"İnformatika İmtahan Bələdçisi" - Ən fərqli hazırlıq vəsaiti
Abituriyent psixologiyasını düşünmək onu uğura aparan əsas yoldur...
Hər zaman demişəm: abituriyentin uğurunun iki əsas səbəbi var:1)düzgün ixtisas seçimi; 2)ona hazırlıq prosesini sevdirmək.
Bizdə isə ikisi də ürəkaçan durumda deyil. Buna edilən cəhdlər isə azdır. Bu günlərdə tanış olduğum bir nümunəni diqqətə çatdırmaq istəyirəm.
"Bələdçi" İnformatika Mərkəzi "RM"Nəşriyyatı ilə birlikdə tam fərqli bir test materialı hazırlamaqla ilkə imza atıblar. "İnformatika İmtahan Bələdçisi" adlanan test toplusu I qrupa hazırlaşan hər kəs üçün ona hazırlıq prosesini sevdirən səbəbə çevriləcək.
Çünki ilk dəfə olaraq, bu topluda hər mövzudan sonra verilən əyani cavab kartının üzərində xüsusi QR kod sistemi var ki, onun vasitəsilə hər mövzudan sonrakı test suallarını istəsəniz ənənəvi kağız formatında, istəsəniz QR vasitəsilə onlayn şəkildə həll edə bilərsiniz. Özü də oxuyucu proqramla işləmək çox asandır: Telefonu cavab kartının sağ yuxarı küncündəki QR kodun üzərinə tutaraq,skan etmək və testləri oradan həll edərək, cavabları avtomatik görmək mümkündür.
Bugün, XXI əsrdə 17-18 yaşlı gənci təhsilə cəlb etmək üçün mütləq bucür addımlar lazımdır. Gəncin psixilogiyasına düzgün təmas etmək, uğurlu tədrisin əsas formuluna çevrilə biləcəkdir!