• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Azyaşlı şagirdləri izləyən qorxulu kabus – Onları bu cür xilas edin

  • 04-05-2023, 06:21

Azyaşlı şagirdlərdə yuxu rejiminin tənzimlənməsi onların zehni, psixoloji, eləcə də fizioloji inkişafı üçün ən vacib məsələlərdən biridir. Hazırda yaz tətilində olan ibtidai sinif şagirdləri dərslər başladıqdan sonra sırf bu səbəbdən adaptasiya problemi yaşayırlar.

Bir çox şagirdlər isə ümumən tədris prosesinin davam etdiyi sıravi günlərdə də yuxusuzluqdan əziyyət çəkirlər. Bəzən, dərs müddətində yuxudan tam ayıla bilməyən azyaşlı şagirdlərlə işləmək müəllimlər üçün də əlavə əziyyətə səbəb olur.

 

Edupress.az-ın  təqdim etdiyi yazıda azyaşlı şagirdlərin yuxu rejiminin qaydaya salınması ilə bağlı zəruri tövsiyələri təqdim edir:

1-Xüsusən də birinci sinifdə və məktəbəqədər hazırlıq qruplarında oxuyan azyaşlıların yuxu rejimini pozan iki səbəb var: öyrəşdikləri mühitdən, özlərini daim komfortda saydıqları məkandan çıxaraq birdən-birə onlara yad bir yerə-məktəbə gəlmələri azyaşlılarda psixoloji həssaslıq yaradır. Məktəbin səs-küyü, oradakı yeni simalar, heç zaman görmədiyi üzlər, hətta divarlar belə onun üçün yenidir və bu uşağın yuxu rejiminin pozulmasına  səbəb olan amillərdəndir.

İkinci səbəb isə, əsasən də ibtidailərdəki yüklənmiş tədris proqramıdır. Azyaşlı şagirdin zehni bacarıqları üçün izafi informasiya yükü sayılacaq bu dərsliklər onların yuxu rejiminin pozulmasına da gətirib çıxaracaqdır.

Odur ki, valideynlər azyaşlı şagird məktəbdən evə qayıtdıqdan sonra onların gündüz ən azı, 2 saat yatmalarına xüsusi diqqət etməlidirlər. Təəssüf ki, bizdə bu məsələdə valideynlərin yol verdiyi ciddi nöqsanlar var. Bir çox valideyn azyaşlı övladını dərsdən sonra əlavə hazırlığa, yaxud, hansısa bacarığı mənimsəmək üçün dərnəyə və s. aparır. Bura çox rahatlıqla dil kurslarını da əlavə etmək olar. Məktəbdən qayıtdıqdan sonra beyni dincəlməmiş uşağı əlavə olaraq yükləmək onun zehni və psixoloji durumunu getdikcə məhvə doğru aparmaqdır. Uşaq yalnız iki saat yatdıqdan sonra əlavə hazırlıqlara aparıla, yaxud, sabahkı dərslərinə fokuslana bilər.

2-Gecə yuxusu – Dərsdən qayıtdıqdan sonra iki saat gündüz yuxusu yatıb beynini tənzimləyən azyaşlı daha sonra da çox yüklənməməli və mütləq  axşam saat 9-da yatırılmalıdır. Bu zaman zamanın ən böyük kabusu olan mobil telefonlarla təmasa da xüsusi diqqət yetirilməlidir. Axşam saat 9-da yatmalı olan uşaq, ən azı, bir saat əvvəl heç bir elektron cihazla, mobil telefonla təmasda olmamalıdır.

3-“ 6 yaş sindromu” – Əsasən payız aylarında müşahidə olunan və tibdə “6 yaş sindromu adlandırılan bir mərhələdə bu yaş aralığında olan uşaqlarda hədsiz gərginlik, əsəbilik və intizamsızlıq yaşanır. Bu sindromun əsas səbəbi isə uşaqlarda zehni və psixoloji yüklənmələrdir. Nəticədə davranış pozuntusu yaşayan uşaqların yuxu rejimi də sıradan çıxmış olur. Psixoloq və pediatrlar bu sindromun əsas müalicəsi kimi uşaqların zehni sakitlik yaşamalarını tövsiyə edirlər. Nəticədə zehni təmizləmə yaşayan azyaşlının yuxu rejimi də qaydasına düşmüş olacaqdır;

4-Sükut müalicəsi – Bu gün məktəblərimizdə şagird sıxlığının olması heç  kəsə sirr deyil. Əsasən də paytaxtda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində bir sinif otağında normadan xeyli çox şagird təhsil almaqdadır. Bu isə xüsusən də azyaşlı şagird üçün psixoloji və zehni gərginliyin yaranması deməkdir. Xüsusən də həssas qrupa daxil olan uşaqlar bu təsirə tez düşür, qələbəlik  arasında psixoloji sarsıntı yaşamış olurlar. Odur ki, evə gəldikdən sonrakı iki saatda, həmçinin, axşam yatmazdan əvvəlki saatda azyaşlının tam səssiz və rahat bir məkanda beyin dinləndirməsini təmin etmək vacibdir. Valideyn bu zaman səssiz ortamdakı övladına sakit şəkildə nağıl danışıb, kitab oxumaqla ona daha da dəstək ola, yuxu problemini həll edə bilərlər.

5-"Bəlli saatlar" – Tədqiqatlara əsasən, insan orqanizmi yuxuya ən çox gecə yarısı- səhər 7.00 arası və günorta 14.00-16.00 arası ehtiyac duyur. Odur ki, dərsdən evə qayıtdıqdan sonra azyaşlı şagirdin gündüz vaxtı göstərilən saat aralığında (14:00-16:00) yuxuya getməsi daha faydalıdır (Moderator.az)

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!