• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

LDU-da Heydər Əliyevin 100 illiyi qeyd olundu

  • 05-05-2023, 09:40

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş respublika elmi konfransı canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

 Bu barədə universitetdən Edupress.az-a məlumat verilib.
 
Bildirilib ki, “Heydər Əliyev Azərbaycanın böyük uğurla reallaşdırılan iqtisadi strategiyasının banisidir” mövzusunda keçirilən elmi konfransı universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru , dos. İdrak Əsgərov açıb. İdrak Əsgərov konfrans iştirakçılarına rektor, professor Natiq İbrahimovun təbrikini çatdırıb. Çıxışında bildirib ki, Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmışdır. Ümummilli liderin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunmuş, yeni sənaye sahələri yaradılmış, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmışdır.
 
LDU-nun “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı dos.Gülbəniz Əliyeva “Heydər Əliyev Azərbaycanın böyük uğurla reallaşdırılan iqtisadi strategiyasının banisidir” mövzusunda geniş məruzə edib. Məruzəçi bildirib ki, Heydər Əliyevin çoxşaxəli fəaliiyətində müstəqil dövlət quruculuğu, mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid istiqamətində islahatlar, Azərbaycanın dünyaya tanıdılması, ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının gücləndirilməsi, yeni neft strategiyası, ərazilərimizin işğaldan azad edilməsi üçün güclü iqtisadiyyat, güclü ordu tandeminin əsaslarının yaradılması və sair bu kimi məsələlər xüsusi yer tutur. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişafında, eləcə də müstəqilliyimizin iqtisadi əsaslarının möhkəmləndirilmsində Heydər Əliyevin böyük xidmətləri olub. Məruzədə qeyd edilib ki, Azərbaycanın bu günkü uğurları müasir Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş islahatlara söykənir. Həmin vaxtı aparılmış islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosial yönümlü iqtisadiyyatın bərpası və inkişaf etdirilməsi mümkün olmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir. Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasətin ardıcıl olaraq davam etdirilməsi nəticəsində Azərbaycan dünyada güclü iqtisadiyyat formalaşdırmış və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi tanınmışdır.
Məruzə ətrafında universitetin “ Maliyyə idarəetməsi və audit” kafedrasının müdiri dos.Əlixan Bədəlov, “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasının müdiri dos.Afiq Əliyev, “Tarix və onun tədrisi metodikası” kafedrasının əməkdaşı dos.Emin Məlikov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlətçilik məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaq.
 
Natiqlər Ulu öndərin cənub bölgəsinə, o cümlədən Lənkərana etdiyi səfərlər, regionda sənayenin və aqrar sahənin inkişafı istiqamətində gördüyü işlər, quruculuq fəaliyyəti barədə ətraflı söz açıblar.
Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirib. Qeyd edək ki, “Ulu öndərin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi inkişafı” və “Heydər Əliyev və Azərbaycanın sosial-mədəni inkişafı” bölmələrində ümumilikdə 130 tezis dinləniləcək.

Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!