• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Sumqayıt Dövlət Universitetində rəğbət yaradacaq təyinatlar - İki yeni dekan

  • 12-01-2024, 06:00
SDU-nun Filologiya, həmçinin Kimya və biologiya fakültələrində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq, fakültə əməkdaşlarının ümumi yığıncağında dekan seçkisi keçirildi.
 
Filologiya fakültəsinə SDU-nun məzunu, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti, Strateji İnkişaf Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Günel Paşayeva, Kimya və biologiya fakültəsinə isə Botanika İnstitutunun “Ali bitkilərin sistematikası və coğrafiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimov seçilmişdir.
 
Paşayeva Günel Baxşeyiş qızı Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 iyun 2017-ci il tarixli (protokol N17-k) qərarı ilə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 16.12.2022-ci il tarixli qərarı ilə Elmi-pedaqoji fəaliyyətə görə Filologiya elm sahəsinin Azərbaycan dili ixtisası üzrə dosent elmi adı almışdır. Mütəmadi olaraq Respublika və Beynəlxalq elmi konfranslarda iştirak edir, müxtəlif ölkələrdə məqalələri nəşr olunur. 1 dərs vəsaiti, 1 monoqrafiya, 5 fənn proqramı, 40-a yaxın elmi məqalə və tezis müəllifidir.
 
Səlimov Rəşad Allahverdi oğlu Lerik rayonunda anadan olmuşdur. Gəncə Dövlət Universitetinin Biologiya və kimya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 31 may 2010-cu il tarixli qərarı ilə Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 27 may 2016-ci il tarixli qərarı ilə Biologiya ixtisası üzrə dosent elmi adı almışdır.
 
Rəşad Səlimov 2010-cu ildən bu günə qədər Xəzər Universiteti, BMU, BDU SABAH qruplarında Biologiya müəllimliyi və həmçinin 2017-ci ildən etibarən AMEA Botanika İnstitutunun magistraturasında Botanika ixtisası üzrə müxtəlif fənnləri tədris etmişdir. 2016-2019-cu illər üzrə IPBES Qlobal Qiymətləndirmə üzrə aparıcı ekspert, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Startegiya” üzrə işçi qrupunun üzvü olmuşdur. 2015-ci ildən Beynəlxalq Biologiya Olimpiadasının Azərbaycan üzrə ölkə koordinatoru, 2016-cı ildən isə Dünya Florası Onlayn Konsorsiumunun Taksonomik işçi qrupunun üzvüdür. Hazırda Almaniyanın Berlin Azad Universiteti Berlin Botanika Bağı və Botanika Muzeyində (Freie Universıtät Berlin and BGBM) birgə elmi tədqiqatlarını davam etdirir. Ümumilikdə 80-dən çox elmi əsəri (o cümlədən 3 kitab, 1 kitab fəsli, 6 dərslik, 47 məqalə və 37 tezis) çap edilmişdir. Environment and Ecology Research (Ətraf mühit və ekoloji tədqiqatlar) beynəlxalq jurnalının rəyçisidir.
 
2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərə görə Tərəqqi medalı ilə təltif olunmuşdur.
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!