
Şəmkirdə “Heydər Əliyev İli”nə həsr olunmuş “Balaca ürəklərdə böyük sevgi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Edupress.az xəbər verir ki, təqdimat mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
“Balaca ürəklərdə böyük sevgi” adlı kitabda Şəmkir rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin yazdıqları min məqalə arasından seçilən yüz məqalə dərc edilib.
Kitabın hazırlanmasında məqsəd Ümummilli lider Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyətini nümayiş etdirmək, şagirdlərdə yazı qabiliyyətini üzə çıxartmaqdan ibarətdir.
Tədbir bədii hissə ilə davam edib. Şagirdlərin ifasında rəqs, şeir, musiqi nümunələri təqdim edilib, bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirin sonunda şagirdlərə kitabda məqalələri dərc olunan şagirdlərə "Fəxri Fərman"lar təqdim edilib.