• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

STEAM-a bağçadan başlayaq, yoxsa ibtidai siniflərdən? -TƏHLİL

  • 28-12-2023, 16:48
Günümüzün təhsil trendlərindən olan STEAM yanaşma ölkəmizdə təhsilin hansı səviyyəsindən, hansı yaşdan başlamalıdır?
 
Ümumtəhsil sisteminin ibtidai səviyyəsində STEAM yanaşmanın tətbiqindən narazılar olsa da, yaxşı hal odur ki, tərəfdarları çoxdur. Bunu aşağıdakı diaqram da göstərir. Digər narahatverici məqam STEAM yarışlarında iştirak səviyyəsinin aşağı olmasıdır.
 
PISA tədqiqatlarında yüksək nəticələr göstərən Asiya ölkələrində, bizdən fərqli olaraq, STEAM uşaq bağçalarından başlayır.
 
Asiyanın bir neçə ölkəsində məktəbəqədər təhsil müəssisələrində STEAM yanaşmasının tətbiqinə baxaq:
 
Yaponiya:
 
Yaponiyada bütün məktəbəqədər təhsil müəssisələrində, xüsusi olaraq beynəlxalq məktəblərin bağçalarında yüksək səviyyədə təməl STEAM proqramları tətbiq olunur. Yaponiyanın məktəbəqədər təhsil sistemi uşağın sosiallaşması üzrə istiqamətlənib. Bağçada uşaqlar yaşıdları ilə ünsiyyət qurmağı, kollektivə uyğunlaşmağı öyrənir, bu da gələcəkdə onlara məktəbə tez bir zamanda alışmağa kömək edir. Uşaq bağçalarında müstəqil iş, müşahidə, fərziyyə, məntiqi düşüncə bacarıqları formalaşdırılır, sağlamlığa dəyər vermək, ətraf mühiti qorumaq kimi keyfiyyətlər öyrədilir. Məktəbəqədər təhsil ömürboyu təlimin formalaşmasında əsas rol oynadığı üçün bu təhsil pilləsi ən mühüm mərhələ hesab olunur. Buna görə də kiçik yaşlardan STEM sahələrlə tanışlığa, elmi və riyazi əlaqələrin qurulmasına, materialların araşdırılmasına xüsusi önəm verilir.
 
Uşaq bağçalarında elmlər, incəsənət, sənətkarlıq, təbiət dərsləri keçilir, dünya mədəniyyətlərinin, insan peşəsinin müxtəlifliyi, müasir şəhərlərin memarlığı haqqında məlumatlar verilir. Uşaqlar liftin, qaldırıcı kranın, karuselin, avtomobilin, qatarın necə hərəkət etdiyini, fizika qanunlarının təməlini öyrənərək müxtəlif materiallardan öz əllərilə parlaq modellər yaradır, Lego qurğular hazırlayır, yaratdıqları qurğuları müzakirə edir, araşdırır və uğurlarına çox sevinirlər. Məktəbəqədər təhsil müəssisələrində tədris olunan proqramlar körpələrdə dəqiq müşahidə etmə, yaradıcı düşünmə, real dünya problemlərinin həllində mühəndislik və dizayn yanaşması, komanda işi bacarıqlarına malik olmağı öyrətmək məqsədi daşıyır.
 
Yaponiyada məktəbəqədər və ibtidai sinif yaşlı uşaqlara STEAM təhsili təklif edən ödənişli kurslar, klublar və mərkəzlər fəaliyyət göstərir. Bunlardan biri Piksi Akademiyasıdır (Pixi Academy). Bu məktəb Stenford Universitetinin sabiq professoru tərəfindən STEAM Labo proqramı ilə yaradılıb və Milli Uşaq STEAM Təhsil Assosiasiyası tərəfindən idarə olunur. Laurus Beynəlxalq Məktəbinin uşaq bağçasının STEAM proqramı “İntellektual təlim” kurikulumuna uyğundur, üç tədris mərhələsindən (pazllar, robotlar, proqramlaşdırma) ibarətdir.
 
Cənubi Koreya:
 
STEAM texnologiya, mühəndislik, incəsənət və riyaziyyat elementlərini birləşdirən təhsil metodudur və burada yeni kəşflər baxımından incəsənətin rolu xüsusi vurğulanır. Uşaqlara ilkin STEAM sahələrindən istifadə edərək kəşf etmək, araşdırmaq, soruşmaq və yaratmaq imkanları verilir. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər əsas iki vasitədən - tədris materialları və mühitdən istifadə edirlər.
 
Cənubi Koreyadakı məktəbəqədər təhsil müəssisələri üç növdən ibarətdir: hökumət tərəfindən idarə olunan milli uşaq bağçaları, yerli hökumət tərəfindən idarə olunan dövlət uşaq bağçaları və mülki sektor tərəfindən idarə olunan özəl bağçalar. 3-5 yaş arasında olan uşaqların təhsil aldığı bütün dövlət uşaq bağçaları dərsdən sonra zənginləşdirmə proqramları təklif edir və bu proqramlar hökumət tərəfindən tam olaraq subsidiyalaşdırılır. Hər bir proqram savadlılıq və hesablama bacarıqlarının inkişafını təmin, ardınca musiqi və incəsənət və ya STEAM proqramı təklif edir. Uşaqlar elementləri rəng, forma və səs kimi unikal xüsusiyyətlərə əsasən çeşidləməyi öyrənir, dünyanın hər yerindən sənət üslubları, texnikaları və rəssamları haqqında məlumat əldə edir, riyaziyyat, oxuma və digər bacarıqlara yiyələnirlər. Azyaşlılara sosial bacarıqları öyrətmək üçün robotlar sınaqdan keçirilir.
 
