu haqqında məlumat verib. Dinin insan həyatındakı əhəmiyyətli rolundan bəhs edən R.Xudayev ölkəmizin tolerantlıq nümunəsi olduğunu, bütün dünlərin nümayəndələrinin mehribanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahənin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, hazırda cəmiyyətimizdə tolerant və multikultural mühitin qorunması və inkişafı din sahəsində aparılan uğurlu siyasətin nəticəsidir.  

Aİİ rəhbəri daha sonra İnstitutun məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib. Ali təhsil müəssisəsində keçirilən tədbirlər, seminarlar, “dəyirmi masa”lar barədə söhbət açan rektor bildirib ki, Aİİ-dən məzun olan gənclərin ölkəmizi xarici qüvvələrin yad təsirlərindən qoruyan, sağlam dini düşüncəli, Vətənini, xalqını sevən yüksəkixtisaslı kadrlar kimi yetişmələri istiqamətində məqsədyönlü tədris aparırıq.

A.Şirinov daha sonra ali təhsil müəssisəsində mövcud ixtisaslar, keçirilən fənlər barədə söhbət açıb. Rektor yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanmaları üçün Azərbaycan İlahiyyat İnstitutunda tam şəraitin yaradıldığını, təhsilin tamamilə ödənişsiz olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, qəbul olan abituriyentlər nəinki ödənişsiz təhsil alacaqlar, hətta pulsuz dərsliklər, yeməkpulu ilə də təmin olunacaqlar.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov abituriyentlərə İnstituta qəbul qaydaları barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında  ətraflı bəhs edib.

Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

 

 

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!