• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Gələcəyin düz yolu yaddaşdan, izdən keçir...

  • 01-02-2024, 05:07

Gələcəyin düz yolu yaddaşdan, izdən keçir...

“Professor Yədulla Ağazadə haqqında düşünəndə ilk olaraq gözlərim önündə ömrünü şam kimi millətinin maariflənməsi yolunda əritməyi özünə şərəf hesab edən, özünə kənardan baxmağı bacaran təvazökar bir tədqiqatçı obrazı canlanır: O görkəmli pedaqoqdur, Əməkdar müəllimdir”. Yazıya Filologiya elmləri doktoru, prof. İslam Qəriblinin Yədulla müəllim haqqında yazdıqları ilə başlamağım təsadüfi deyil. Çünki əlimizə kitab alanda ilk düşündüyümüz bu olur: Bu müəllifə, yazdıqlarına zaman ayırmağa dəyərmi? Haqqında söz açacağım kitabla bağlı  sorğumun cavabı müsbətdir.  Elə yazarlar, elə yazılanlar var ki, onlara sərf etdiyimiz zaman izafi vaxt sərfimiz deyil, mənəvi qazancımızdır, ruhi qidamızdır. “Pirlər bulağından novatorluğa” kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, prof. Yədulla Ağazadəni,  monoqrafiyada  “Dağlarda duman qaldı” poemalar kitabı haqqında söz açılan şair, jurnalist-publisist  Əli Rza Xələflini yaxşı tanıdığıma görə monoqrafiyanı redaktorun ön sözündən başlamış son sətrinə kimi oxudum. Eyni zamanda Y. Ağazadə, həm də Ə.Xələfli ilə paralel olaraq həmsöbhət olmaq, bu yaradıcı insanların iç dünyaları, ədəbi düşüncələri ilə tanış olmaq imkanı qazandım.

Deyirlər hər müəllif yazdığı əsərinə özündən nəsə əlavə edir- düşüncələrini, ürəyinin bir hissəsini, yaşamının kədərli və sevincli günlərini, həyatının acılı, şirinli xatirələrini... “Pirlər bulağından novatorluğa” kitabında da belədir.  Bəri başdan deyim ki, hər hansı bir əsərin  tanıtımında redaktorun istiqamətləndirməsi çox vacibdir. Bu cəhətdən Y. Ağazadənin bəxti gətirib deyərdim. Monoqrafiyanın redaktoru və ön sözün müəllifi, filologiya elmləri doktoru, prof. Məsud Mahmudov əsəri maraqlı rakursdan təhlilə cəlb edib, düşünməyi, nəticə çıxarmağı isə oxucunun öhdəsinə buraxıb. “Sönməyən ocağın istisi və ya Azərbaycan ədəbi-bədii mühitində Əli Rza Xələfli fenomeni” adlı ön sözündə müəllifin məqsəd və qayəsi fərqli baxış bucağından çözülür, Əli Rza Xələfli yaradıcılığının özəl xüsusiyyətlərini dərk etmək üçün  oxucuya istiqamətlə yanaşı şans  verilir. Etiraf edək ki, kitab çapına heç bir qadağanın  olmadığı hazırkı dönəmdə nəşr olunan kitabların sayı-hesabı yoxdur. Və əsas problem də burda yaranır-bu kitab bolluğunda hansını seçməli, oxumalı? Nəzərə alanda ki, ədəbi tənqid də çox nəşrlərin üzərindən sükutla keçir, sosial şəbəkələr çox böyük zamanımızı alır, gündəlik qayğılarımız pik həddə, mütaliə həvəsimiz öləzimiş vəziyyətdə...

Hər şeydən əvvəl, prof. Yədulla Ağazadənin Əli Rza Xələflinin “Dağlarda duman qaldı” poemalar kitabı haqqında yazdığı “Pirlər bulağından novatorluğa” monoqrafiyasını vaxtında  yazılmış əsər adlandırmaq olar. Prof. Məsud Mahmudovun ön sözdə yazdığı kimi: “Biz bəzən həməsrlərimizi, müasirlərimizi qiymətləndirməkdə, dəyərləndirməkdə çətinlik çəkir, hər şeyi bizdən sonrakıların öhdəsinə buraxırıq. Amma bizimlə eyni dövrdə yaşayan, bizimlə birgə eyni havanı udan, eyni bulağın suyunu içən, bizimlə birgə gələcəyə addımlayan müasirimizin elə yüksək insani xüsusiyyətləri ola bilər ki, onu ancaq həmkarları, yaxın dostları, işlədiyi, hər gün təmasda olduğu insanlar duya, hiss edə bilərlər”.

