• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Zəfər təhsil modeli – Tədrisin şəxsiyyət mühəndisliyi missiyası

  • 18-01-2024, 13:21
Azərbaycan Respublikasının prezidentliyinə namizəd, Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc 2023-cü ildə (dəqiq tarix: 27.10.23) Azərtaca müsahibəsi zamanı çox maraqlı və ən yaxın gələcəyə sərrastlıqla hesablanmış  fikir bildirmişdi:
 

 

“Ümumilikdə hər bir azərbaycanlının düşüncəsində inqilabi dəyişikliklər baş verməlidir. Belə ki, Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır. Ona görə də 44 günlük müharibə və bir günlük antiterror tədbirlərinin bizim həyatımıza gətirdiyi yenilikləri qəbul etməli, o çağırışları düzgün hesablamalı və qarşıdakı işləri bu ideologiya ilə həyata keçirməliyik. Eyni zamanda, gələcəkdə yeni strategiyaların hazırlanmasını hazırki dövr ən vacib məsələlər kimi qarşımıza məqsəd olaraq qoyur”.
 
7 fevral növbədənkənar prezident seçkiləri həm də Qarabağ zəfərinin fərqli variasiyalarını müxtəlif sahə və istiqamətlər üzərindəki transferinin  başlanğıc nöqtəsi kimi də hesab edilməlidir. 
 
Zəfər bir ideoloji mexanizm kimi   dövlətimizin 2023-cü ildə bütöv şəkildə əldə etdiyi ali dəyər olaraq ünvanını dəyişməli, Qarabağdan, gələcək naminə qələbəsini gözləyən digər “Qarabağlar”a – təhsilə, elmə, sosial həyata, iqtisadi islahatlara, mədəniyyətə, səhiyyəyə və s. yönəlməli, Yeni Azərbaycan modelinin əsas simasına, simgəsinə çevrilməlidir. 
 
Postseçkidən sonrakı Azərbaycanın əsas brendi kimi qəbul olunacaq Zəfərin  "Qarabağlaşdırma” prosesini tətbiq edəcəyimiz  istiqamətlərdən biri də təhsil olacaqdır. 
 
Zahid Oruc tərəfindən səsləndirilən Zəfər təhsil modeli özünün uzaqgörənliyi ilə seçilməklə yanaşı, XXI əsr çağdaş təhsil çağırışlarının əsas elementlərini də vahid bir orqanizm kimi sintez etmiş olur. 
 
Milli şüurla bəşəri dəyərlərin ortaq nöqtəsində hərəkət bu təhsil modelinin əsas qayəsi olmaqla yanaşı, Zəfərdən sonrakı dönəmdə məktəbyaşlı uşaqlar  üçün milli bələdçi funksiyasını layiqli şəkildə həyata keçirə bilər. 
 
Bir haşiyəyə çıxaraq deyə bilərik ki, məktəb və universitet birinciliyi Z.Orucun tərcümeyi-halında hər zaman qırmızı xətt kimi keçib və onun 20 ildən artıq  siyasi fəaliyyətində təhsil sahəsinə olan diqqət və yanaşmalarınının əsas hərəkətverici qüvvəsi kimi çıxış edib.
 
Z.Orucun seçki platformasındakı əsas şüarlardan biri -“Ən böyük sərvət insandır” ideyasının da kökündə məhz  Zəfər təhsil modelinin duracağını asanlıqla söyləyə bilərik. Zəfər təhsil modelinin şəxsiyyətin formalaşmasına yönəlik məzmun xətti, fəaliyyət proqramı insan amilini cəmiyyətin bütün sahələrində ən böyük sərvət olaraq xarakterizə edəcəkdir:
 
“IV Respublika - ədalət prinsiplərinə əsaslanan Yeni Yüz ilin inşa edilməsidir. Tarix və təcrübə göstərir ki, inkişaf, rifah və iqtisadi uğur ədalətin hakim olduğu, hamının qanun qarşısında bərabərliyi və qanunun aliliyi ilə bilavasitə bağlıdır. Bu o deməkdir ki, Zəfərimizlə yanaşı, fundamental, başlıca dəyər - #İnsandır. Ən böyük sərvətimiz vətəndaşdır!
 
 IV Respublikanın-yeni ideyalara, zəkalara ehtiyacı var! Bizim əsas vəzifəmiz peşəkar, layiqli, yüksək bilikli, savadlı dövlət qulluğunun, ləyaqətli elitanın yaradılması, vətənpərvər kadrların yetişməsi, cəmiyyət sisteminin bütün  həlqələrində aparıcı mövqe tutmasıdır”.
 
Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modelinin yaradılması post-seçki dövrünün Azərbaycanı üçün hazırlanacaq hədəflər paketinin tarixiliyini daha da artıra bilər. 
 
Post-seçki mərhələsi, Zəfər arealı üzrə sürətlə yenilənəcək  Azərbaycanda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.
 
Qeyd edək ki, 2006-cı ildə  qəbul olunmuş  “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” sənədi Təhsil qanununun tələbləri baxımından yenidən nəzərdən keçirilərək “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə yeniləşdirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmişdir.
 
Lüğəvi mənası “kurs”, “yol”, “istiqamət” kimi izah olunan kurikulum təhsil seqmentində özünün tətbiq mexanizmini müəyyən qədər həyata keçirə bilib. Lakin boşluqların hələ də qalması, tədris prosesinin şəxsiyyət yönümlülük funksiyasının ənənəvi yanaşmaların kölgəsində qalması faktı da danılmaz gerçəklikdir. 
Zəfər  təhsil modelinin hazırlanması, uğurlu tətbiq yollarının müəyyən edilməsi qələbə faktorunun təhsil sahəsi vasitəsilə daha da genişlənməsinin əsas səbəbi kimi düşünülməlidir. 
 
Yeni təhsil standartları və məzmun xətlərini əhatə etməli olan Zəfər təhsil modeli şəxsiyyət texnoloqu, insan mühəndisliyi funksiyasını prioritet hesab etməli, tədris prosesini informasiyanın təkcə qəbulu deyil, onun düzgün emalı, həyati tətbiqi mexanizmi kimi dəyərləndirməlidir. 
 
Şagird üzərində şəxsiyyət mühəndisliyi rolunu oynamalı olan bu model fərdin çağdaş praktiki bilik və bacarıqlarının yalnız v milli dövlətçilik meyarları üzərində inkişaf etməsini əsas götürməli, pedaqoji işin təşkilini ancaq bu halda düzgün hesab etməlidir. 
 
Zəfər təhsil modelinin təhsilimizin bütün pillə və səviyyələrində özünün nəzəri-praktiki tətbiq meylləri ilə düzgün  əksi seçkidən sonrakı Azərbaycanın Zəfər brendinin əsas  elementi rolunu oynayacaqdır. 
 
Həmçinin, təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyinin formalaşdırılması kimi amillər də milli modelin əsas elementləri olmalıdır.
 
Azərbaycan Müəllimlərinin XVI Qurultayının qəbul etdiyi qətnamədə də vurğulandığı kimi, ümumi təhsilin məzmununda Vətən müharibəsində “Böyük Zəfər” və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə bağlı məlumatların əks etdirilməsi, ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məzmunun daxil edilməsi və bu ideyaların yetişməkdə olan gənc nəslə aşılanması sahəsində sistemli işin aparılması faktı da vacib nüanslardandır. 
 
Zəfər  təhsil modeli və onun tədris prosesində tətbiqi mexanizminin hazırlanması, dünya təhsilinin öncül modellərinin uğurlu təcrübələri ilə milli təfəkkür,  milli şüur, dövlətçilik ənənələrinin inkişafına xidmət edən örnək elementlərin sintezinə çalışmaq təhsil istiqamətində prioritet çağırışlar kimi qəbul edilə bilər. 
 
Şəxsiyyət mühəndisliyi missiyasının praktiki məkanı sinif otağı yox, insanın şüuru, yaddaşı və psixoloji aurasıdır. Müəllim bu aurada necə qalacaqsa, mühəndislik fuknsiyasını da o cür yerinə yetirəcək. Amma bir məsələyə xüsusi diqqət edək: elə şəxsiyyət mühəndisliyi missiyasının da alt bazası, bünövrəsi elə sinif otağında formalaşır. Şagirdini şəxsiyyət, cəmiyyət üçün lazımlı kadr gözündə görən müəllim onu yalnız əzbərçi faktlarla yükləmir, situasiyaya görə düzgün qərarvermənin modullarını öyrədir, düşüncə dənizinin sahillərinə çıxarır, üzməyin ilk elementlərini ona başa salır.
 
Qarabağ Universiteti – Qafqazın Harvardı
 
“Yaxın gələcəkdə yaradılacaq, Qarabağ Universitetini beynəlxalq elmi tədqiqatların məkanına çevirmək və Qafqazın Harvardı statusuna yüksəltmək üçün aparıcı xarici universitetlərin elmi və alim potensialından istifadəyə dair qərarların qəbulunu vacib sayırıq”. (Zahid Orucun sfera.az saytına müsahibəsindən; 24.11.2023)
 
Hələ illər əvvəl ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ideya müəllifi olduğu Qarabağ Universitetinin ideya icraçısı məhz Zahid Oruc olacaqdı. Müəyyən səbəblərdən layihənin gerçəkləşməsi xeyli ləngidi. Amma həqiqət meyarı özünün bəşəri qanununu-geciksə də, mütləq gələcək”-düsturunu doğrultdu. Bir neçə ay bundan öncə ölkə başçısı tərəfindən Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı tarixi Sərəncam imzalandı. 
 
