Magistraturaya qəbul imtahanı hansı tarixdə keçiriləcək? – DİM-dən cavab
Magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə edilməklə yoxlanılır.
Bu il Magistraturaya qəbul imtahanı hansı tarixdə keçiriləcək?
DİM-dən Edupress.az-a verilən məlumata əsasən, imtahanın dəqiq tarixi yanvar ayı ərzində elan olunacaq.
Xatırladaq ki, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlər xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.
Nihan Nuri