• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Universitetlərimizin tədqiqat vizyonu

  • 16-01-2024, 12:52

Elmi nəşrlərdəki aktivlik artır

Müasir reallıqlar şəraitində hər bir ölkənin iqtisadi inkişaf templərini, rəqabətqabiliyyətliliyini ölçən ən mühüm parametrlərdən biri elm və təhsilin inkişafından, elmi məhsulların kommersiyalaşdırılması intensivliyindən, dünya təhsil sistemində milli universitetlərin tutduğu yerdən birbaşa asılıdır. Milli universitetlərin dünya reytinqlərində mövqeyini şərtləndirən mühüm amillər arasında universitet alimlərinin elmi-tədqiqat məhsulları və onların dünyanın nüfuzlu indeksli jurnallarda yer tutmasını qeyd edə bilərik. Məlumdur ki, universitetlərin dünyada nüfuzu həm də alimlərimizin elmi məhsullarının dünya miqyasında tanınması və onlara edilən istinadların sayı ilə ölçülür.

Son illərdə ölkəmizdə aparılmış islahatlar nəticəsində elmi tədqiqat potensialı müasirləşdirilib, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib, müasir texnologiyaların tətbiqi imkanları yaranıb və bu prosesdə əqli mülkiyyətin rolu artırılıb. Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə artıb.  Son 5 ildə akademik nəşrlərin sayı  80% artıb və Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşıb. Son 4 ildə əqli mülkiyyət sahəsində institusional islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 140 ölkə sırasında 71-ci yerdən 30-cu yerə irəliləyib, yaradıcı iqtisadiyyatın ÜDM-dəki payı 3,5%-dən 5,3%-ə yüksəlib.

Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən dünyanın nüfuzlu  elmmetrik bazaları ilə qurulan əməkdaşlıq bu sahədə ciddi irəliləyişlərin əsasını qoyub. Belə ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2023-cü ilin 14 iyun tarixində bütün ali təhsil müəssisələri və elmi-tədqiqat institutları üçün “Scopus”a çıxış imkanının təmin edilməsi məqsədi ilə “Elsevier” şirkəti ilə imzalanan müqavilə elmi nəticələrin yaxşılaşdırılmasına təkan verib. Həmçinin  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ali məktəblərin akademik heyəti ilə  “Scopus” və “ScienceDirect” elmmetrik bazalarından istifadənin daha səmərəli təşkili məqsədilə təşkil edilən təlimlər universitet alimlərinin publikasiya aktivliyinin artmasına səbəb olub.

Publikasiya aktivliyi özünü təkcə elm və təhsil müəssisələrinin elmi məqalələrinin kəmiyyət göstəricilərində deyil, həm də keyfiyyət parametrlərində göstərir. Hər iki göstərici üzrə əldə olunan rəqəmlər elm və təhsil müəssisələrimizin, eləcə də bu müəssisələrdə çalışan alimlərimizin dünyanın nüfuzlu elmi bazalarında rəqabətli mövqeyini gücləndirib, tanınma və impakt göstəricilərinin yaxşılaşmasına imkan verib.

Deyilənləri Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin son məlumatında da görmək mümkündür. Agentlik 2020-2023-cü illər ərzində "Scopus"da indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən, ölkəmizin 5 nüfuzlu ali təhsil müəssisəsinin  (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti) göstəricilərini təqdim edib.

Bakı Dövlət Universiteti (BDU) son 4 ildə 2627 məqalə sayı ilə ən yüksək ümumi nəticə göstərib. BDU qeyd olunan illər ərzində elmi məqalələrin sayına görə  Cənubi Qafqaz regionunda lider mövqe tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti (AZTU) dərc olunan məqalələrin sayında hər il ardıcıl artım nümayiş  etdirib.

Elm və Təhsil Nazirliyinə tabe 3 ali təhsil müəssisəsi (BDU, ADNSU və UNEC) həm də ölkə üzrə ilk 3-lükdə yer alıb. Qeyd olunan ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı 2023-cü ildə əhəmiyyətli dərəcədə artıb. Bu nəticə 2023-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın özəl və dövlət ali təhsil müəssisələrinə, eləcə də elmi-tədqiqat institutlarına dünyanın ən böyük elmmetrik bazalarından olan "Scopus" və "Science Direct"-ə çıxış imkanlarının verilməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, "Science Direct"-də nəşr olunan  1 məqalədə  Azərbaycan alimləri 10-a qədər sitat gətirir.  Bu göstəriciyə əsasən, ölkənin ən nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti  QS-in dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alıb.

Əsas elmi məlumat bazalarına abunənin təşkil edilməsi ən vacib addımlardan biridir.  Elm və Təhsil Nazirliyi tərəfindən yalnız Scopus-a (elmi və analitik reytinq platforması) deyil, həm də “Science Direct”-ə (dünyada ən yüksək impakt  faktoru olan elmi jurnallar) girişin təmin olunması çox əhəmiyyətlidir. 

“Science Direct” 196 Nobel mükafatçısından 195-nin dərc olunduğu  dünyanın ən çox istinad edilən nəşridir. "Science Direct" platformasında azərbaycanlı alimlərin nəşrlərinin sayını artırmaq və bu aktivliyi qoruyub saxlamaq hazırda tədqiqat universiteti statusu qazanmaq istəyən, eləcə də beynəlxalq rəqabətliliyini gücləndirmək istəyən ali məktəblərimiz üçün ən mühüm vəzifə olmalıdır.

Qeyd edək ki, əldə olunan göstəricilər Prezident İlham Əliyevin 22 iyul 2022 –ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının  2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda  Elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inkişafının təmin edilməsi istiqamərində nəzərdə tutulmuş strateji məqsədlərə çatmaqda mühüm əhəmiyyət kəsb edir. Strategiyada da qeyd olunduğu kimi, göstərilən dövrün sonuna qədər elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi, müasir təfəkkürlü və kreativ düşüncəli gənclərin erkən vaxtlardan elmi araşdırmalara cəlb edilməsi, elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizminin yaradılması təmin olunacaq. Bu dövrdə, həmçinin beynəlxalq impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayının 40% artması strateji hədəflərdəndir.

Elm və Təhsil Nazirliyinin və müvafiq qurumlarının son illərdə məqsədyönlü fəaliyyəti nəticəsində “Azərbaycan Respublikasının  2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq beynəlxalq impakt faktorlu jurnallarda məqalə çapında müsbət dinamikanın formalaşması bu prosesin uğurla davam etdirildiyini göstərir.

 

Oruc Mustafayev
Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Bağça müəllimlərinin işə qəbul müsabiqəsi bu tarixdən başlayır
14-07-2025 15:27  
Təhsil işçiləri üçün güzəştli TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub
18-07-2025 17:24  
Tələbələrin köçürülməsi prosesinə BAŞLANILDI
15-07-2025 12:00  
SİMA ilə taksi səfərləri daha etibarlı!
14-07-2025 09:45  
Ali məktəblərə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil alacaq
14-07-2025 12:45  
57-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən milli komandamızın uğuru
14-07-2025 16:20  
"YAŞAT" düşərgəsinin 5-ci həftəsi başlayıb
16-07-2025 15:30  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

YAŞAT" düşərgəsinin 5-ci həftəsi başa çatıb
Təhsil işçiləri üçün güzəştli TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub
Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!