• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Türkiyənin Qafqaz (Qars) Universiteti rəsmiləri LDU-da -FOTO

  • 03-05-2023, 14:00

 

Türkiyənin Qafqaz (Qars) Universitetinin rektoru,  prof.dr.  Hüsnü Kapu başda olmaqla  bu ali təhsil ocağının rəsmiləri  Lənkəran Dövlət Universitetində (LDU) olub. Qonaqları LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib. Çay süfrəsi arxasında keçirilən işgüzar görüş zamanı Natiq İbrahimov qonaqlara LDU-nun təhsil həyatı barədə ətraflı məlumat verib, son illərdə universitetin maddi-texniki bazasının yenilənməsi, yeni tədris korpuslarının tikintisi, mütəxəssis hazırlığının keyfiyyətcə yüksəldilməsi istiqamətində görülən işlərdən, perspektiv planlardan  danışıb. Söhbət zamanı  hər iki universitet arasında ikili diplom məsələsi, tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə və əməkdaşlıq məsələlərinin digər aspektləri ətraflı müzakirə edilib, xatirə hədiyyələri təqdim edilib. Qeyd edək ki, görüşdə Qafqaz (Qars) Universitetinin rektor yardımçısı, prof.dr. Engin Kılıç, Beynəlxalq əlaqələr departamentinin direktoru, prof.dr. Hacəli Nəcəfoğlu iştirak ediblər.

İşgüzar söhbətdən sonra  LDU-nun rektoru, prof. Natiq İbrahimov hörmətli qonaqları universitetlə əyani tanış edib.  Tələbə rəssamların rəngkarlıq əsərlərindən ibarət sərgi qonaqlarda xoş təəssürat yaradıb. Türkiyəli qonaqlar universitetin hər 3 tədris korpusunda gəzərək dərslərin gedişini əyani izləyiblər, həmçinin tələbə və müəllimlərlə fikir mübadiləsi ediblər. Prof. Natiq İbrahimov türkiyəli qonaqları universitetin yardımçı təsərrüfatı və turizm tədris bazası  ilə  də yaxından tanış edib.

Lənkəran Dövlət Universitetinin Böyük akt zalında  keçirilən tədbirdə Türkiyənin Qafqaz (Qars) Universitetinin rəsmiləri,  LDU-nun tələbə, professor-müəllim heyəti iştirak edib. Tədbiri LDU-nun rektoru, prof.Natiq İbrahimov  açıb və hər iki universitet arasında inkişaf etməkdə olan əlaqələrdən, bu istiqamətdə əldə edilən ilk fərəhli nəticələrdən,  gələcək perspektivlərindən danışıb. Bildirib ki, universitetin nümayəndə heyəti ötən il 5-9 sentyabr tarixlərində Türkiyə Cümhuriyyəti Qafqaz (Qars) Universitetində işgüzar səfərdə olub və yüksək səviyyəli görüş keçirilib. İşgüzar görüş zamanı hər iki universitet arasında ikili diplom məsələsi, tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə və əməkdaşlıq məsələlərinin digər aspektləri ətraflı müzakirə edilib və Akademik Əməkdaşlıq Protokolu imzalanıb. Rektor xatırladıb ki, 2017-ci ildə hər iki universitet arasında imzalanan “Akademik Əməkdaşlıq Müqaviləsi”ndə universitetlər arası qarşılıqlı akademik əməkdaşlığın inkişaf etdirilməsi, baytarlıq sahəsində əlaqələrin genişləndirilməsi əksini tapıb.

Türkiyənin  Qafqaz (Qars) Universitetinin rektoru,  prof.dr.  Hüsnü Kapu Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətini salamlayaraq LDU ilə bu günkü tanışlıqdan məmnunluğunu dilə gətirib, universitetin zəngin maddi-texniki bazaya malik olduğunu, universitetlər arasında yaranmış əlaqələrin hər iki təhsil ocağı üçün faydalı olacağını deyib.

Sonra LDU ilə Türkiyənin Qafqaz (Qars) Universiteti arasında Əməkdaşlıq bəyanatı imzalanıb. Bəyanata əsasən tərəflər arasında əməkdaşlıq bundan sonra daha geniş formatda davam etdiriləcək.

Tədbirdə hər iki universitetin rektorları tələbələri maraqlandıran sualları cavablandırıblar.

Lənkəran Dövlət Universitetinin fəaliyyətinin 30 ilində qazandığı uğurları əks etdirən video- rolik iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir LDU-nun nəzdində  Sosial və Aqrar-Texnoloji Kollec tələbələrinin ifasında maraqlı konsert proqramı ilə yekunlaşıb.

 

 

 

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!