• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Ekologiya və təbii sərvətlər naziri və bp-nin regional prezidenti Samuxda ağac əkiblər

  • 05-05-2023, 10:57

 

 4 may tarixində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bp və tərəfdaşlarının sosial investisiya layihələri sahələrindən biri olan “Yaşıl Ürək” meşə sahəsinə səfər ediblər. Onlar birlikdə Samux rayonunun Çobanabdallı kəndində yerləşən bu əraziyə baxış keçirib, layihənin gedişi ilə ətraflı tanış olub və sahədə 100 pavloniya ağacı əkiblər.

“Yaşıl Ürək” ağacəkmə layihəsi torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon emissiyalarını azaltmağa yönəlmiş ikiillik ekoloji proqramdır. Layihə çərçivəsində görüləcək işlər 251 000 yeni ağacın əkilməsini və birinci mərhələdə Samuxda daha əvvəl əkilmiş 110 000 ağaca qulluq edilməsini nəzərdə tutur. Bundan əlavə, Qobustan rayonunda seçilmiş bir hektar ərazidə suya qənaət edən avadanlıqdan və qabaqcıl əkin üsulundan istifadə etməklə innovativ yaşıllaşdırma sistemi yaradılacaq. Layihə çərçivəsində bu günə kimi Samuxda 50200, Şəmkirdə 170000, Qobustanda isə 1000 ağac əkilib.

Samuxdakı ağacəkmə kampaniyasından sonra cənab Counz nazir Muxtar Babayevi müşayiət edərək onunla Yevlax rayonunda növbəti tədbirə qatılıb. Burada onlar Kür çayına 100000 balıq buraxıblar.

Bu iki tədbir cənab Counzun Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri boyunca bp-nin əməliyyatçısı olduğu obyektlərə və sosial sərmayə sahələrinə etdiyi ikigünlük (3-4 may) səfərinin tərkib hissəsi idi.

Səfər zamanı cənab Counzun ilk baş çəkdiyi yer Yevlax rayonundakı BTC nasos stansiyası olub. Burada Qəriyə obyektin texniki təhlükəsizlik və istismar göstəriciləri barədə ətraflı məlumat verilib. Daha sonra Qəri işçi heyəti ilə görüşüb və onlarla əməyin təhlükəsizliyi, əməliyyatlar və digər mühüm biznes fəaliyyətlərini müzakirə edib. Cənab Counz həmçinin sahədəki bir sıra işçiləri və komandaları yüksək fəaliyyət göstəricilərinə, eləcə də əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsində xüsusi əmək və səylərinə görə təşəkkürnamələrlə təltif edib. “Biz bu nasos stansiyasında avadanlığın və qurğuların yüksək etibarlılığını təmin etmək üçün gecə-gündüz mükəmməl iş və əzmkarlıq nümayiş etdirən və bununla da üç boru kəmərinin təhlükəsiz və etibarlı şəkildə işləməsini təmin edən bu insanlarla fəxr edirik”, - deyə Qəri bildirib.

Sonra Gəncəyə yola düşən Qəri burada bp və tərəfdaşlarının öz sosial layihələri ilə dəstəklədiyi Gəncə Autizm Mərkəzinə baş çəkib. O, mərkəzin heyəti ilə görüşüb və burada müvafiq ailələrə və icmalara göstərilən xidmətlərlə tanış olub.

Səfərin ikinci günündə əsas diqqət bp və tərəfdaşlarının maliyyələşdirdiyi sosial sərmayə layihələrinin gedişi ilə tanış olmağa və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti ilə Əməkdaşlıq Müqaviləsi imzalamağa yönəlmişdi.

Müqavilənin əhəmiyyətindən danışan cənab Counz vurğulayıb ki, bu yeni saziş universitetin nəşriyyat potensialının və resurslarının inkişaf etdirilməsi, eləcə də ümumi elmi-tədqiqat infrastrukturunun təkmilləşdirilməsi planlarına dəstək məqsədilə bu iki təşkilat arasında sıx əməkdaşlıq üçün zəmin yaradır.

Qəri həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin yeni kampusu ilə tanış olub və orada bp və tərəfdaşlarının Gəncə Universitetlərinin potensialının artırılmasına dəstək məqsədli yeni bir təhsil layihəsinə start verib.

 

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!