Dövlət məktəbəqədər təhsil müəssisəsi olan Seul Kyundong uşaq bağçasında körpələr fəal STEAM bacarıqlarına yiyələnir, müxtəlif blok və oyuncaq dəstlərindən yeni qurğular düzəltməyə can atır, sinif robotu olan “Genibo” ilə oynayırlar, kosmik gəmi hazırlayırlar. Burada valideynlər də uşaqların zənginləşdirmə dərslərində və onların öyrənilməsində müəllimlərlə bir yerdə fəal iştirak edirlər.
Cənubi Koreyada ingilis dilində fəaliyyət göstərən beynəlxalq məktəblər mövcuddur. Bu məktəblərin uşaq bağçaları aktiv STEAM hazırlığı tətbiq etməkdədir. Azyaşlı uşaqlara STEAM dərsləri təklif edən müəssisələrdən biri də Dvayt Seul Beynəlxalq Məktəbinin Yay Akademiyasıdır. Yay STEAM Akademiyası uşaqları sorğuya əsaslanan öyrənmə yanaşması vasitəsilə 12 STEAM əsaslı mövzu ilə tanış edir, liderlik, ünsiyyət, tənqidi düşünmə bacarıqlarını və s. inkişaf etdirir.
 
Sinqapur:
 
Sinqapur məktəbəqər təhsil müəssisələrində STEAM tədris proqramı 2-5 yaşlı uşaqlar arasında tətbiq edilir. Proqram körpələrdə təxəyyül, yaradıcılıq, özünü kəşf bacarıqlarını, gələcək akademik uğurları üçün lazım olan bilik və nailiyyətləri inkişaf etdirməyə yönəlib. Uşaqlara körpəlikdən STEAM fənlərinə sevgi, cavabdehlik, özünə əminlik, müstəqillik hissləri aşılanır. Uşaq bağçalarında STEAM sahələr üzrə yüksək ixtisaslı müəllim və tərbiyəçilərin köməyilə uşaqlar oyun və təcrübələr vasitəsilə dəqiq elmlərin əsaslarını öyrənir, kağız, ağac, duzlu xəmir, plastilin, metal, plastik kimi materiallardan müxtəlif əşyalar düzəldirlər. İncəsənət sahələrilə dəqiq elmlərin bir arada uşaqlara öyrədilməsi körpələrin qavramasına müsbət təsir göstərir. Uşaqlar rəngarəng rəsm əsərləri çəkir, sonra çəkdiklərini düzəltməyə çalışırlar. Tədris Çin və ingilis dillərində aparılır. Dərs zamanı əksər hallarda uşaqlar döşəmədə oturaraq müəllimləri dinləyir, böyük proyeksiya ekranda videodərslərə baxır, oynayır, şəkillər çəkirlər. Məktəbəqədər təhsil müəssisələrinin əksəriyyəti böyük bağ və həyət sahələrinə malikdir. Bağda uşaqlar müxtəlif bitkilər yetişdirir və onlara qulluq edir, maraqlı təcrübələr aparırlar.
 
Məktəbəqədər təhsilin növbəti mərhələsi olaraq uşaqlar Lego texnologiyalar, robot texnikası, proqramlaşdırma, modelləşdirmə, qurğuların dizaynı, ölçü götürmək, sürəti və məsafəni ölçmək kimi bacarıqları mənimsəyirlər. Sinqapurda artıq bağça dövründən uşaqlarda ətraf mühitdə baş verənlərə məntiqlə yanaşmaq, təbiət hadisələrində əlaqəni duymaq, məlumatcanlılıq, mühəndis düşüncəsi üslubu, fərziyyələr irəli sürmək, kritik vəziyyətdən tez bir zamanda çıxış yolu tapmaq, özünütəqdimat, idarəetmə qabiliyyətləri formalaşdırılır.
Oruc Mustafayev
Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Bağça müəllimlərinin işə qəbul müsabiqəsi bu tarixdən başlayır
14-07-2025 15:27  
Təhsil işçiləri üçün güzəştli TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub
18-07-2025 17:24  
Tələbələrin köçürülməsi prosesinə BAŞLANILDI
15-07-2025 12:00  
SİMA ilə taksi səfərləri daha etibarlı!
14-07-2025 09:45  
Ali məktəblərə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil alacaq
14-07-2025 12:45  
57-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən milli komandamızın uğuru
14-07-2025 16:20  
"YAŞAT" düşərgəsinin 5-ci həftəsi başlayıb
16-07-2025 15:30  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

YAŞAT" düşərgəsinin 5-ci həftəsi başa çatıb
Təhsil işçiləri üçün güzəştli TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub
Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!