• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Laçın məktəbində ilin sonuna şagird sayı 200 nəfəri keçəcək

  • 30-01-2024, 12:17

Direktor müavini: “Biz bu ehtimalı Laçına köçəcək əhalinin sayına uyğun olaraq irəli sürürük”

 

“Böyük qayıdış” proqramı çərçivəsində yurduna qayıdan daha bir məktəb - Laçın rayon 2 nömrəli tam orta məktəbin ötən il avqustun 25-də əsaslı təmirdən sonra açılışı olub və məktəb 60 şagirdlə 2023/2024-cü dərs ilinə başlayıb.

Məktəb ikinci yarımilə daha çox şagirdlə, yeni planlarla start verəcək.

Məktəbin direktor müavini Şəbnəm Uğurlu “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, əhali yurduna qayıtdıqca məktəbə yeni uşaqlar gəlir: “Artıq məktəbimizin 98 şagirdi var. İlin sonuna şagird sayının 200 nəfəri keçəcəyi düşünülür. Biz bu ehtimalı Laçına köçəcək əhalinin sayına uyğun olaraq irəli sürürük”. 

Ş.Uğurlu əlavə edib ki, məktəbin şagirdləri həm də Laçına işləməyə gələn ailələrin övladlarıdır: “Şagirdlərimiz həm də məktəbimizdə əmək müqaviləsi ilə çalışmağa başlayan işçilərimizin uşaqlarıdır. Artıq onlar da Laçın sakinləridirlər”.

Qeyd edək ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Prezidenti 2022-ci il sentyabrın 22-də sərəncam imzalayıb. Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.

Məktəbdə 98 şagirdin təlim və tərbiyəsi ilə 20 müəllim məşğul olur. Məktəbin pedaqoji kadrlara olan tələbatı həm də Laçına köçən şəxslər hesabına ödənilir.

“Vakansiyamız olanda, bunu Laçına köçən müəllimlər hesabına ödəyirik. Müəllimlərimiz çox həvəslidirlər. Hər biri öz torpaqlarına qayıdan müəllimlərdir. Həyatda üzərlərinə missiya götürmüş və özlərini məqsədlərinə çatmış kimi hiss edirlər”-deyə direktor müavini vurğulayıb.  

Odur ki, Laçın məktəbində tədris uğurla təşkil edilib: “Sadəcə tədris prosesində deyil, dərsdən sonra da əlavə dəstəyə ehtiyacı olan şagirdlərimizə müəllimlərimiz kömək edir, istiqamət verirlər. Buraxılış və qəbul imtahanlarına şagirdlərimizi hazırlamaq məqsədi ilə məktəbimizdə mütəmadi sınaq imtahanları təşkil edirik. Nəticələr ürəkaçandır. Şagirdlərimiz həmin imtahanlarda uğurla iştirak edirlər. Ona görə də proqnozumuz buraxılış və qəbul imtahanlarında məktəbimizin uğurlu nəticələri olacağı yönündədir”.

Laçın məktəbi həvəslə fənn müsabiqələrinin başlamağını gözləyir: “Elm və Təhsil Nazirliyinin təşkil etdiyi fənn müsabiqələrinə şagirdlərimizi də cəlb edəcəyik və uğur qazanacağımıza inanırıq”.

Məktəb ikinci yarımildən yeni layihələrə də start verəcək: “Yeni layihə hazırlamışıq. İşğaldan azad olunan ərazilərimizi şagirdlərimizə tanıtdırmaq məqsədi ilə “Tanıdaq” adlı layihəyə başlayacağıq. Bunun üçün mart ayının uyğun olacağını düşünürük. Qarın əriməsini gözləyirik”.

Şuşa şəhər 1 nömrəli tam ota məktəb, Zəngilan rayon Ağalı kənd tam orta məktəbi,  Tərtər rayon Talış kənd tam orta məktəbi və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbləri arasında əməkdaşlığı nəzərdə tutan layihəyə görə məktəblərin şagirdləri bu layihə çərçivəsində öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanacaqlar: “Şagirdlərimiz bir araya gələrək şeir deyəcək, bilik yarışı nümayiş etdirəcək, kompozisiyalarla çıxış edəcəklər. Layihəni Şuşa şəhər 1 nömrəli tam orta məktəblə başlamağı planlaşdırırıq”.

 

"Azərbaycan müəllimi" qəzeti

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!