• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı təqdim olunub

  • 30-01-2024, 12:23

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Bakı Mühəndislik Universiteti (BMU) və ABŞ-nin Nevada Universitetinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” adlı kitabın (dərs vəsaiti) təqdimatı keçirilib. Kitab BMU-da rəsmi şəxslər, elm adamları, tələbələr və aidiyyəti sahə üzrə mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim olunub.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Yaqub Piriyev dünyanın və ölkəmizin prioritet məsələlərindən olan startap ekosistemi haqqında danışaraq qeyd edib ki, informasiya dövründə artan rəqabət bütün sahələri sürətli dəyişikliklərə məruz qoyur və yeni şəraitdə adaptasiya bacarıqlarının inkişaf etdirilməsinə ciddi zərurət yaranır. Y.Piriyev sosial sahibkar mədəniyyətinə malik intellektualların yetişdirilməsinin, bu prosesdə startap mədəniyyətinin formalaşdırılması, inkişafı və kütləviləşdirilməsinin vacibliyini önə çəkib. Tədqiqat və elmi tərəqqi fonunda dərs vəsaiti və ya tədris materialları ilə təminatın əhəmiyyətini vurğulayan Y.Piriyev “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabının ölkəmizdə bu sahənin öyrənilməsi və inkişafında mühüm rol oynayacağına inamını ifadə edib, nəşrin müəlliflərinə təşəkkürünü bildirib.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı isə vurğulayıb  ki, müasir sahibkarlıq mühitində startaplar innovasiyaların hərəkətverici qüvvələrindən biridir və riskləri düzgün idarə etməyi bacaran cəsarətli biznes liderlərinin özünütəsdiq platforması kimi çıxış edir. Yəni startaplar həm qlobal, həm də yerli miqyasda iqtisadi artımın və məşğulluğun katalizatorlarındandır. Vüsal Qasımlı “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabının startapların mətbəxinə səyahət imkanı verdiyini, onların uğurlarının sirlərini açmaq üçün bələdçi rolunu oynadığını və bu dərs vəsaitinin də yerli ekosistemin inkişafına töhfə verəcəyini bildirib.

Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, BMU-nun dosenti Elçin Süleymanov və “Startap School-1” müsabiqəsinin qaliblərindən “Metatesk” layihəsinin rəhbəri Günay İmanzadə çıxış edərək, həm təqdimatı keçirilən kitabın əhəmiyyətindən, həm də innovasiya ekosisteminin mövcud vəziyyətindən və bu sahənin çağırışlarından bəhs ediblər.

Tədbirdə bildirilib ki, “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı BMU-nun Tədris Metodiki Şurasının müvafiq protokolu ilə 01.11.2023-cü ildə dərs vəsaiti kimi təsdiq edilib.

Kitab təcrübəli mütəxəssis və sahibkarların cəlb olunması ilə Azərbaycanda sahibkarlıq, innovasiya və startaplar haqqında ana dilində ədəbiyyatın az olması nəzərə alınaraq, bu sahənin inkişafına dəstək olmaq məqsədilə yazılıb. 8 fəsildən ibarət olan dərs vəsaitində innovasiyaların yaranması tarixindən və müasir vəziyyətindən bəhs olunub, innovasiya siyasətinin gücləndirilməsi və kommersiyalaşdırılması yolları haqqında məlumat verilib. Burada rəqəmsal platformalarda layihələrin idarə edilməsində şəbəkə modellərindən istifadə qaydaları və innovasiya fəaliyyətinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi vasitələri göstərilib.

“İnnovatika”nın ayrıca bir elm sahəsi kimi yer aldığı kitabda iqtisadi tərəqqidə startapların rolu və inkişaf perspektivləri izah edilib, startapların texnoloji inkişafı təmin etməsi imkanları araşdırılıb.

Bundan başqa, kitabda qloballaşma, iqtisadi artım, rəqabətqabiliyyətliliyin təmin olunması, eləcə də ümumi inkişafda innovasiya və startapların rolu ilə bağlı xarici ölkə modelləri arasında müqayisələr aparılıb, həmçinin Azərbaycanda startap ekosisteminin formalaşmasının institusional məsələləri, mövcud vəziyyəti və perspektivləri təhlil olunub.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!