Qeyd etmək yerinə düşər ki, istedadlı şair, jurnalist, bacarıqlı redaktor, ədəbiyyatşünas-tənqidçi Əli Rza Xələfli şəxsiyyəti, bədii, elmi yaradıcılığı haqqında çox yazılıb və prof. Y. Ağazadənin yazdıqları bunun  davamı sayılmalıdır. Deyərdim ki, monoqrafiyanı geniş oxucu auditoriyası üçün maraqlı edən əsas cəhət müəllifin həm ədəbiyyatşünas alim, həm də tənqidçi kimi fikirlərini  ədəbi parçalarla təhlilidir:

Qismət ola yaxşıya, meydanda mərd dolana,

Dünya mənim deyənin içində dərd dolana,

Hər kəsə nəsib olmaz ilhamı dörd dolana,

Xələfli yaxşı bilir Haqdan gələn paydı söz.

Ə.Xələfli sözün qüdrətinə inanan, sözə səcdə edən söz aşiqlərindəndir. Bu ilahi eşq Nizamidə, Füzulidə olduğu kimi Ə.Xələflidə də ilahi məna kəsb edir və bu məna Y. Ağazadənin tanıtımında oxucuya ilahi həqiqət kimi ötürülür:

                             “Dünya təkcə mənimdir”-deyənlər də bilsinlər,

                             Söz doğrunun, düzündü,-həqiqətə gəlsinlər...

Azərbaycanın bütövlüyü məsələsi  Ə.Xələflinin də könül rübabını dilləndirən əsas mövzulardandır. “Köhnə” mövzuya “yeni” yanaşmasında  Ə.Xələflinin poetik  gücü zəngin söz palitrası cızmasıdır:

                            Ruhum canım əvəzi uçuna Diri dağa,

                            Baxa Araz üstündə Xudafərin cızdağa

                            Hardan alsın dözümü, tablasın diri, dağa,

                            Dərdimin Arazından könlümə yol aradım...

Milli yaddaşa qayıdış, milli adət-ənənələrə sayğı, soy-kökümüzə bağlılıq hazırkı dövrümüzün ən ağrılı məsələsidir və Ə. Xələflinin də bu vacib məsələyə öz kövrək yanaşması var:

                             Nənəmin həzin səsi canımdan əsib keçir,

                             Bu ağı, bu oxşama ruhumu kəsib keçir...

“Çağdaş ədəbi tənqid, ədəbi-elmi mühit Əli Rza Xələflini birmənalı olaraq novator sənətkar adlandırır, şairin qədim, klassik janrlara müasir ruh, yeni məzmun gətirməsini bildirir.Maraqlı cəhət ondadır ki, şair yeniliklərə süni şəkildə deyil, olduqca təbii şəkildə, ovqatın, məzmunun tələbinə uyğun olaraq məsnəvidən qoşmaya, qoşmadan, dördülüklərdən bayatı, gəraylı toxunuşlarına keçməklə əsərdə bitkin bir sistem yaradır və bir növ ustad aşığın böyük bir məclisdə bir-birini əvəz edən incəliklərini, fərqli təqdimatını xatırladır”. Prof. Yədulla Ağazadənin səmimi  təqdimatında Ə.Xələfli söz üstündə əsən, yazdığı hər kəlməsini qəlbinin süzgəcindən keçirən söz sərrafıdır:

                            Gələcəyin düz yolu yaddaşdan, izdən keçir,

                            Biz zaman körpüsüyük, keçmiş də bizdən keçir...

...Zamanın vaxt bölgüsü keçmiş, bu gün, sabah üzərində qurulub. Keçmişimizi bu günə, sabahımıza ötürən  şairlər millətin danışan dili, yaratdılqarı əsərlər isə nəsilləri bir-birinə bağlayan söz kəməndidir. Bu mənada şair-publisist Əli Rza Xələflinin çoxşaxəli yaradıcılığı  və bu yaradıcılığa güzgü tutan prof. Yədulla Ağazadənin “Pirlər bulağından novatorluğa” kitabı söz sənətimizin layiqli nümunəsi sayıla bilər.

 

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri

        

          

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!