• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Düzgün seçim millətin tərəqqisini şərtləndirən əsas amildir

  • 22-01-2024, 10:18

 

Azərbaycan  xalqı böyük tarixi hadisələr ərəfəsindədir, vacib seçim qarşısındadır. Bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini xalqımız, dövlətimiz üçün taleyüklü məsələ hesab edirəm və əminliklə deyə bilərəm ki, düzgün seçim millətin tərəqqisini, dövlətin inkişafını  şərtləndirən əsas, vacib amillərdən biridir. Nəzərə alaq ki, bu dəfəki seçki bütün dünyada gedən çox ciddi geopolitik proseslərin fonunda və ilk dəfə olaraq Azərbaycanın bütöv ərazisində, düşmən tapdağından azad olunmuş torpaqlarımızda  da keçiriləcək. Böyük sevinc və qürur hissi ilə hər birimiz deyə bilərik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasi həyatında, ümumiyyətlə mövcudluq tarixində misli görünməmiş bir qələbə qazanılıb,  dövlətimizin ərazi bütövlüyü bərpa edilib, uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub.

Qazanılan qələbəni,  böyük Zəfəri Azərbaycan tarixinin ən şanlı səhifəsi, şərəf, qeyrət salnaməsi hesab edir və düşünürəm ki,  bu qələbəni son qərinlərdə baş vermiş heç bir tarixi olay ilə  müqayisə etmək olmaz. Bu il ilk dəfə azad edilmiş ərazilərdə seçki keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün bir daha legitimliyini təsdiqləyir!

Hər bir azərbaycanlı yaxşı görür ki, bu seçkilərin favoriti hazırkı Prezident İlham Əliyevdir. Çünki İlham Əliyevin yürütdüyü müdrik  daxili və xarici siyasət nəticəsində  Azərbaycan misli görünməmiş qələbələrə imza atıb, iqtisadi-sosial, mədəni sahələrdə böyük uğurlar əldə edilib. Ən əsası,  İlham Əliyev xalqının prezidenti ola bilib, bir dövlət başçısı kimi hər bir azərbaycanlının etimadını qazanıb. Elə bu səbəbdən qarşıdakı növbədənkənar prezident seçkilərində onun Prezident seçilməsi tamamilə məntiqli görünür.

Təhsil sahəsində çalışdığım üçün cənab İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi böyük diqqət və qayğını xüsusivurğuylamaq  istəyirəm. Bu gün qürurla deyə bilərik ki, Azərbaycanda təhsil müasir dövrün tələblərinə uyğun formada inkişaf edir və bu inkişafda ölkə başçısı İlham Əliyevin rolu danılmazdır. Bu ənənə isə çoxdan qoyulub. Xatırltmaq yerinə düşər ki, istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb, Vətənin, xalqın tərəqqisində оnların rоlunu yüksək dəyərləndirib. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlərə imza atıb. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.

 

 Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev təhsili millətin inkişafında ən vacib amil sayaraq  bu sahəyə xüsusi önəm verir,  qayğı göstərir. Ölkə başçısının: “Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun” fikri dediklərimizin sübutudur.

 

Xatırlatmaq yerinə düşər ki, yola saldığımız 2023-cü il Azərbaycan təhsilində əlamətdar hadisələrlə yaddaqalan oldu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayı keçirildi. Həmin qurultayda ölkənin çoxminlli təhsil işçilərini təmsil edənlər arasında mən də vardım.  Azərbaycan Prezidenti İlham Əliyevin  qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda irəli sürdüyü fikirlər ölkə başçısının təhsilə verdiyi böyük diqqət və qayğının təzahürü sayıla bilər: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”.

Təbrik məktubunda da deyildiyi kimi, Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir.

Bu gün böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır. Zəfər yolu ilə Şuşaya səfər zamanı gördüklərim bir Azərbaycan vətəndaşı, bir ziyalı kimi köksümü sevinc hissi ilə doldurdu. Sevinirdim ki, erməni qəsbkarlarından azad olunmuş torpaqlarımızda müasir tələblərə cavab verən məktəblərin inşasına başlanılıb, Şuşa şəhərində isə artıq yekunlaşmaq üzrədir. Ölkə başçısının təbrik məktubunda  da vurğuladığı kimi : “Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm” fikri artıq əməlini təsdiqini tapmaqdadır.

Unutmaq olmaz ki, hazırkı qloballaşma şəraitində milləti millət edən, inkişafını şərtləndirən əsas amillərdən biri də gənc nəslin  milli dəyərlərə hörmət, məhəbbət ruhunda tərbiyələndirilməsi, onlara milli yaddaşa sadiqlik, milli köklərə bağlılıq hisslərinin aşılanmasıdır. Prezident İlham Əliyev bu amili yüksək dəyərləndirir:  “İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar".

Danılmaz faktdır ki, prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz  son illər ərzində bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atıb, dünya siyasətində söz sahibi olan ölkəyə çevrilə bilib. Bu inkişafın dayanıqlı olması üçün Azərbaycanın düzgün seçimə, dövləti daim irəli apara bilən liderə ehtiyacı var.  Mən şəxsən fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevə səs verəcəyəm. Çünki böyük Zəfərin qazanılması, Azərbaycanın bütün sahələrdə dinamik inkişafı məhz onun həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində mümkün olub. Danılmaz faktdır ki, hazırkı dönəmdə elə bir adam yoxdur ki, cənab İlham Əliyevdən yaxşı prezident olmaq imkanına malik olsun. Bu gün İlham Əliyevin gördüyü işlərə, hərtərəfli fəaliyyətinə görə ona alternativ yoxdur!

 

 Natiq İbrahimov

Lənkəran Dövlət Universitetinin rektoru, professor

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!