• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

UNEC-də “Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

  • 05-05-2023, 12:48

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Çalışmaları Uygulama və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Edupress.az xəbər verir ki, Konfransdan öncə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Konfransın açılışında ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyində universitet kollektivi qarşısında çıxışından hazırlanan videoçarx nümayiş olunub.

UNEC rektoru professor Ədalət Muradov ulu öndər Heydər Əliyevin İqtisad Universitetin 70 illiyində çıxış edərkən, universitetin inkişafı istiqamətində öz baxışlarını ortaya qoyduğunu diqqətə çatdırıb. UNEC-də həyata keçirilən islahatların ümummilli liderin həmin tövsiyələrinə əsaslandığını bildirən rektor bu istiqamətdə həyata keçirilən yenilikləri açıqlayıb.O, 2030-cu ildə UNEC-in dünyanın ən yaxşı TOP 500 universiteti sırasında yer almağı hədəflədiyini vurğulayıb. Professor Ədalət Muradov ulu öndərin arzu etdiyi universitetin UNEC timsalında reallaşdırıldığını və bundan qürur duyduğunu ifadə edib.

Sonra Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Azərbaycanda ali təhsilin inkişafı istiqamətində qarşıya qoyduğu konseptual ideyalarını açıqlayıb. Bildirib ki, ulu öndər təhsil sistemində hər bir yenilənmənin təkamül yolu ilə aparılmasının, prioritet istiqamətlərin müəyyənləşdirilməsinin, Azərbaycanın öz təhsil modelinin yaradılmasının, müstəqil Azərbaycanın təhsil sisteminin milli zəminə söykənərək, ümumbəşəri dəyərlərə əsaslanmasının vacibliyini vəzifə olaraq qarşıya qoymuşdu. Misir Mərdanov ali təhsil sahəsində mövcud problemlərdən və onların həlli yollarından da danışıb.

Tədbirdə çıxış edən Türkiyənin İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Çalışmaları Uygulama və Araşdırma Mərkəzinin  müdiri prof. Yaşar Sarı rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə məlumat verib. O, Heydər Əliyevin siyasi fəaliyyəti və misilsiz xidmətlərinin Azərbaycan-Türkiyəyə münasibətlərinə qazandırdığı töhfələrdən söz açıb.

Sonra UNEC-in tədris işləri üzrə prorektoru dosent Gəray Musayev “Heydər Əliyevin ali təhsil siyasəti və yeni universitet modeli” mövzusunda təqdimatla çıxış edib.

Beynəlxalq konfrans prorektorların moderatorluğu ilə “Ali təhsil sistemində yeni idarəetmə modeli”, “Rəqəmsal təhsil modelinin tətbiqi”, “Ali təhsilin beynəlmiləlləşməsində UNEC modeli” mövzularında dəyirmi masalarla davam edib.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!