• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Esmira İsmayılova – Yaxşı kitab yaxşı dostdur…

  • 12-01-2024, 09:29

 

“Dünya binə olandan insanlar kitabdan yaxşı heç nə kəşf etməyiblər”.  Çox sevdiyim bu deyimi  hər dəfə işlədəndə ilahi gücünü bir daha hiss edirəm. Həqiqətən də yaxşı kitab yaxşı dostdur, həyat bələdçindir,  ən əsası-ruhunun qidasıdır.  Zamanın sərt küləyi, qloballaşan dünyanın min kələyi, sosial şəbəkələrin  göz qamaşdıran tələsi belə bu həqiqəti dəyişdirmək gücündə deyil hələki… Alimlər yazır, aqillər oxuyur-XXI əsrin 3-cü onilliyində gördüyüm mənzərə budur!

AMEA Nəsimi adına Dilçilk İnstitunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, Lənkəran Dövlət Universitetinin professoru, gözəl dilçi alim İlham Tahirovun yenicə  çapdan çıxmş “İngilis strukturalizmi müstəqil dilçilk məktəbi kimi” kitabı başa çatmış ilimizin ən uğurlu elmi nəşrlərindəndir. Kitab təkcə dilçilk sahəsində ixtisaslaşan bakalavr, magistrant, doktorantlar, dilçi mütəxəssislər, tərcüməçilər üçün deyil, bütövlükdə geniş oxucu auditoriyası, ümumi dilçilk problemləri ilə maraqlananlar üçün faydalı mənbə sayıla bilər.

Qeyd edək ki, XX yüzilliyin əvvəllərində meydana çıxmış, dil haqqında elmin inkişaf tarixinə müəyyən zaman çərçivəsində dilçilk problemlərinin müəyyənləşdirilməsi, qoyuluşu, həlli üçün xüsusi modellər,  metod və üsullar kitabın 4 fəsil və nəticə hissəsində müəllif tərəfindən ətraflı araşdırılıb, elmi təhlillər, müqayisələr aparılıb, nəzəri müddəalar konkret faktlarla əsaslandırılıb. Nəşrdə Böyük Britaniyada ilk ümumi dilçilik professoru Con Rupert Försün dilçilik görüşləri, məktəbin əsas simaları və onların fəaliyyət məsələləri, ingiliz strukturalizminin tədqiq tarixi, ingilis strukturalizmi linqvistik strukturalizmin müstəqil istiqaməti kimi, ingilis strukturalizminin linqvistik ideyaları, ingilis strukturalizminin semantik ideyalarının müasir dilçilikdə inkişafı məsələləri araşdırılıb.

Nəşrə yazdığı ön sözdə prof. İlham Tahirov kitabın yazılma səbəbinin vacibliyini belə izahlandırır: “ İngilis strukturalizminin ümumi dilçilk tarixində rolu və mövqeyi kifayət qədər öyrənilməmişdir. Lakin linqvistik strukturalizmin bu qolunun dilçilk görüşlərini, dünya dilçiliyi tarixindəki rolunu, onların dilə gətirdiyi tədqiqat metodu və üsulları barədə Avropa, Amerika, keçmiş sovet və rus tədqiqatçılarının müəyyən əsərlərindən məlumatlanmaq mümkündür. Nəzərə almaq lazımdır ki, deyilən mənbələr Azərbaycandilli oxucu və tələbə auditoriyası üçün əlçatan deyil. Azərbaycandilli oxucu auditoriyasının tələbatını ödəmək baxımından bu kitabı faydalı hesab etmək olar”.

Fikrimizcə, ingilis strukturalizminin linqvistik konsepsiyasını öyrənmək, bu məktəbin görüşləri ilə Azərbaycan oxucusunu tanış olmaq, bütövlükdə bu məktəb haqqında ətraflı öyrənmək baxımından bu kitab çox əhəmiyyətlidir. Xatırladaq ki, “İngilis strukturalizmi müstəqil dilçilk məktəbi kimi” kitabının elmi redaktoru filologiya elmləri doktoru, proffessor Nadir Məmmədli, rəyçiləri professor Məsud Mahmudov, dosentlər Baba Məhərrəmli və Gülşən Axundovadır.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!