Az öncəki sitatda qeyd olunan “Qafqazın Harvardı” ideyası Qarabağ Universiteti və onun fonunda digər ali təhsil müəssisələrimiz üçün gələcəklə bağlı hədəf konseptindən biri olmalıdır. Hazırda dünyanın bir çox nəhəng universitetləri artıq həm də tədqiqat müəssisələri kimi fəaliyyət göstərərək elmlə təhsilin sintezi və onun istehsalatda tətbiqi məsələsinə nail ola bilmişlər. 
 
Azərbaycan ali təhsil seqmentindəki əsas boşluqlardan biri universitet-əmək bazarı, yaxud universitet-istehsal sahəsi tandeminin qurula bilməməsidir. 
Universitetlərə qəbul mexanizmində əmək bazarının tələblərinin nəzərə alınmaması məzunların işlə təminatına ciddi maneələr törədir. Universitetlər bu istiqamətdə öz yol xəritələrini müəyyən etməli,  elmtutumlu tədqiqat müəssisəsi və əmək bazarına bacarıqlı kadr hazırlayan aparıcı mərkəz rolunda çıxış etməyi bacarmalıdırlar. Təəssüf ki, universitetlərin nəzdində bu məqsədlə fəaliyyət göstərən və birinci kursdan etibarən tələbələr üçün hədəflər paketi müəyyən etməli olan Karyera Mərkəzlərinin faydalılıq əmsalı çox aşağıdır. 
 
Ali təhsil seqmentinin əsas perspektivlərindən  biri də onun əlçatanlığıdır. Qəbul meyarlarının yenidən müzakirə edilməsi, universitetlərdə “giriş qapı”larının deyil, “çıxış qapıları”nın “bərkidilməsi”ni təmin etmək çox vacibdir. 
 
Həmçinin, universitetlərdə tədrisin məzmunu, plan yerləri əmək bazarının tələblərinə adekvat olmadığından bu istiqamətdə zəruri proqram hazırlamaq və tələbə qəbulunu həmin qaydalar əsasında aparılması, yeni təhsil sisteminin yetişdirdiyi məzunların əmək bazarında rəqabətliliyinə və peşəkarlığına beynəlxalq kontekstdə baxılması, ali təhsildə kurikulumların əmək bazarının tələbləri istiqamətində qurulması Zəfər təhsil modelinin əsas tələblərindən biri kimi çıxış edə bilər. 
 
Son söz olaraq...
 
Zahid Orucun məktəb müəllimi Məhəmmədov Mehrab bir neçə gün bundan əvvəl özünün sosial şəbəkə hesabında belə bir statusla çıxış etmişdi:
 
"Zahid Oruc mənim şagirdim olub. O, nəinki fizika fənnindən, eləcə də bütün fənlərdən əla qiymətlər alıb, nümunəvi şagird olub. Zahid Oruc yaxşı oxumağı ilə yanaşı, həm də təlim-tərbiyə baxımdan seçilib, rayon olimpiadalarında iştirak edib, qalib olub, o hər yerdə, məktəbdə, təhsildə daim birinci idi. Bütün müəllimləri onun gələcəkdə faydalı bir insan olacağına inanıb. O istər Milli Məclisin üzvü, istər komitə sədri kimi həmişə öz kəndinin, müəllimlərinin problemləri ilə maraqlanıb və lazımi köməklik etməyə çalışıb. Ona bir müəllimi olaraq, gələcək işlərində uğurlar arzu edirəm".
 
Bu fakt onu göstərir ki, müəllim tədris prosesini şəxsiyyət mühəndisliyi üzərində quranda o mütləq və mütləq öz faydasını vermiş olur.
 
Elmin Nuri
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı
Elmin Nuri
Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub
21-05-2025 13:56  
Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
19-05-2025 10:45  
Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir
20-05-2025 11:04  
Yeni ali təhsil proqramları hazırlanır- Komissiyaiclas keçirdi
20-05-2025 11:15  
Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib
20-05-2025 13:58  
Ölkə üzrə PISA 2025 davam edir
20-05-2025 16:53  
Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir! Tarix: 19.05.2025 Pa
20-05-2025 10:47  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
Məleykə Abbaszadə: Abituriyentlərin sayı 12 min artıb
Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi ixtisaslar LƏĞV ediləcək

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!