ADNSU-nun “Google”-da çalışan məzunu universitet tələbələri ilə göruşdü
ADNSU-nun “Google”-da çalışan məzunu universitetim tələbələri ilə göruşmüş və öz uğur hekayəsini bölüşüb.
Yanvarın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Google” şirkətinin əməkdaşı, ADNSU məzunu Hürü İsmayılzadənin tələbələrlə görüşü keçirilib.
Görüşdə H. İsmayılzadə öz tələbəliyindən iş həyatına gedən yoldakı uğur hekayəsindən danışıb. Gənclərə ilk karyera addımlarını atmaqda faydalı olacaq məsləhətlər verib.
Görüşdə tələbələrin sualları əsasında müxtəlif mövzularda müzakirələr aparılıb.