• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

İlahiyyat İnstitutunda Heydər Əliyevlə bağlı konfrans keçirildi-FOTOLAR

  • 05-05-2023, 12:09

 

 Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi” İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə “Xalqın yaddaşında yaşayan düha: ulu öndər Heydər Əliyev xatirələrdə” mövzusunda konfrans keçirilib.

Edupress.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov bildirib ki, konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

Aqil Şirinov ümummilli lider Heydər Əliyevin sovet dövründə və müstəqillik qazandıqdan sonra dahi şəxsiyyətin hakimiyyəti dövründə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması uğrunda aparılan məqsədyönlü siyasətindən söhbət açıb. Hazırda bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

TAİB sədri, akademik, YAP Veteranlar Şurasının üzvü Sudeif İmamverdiyev dahi rəhbər, ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüb, həyat yolundan söz açıb.  S.İmamverdiyev sovet dövründə Ulu öndərin Azərbaycanın ümumittifaq səviyyəsində yüksək mövqeyə yüksəldiyini vurğulayıb. O, dahi rəhbər Heydər Əliyevin ölkəmizin azadlığı və müstəqilliyi uğrunda misilsiz xidmətlərindən bəhs edib.

TAİB sədrinin müavini, Azərbaycan Televiziya və Radio Akademiyasının rektoru, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafına göstərdiyi tarixi xidmətlərdən, ölkə jurnalistikasına olan xüsusi diqqət və qayğısından danışaraq, onunla bağlı xatirələrini bölüşüb.

TAİB sədrinin müavini, sabiq dövlət qulluqçusuEyvaz Hünbətov, TAİB Qadınlar Şurasının sədri, Dünya Türkologiya  Mərkəzinin rəhbəri, tarix elmləri doktoruGüllü Yoloğlu, TAİB İdarə Heyətinin üzvü, Türkel Yayım Qrupunun rəhbəri Ramiz Məşədihəsənli və TAİB-in üzvü Tahir Quliyev xalqın yaddaşında yaşayan düha, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Dahi Ulu Öndərin Azərbaycan xalqı qarşısında, ölkəmizin müstəqilliyi, milli-mənəvi dəyərlərimizin qorunması uğrunda əvəzolunmaz xidmətlərindən bəhs edib.

Sonda TAİB sədri, akademik Sudeif İmamverdiyev “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi” İctimai Birliyi tərəfindən Aİİ rektoru, dosent Aqil Şirinovu Təşəkkürnamə ilə təltif edib.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!