• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

AzMİU-da təhsildə və ictimai fəaliyyətdə fərqlənən tələbə-gənclərlə görüş keçirilib

  • 02-02-2024, 13:10

 

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsildə və ictimai fəaliyyətdə fərqlənən tələbə-gənclərlə görüş keçirilib.

 Bu barədə universitetdən Edupress.az-a məlumat verilib.

Bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib və Vətən müharibəsində canını fəda edən Şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili çıxış edərək Gənclər Günü barədə ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıb. Şahmar Rəfili bildirib ki, qazandığımız qələbələr və ölkəmizdə həyata keçirilən islahatlar sayəsində bugünkü gənclik dövlətimizin ən parlaq zamanına şahidlik edir.

Təşkilat sədri çıxışında qeyd edib ki, ölkəmizin dayanıqlı gənclər siyasəti AzMİU-da uğurla həyata keçirilir. Universitetin rektoru professor Gülçöhrə Məmmədova Gənclər Günü münasibətilə tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.  

Rektor  tələbə-gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərməyi, mənəvi baxımdan sağlam, intellektli, savadlı gənclik olmalarını,  bilik və bacarıqlarını  ölkəmizin inkişafı naminə səfərbər etmələrini, üzərlərinə düşən vəzifələrini vicdanla, məsuliyyətlə icra etməyi tövsiyə edib.

Gülçöhrə Məmmədova çıxışında qeyd edib ki, bu gün gənclərimiz ölkənin inkişafında fəal rol oynayırlar: “Onların uğurlu fəaliyyətini bütün sahələrdə görmək mümkündür. Azərbaycanın vahid gənclər siyasəti ölkəmizin bütün strukturlarında  olduğu kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də uğurla davam etdirilir. Ali təhsil ocağı  yarandığı gündən kollektivi və məzunları ilə ölkəmizin həyatında misilsiz xidmətlər göstərir. Dövlətçiliyin daha da möhkəmləndirilməsinə, inkişafımızı təcəssüm etdirən tikinti-quruculuq işlərinə önəmli töhfələr verir. Bu köklü ali təhsil müəssisəsi Ulu Öndər Heydər Əliyev prinsipinə sadiq qalaraq vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirir”.

Rektor  44 günlük Vətən müharibəsində ölkəmizə parlaq qələbə sevincini yaşadan, canı və qanı bahasına ən yeni tarix yazan, əzəli torpaqlarımızı işğaldan azad edən qəhrəman gənclərimizi də unutmayıb. Vətən müharibəsində gənclərin  yüksək iradə, əzm, milli ruh və vətənpərvərlik nümayiş etdirdiyini diqqətə çatdırıb. 

Gülçöhrə Məmmədova yaxın günlərdə ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərindən də danışıb: “Azərbaycan gəncləri hər zaman öz  fəallığı ilə seçilir, əminliklə deyə bilərik ki, qarşıdan gələn prezident seçkilərində də bu fəallıq özünü göstərəcək. İnanıram ki, tələbə-gənclərimiz Azərbaycanın sağlam gələcəyi, uğurları, rifahı naminə layiqli namizədə səs verəcəklər!

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr  üzrə prorektor Orxan Naqdiyev çıxış edərək bildirib ki, bu görüşdə universitetin xüsusi nailiyyətləri ilə seçilən tələbə-gəncləri də iştirak edirlər. Bu gənclər öz müsbət fəaliyyətləri ilə özlərini təsdiqləyib, təhsildə, ictimai həyatda, idmanda seçilməyi bacarıblar.

Universitetin Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə ölkə rəhbərliyi tərəfindən mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasətinin gənc nəslin ictimai-siyasi həyatdakı rolundan danışıb. Bu qayğının nəticəsi olaraq bildirib ki, gənclər ölkənin aparıcı qüvvəsinə çevrilib, öz üzərində işləyən, özünü inkişaf etdirən, dövlət siyasətinə layiq gənclik  formalaşıb.

AzMİU-İTU inşaat ixtisası üzrə ikili diplom proqramının ilk məzunu Asiman Əlizadə və tədbirdə iştirak edən digər tələbə-gənclərin də çıxışları dinlənilib. Onlar ölkədə baş verən proseslərdən, gənclərə qayğıdan danışıb, AzMİU rəhbərliyinin onlara yaratdığı şəraitdən, sağlam mühitdən razılıq ediblər. Sonda əlamətdar tarixi gün münasibətilə ictimai və təhsil həyatında, idmanda fərqlənən tələbələrin təltif olunma mərasimi keçirilib. Universitet rəhbərliyi tərəfindən “Heydər Əliyev adına təqaüd”ə layiq görülən AzMİU-nun 2 tələbəsinə diplomlar, digər tələbələrə isə təşəkkürnamələr təqdim olunub.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!